85
Böyük şirk və küfrü Allah yalnız tövbə ilə bağışlayır. Əgər insan İman
ağacını küfr ağacı ilə dəyişərsə və bu şəkildə də ölərsə Allah onu
bağışlamayacaqdır. «Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz,
amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlayar…» (ən-Nisa
48). «Allah ona şərik qoşmağı bağışlamaz. Bundan başqa olan günahları isə
istədiyi şəxsə bağışlayar». (ən-Nisa 116). Bu ayədə böyük şirkdən söhbət
gedir. Bəs Allah bütün günahları bağışlayır deyənlərin dəlili nədir? (Ya
Peyğəmbər! Mənim adımdan qullarıma) de ki: «Ey mənim (günah törətməklə)
özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz
olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən O
bağışlayan və rəhm edəndir». (əz-Zumər 53). İnsan tövbə etmədən böyük şirk
və küfr üzərində ölərsə Allah onu bağışlamayacaq və o, kimsə əbədi
Cəhənnəmlikdir. Lakin tövbə edərək ölərsə Allah onu bağışlayacaqdır. Lakin
kiçik şirk belə deyildir. Əgər kiçik şirk edib və tövbə etməzsə mütləq Allah onu
cəzalandıracaqdır. Lakin bu cəza əbədi deyildir.
İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Artıq bir qulda nifaq və iman,
küfür və iman cəm ola bilər»
248
. İbn Qeyyim
– rahmətullahi aleyhi – deyir ki:
«Əməli münafiqlik isə Peyğəmbər - sallallahu aleyhi və səlləm – in səhih
hədisində söylədiyi kimi: Münafiqin əlaməti üçdür: «Danışanda yalan danışar,
söz verdiyi zaman sözünü yerinə yetirməz (sözündə durmaz), ona bir şey
əmanət edildikdə əmanətə xəyanət edər»
249
. Yenə səhih bir hədisdə Peyğəmbər
- sallallahu aleyhi və səlləm – buyurur: «Dörd şey vardır ki, bunlar kimdə olarsa
o, kimsə xalis münafiqdir. Lakin bu dörd xislətdən biri bir kimsədə olarsa onu
tərk edincəyə qədər onda münafiqlikdən bir xislət vardır: 1) Ona bir şey
əmənət edildikdə əmanətə xəyanət edər, 2) Söz söylədiyi zaman yalan
söyləyər, 3) Söz verdiyi zaman yerinə yetirməz, 4) Mübahisə etdiyi zaman
biabırçı sözlərə yol verər»
250
. Bu əməli nifaqdır. Bu hədis ona dəlalət edir ki,
artıq bir insanda nifaq və İslam cəm oluna bilər. Həmçinin əgər bir insan bir
əməlini Allah üçün yox, riya ilə edirsə, o insanda artıq şirk və İslam cəm
olunar. Həmçinin əgər Allahın hökmü ilə hökm vermirsə, Peyğəmbər -
sallallahu aleyhi və səlləm – in küfr adlandırdığı bir əməli edirsə, artıq burada
küfür və İslam cəm olunar. Lakin bunlar kamil şəkildə qəlbdə yerləşdiyi
zaman sahibi namaz da qılsa, oruc da tutsa və müsəlman olduğunu söyləsə də
dindən sıyrılıb çıxa bilər. Çünki iman mömini bu pisliklərdən qoruyar. Bir
qulda bunlar kamil şəkildə olarsa və onu bu şeylərdən qoruyan heç bir şey
olmazsa o, artıq xalis bir münafiq olmaqdan başqa bir şey deyildir»
251
.
248
Məcmuul Fətava 7/353.
249
Buxari, Müslim.
250
Buxari, Müslim Abdullah b. Amr
– radıyallahu anhu – yolu ilə.
251
İbn Qeyyim «Namazı tərk edənin hökmü».
86
İbn Qeyyim
– rahmətullahi aleyhi – sözünə davam edərək deyir: «Burada bir
başqa qayda da vardır. Bir kimsədə həm iman, həm küfr, həm tövhid, həm də
şirk, həm təqva, həm də fucur (günah) və həm də münafiqlik, həm də iman ola
bilər. Bu Əhli Sünnətin önəmli və təməl görüşlərindən biridir. Xavariclər,
Mutəzilə və Qədəriyə kimi bidət firqələri buna qarşıdılar. Böyük günah
edənlərin Cəhənnəmdən çıxmaları və orada əbədi qalmamaları məsələsi buna
dayanır. Quran, Sünnət, fitrət və səhabələrin icması bunun dəlilidir. Allah
buyurur: «Onların əksəriyyəti ancaq şərik qoşaraq Allaha iman edirlər» (Yusif
106). Ayə onların şirklə birlikdə mömin olduqlarını ifadə etməkdədir. Allah
buyurur: «Bədəvi ərəblər: «Biz iman gətirdik!» dedilər. (Ya Peyğəmbər!
Onlara) de ki: «Siz (qəlbən) iman gətirmədiniz. Yalnız: «Biz İslamı qəbul
etdik!» deyin. Hələ iman sizin qəlblərnizə daxil olmamışdır. Əgər Allaha və
Peyğəmbərinə itaət etsəniz, O sizin əməllərnizdən heç bir şey əskiltməz.
Həqiqətən Allah bağışlayan və rəhm edəndir». (əl-Hucurat 14). Bu ayədə Allah
onlardan imanı nəfy etdiyi zaman, İslamı Allah və Rəsuluna itaəti onlar üçün
isbat etdi/mömin deyil müsəlman olduqlarını söylədi. Allahın onlardan nəfy
etdiyi (onlarda olmadığını söyləyən) iman bu ismi kəsinliklə almağa müstəhaq
olan mütləq imandır. O, da bu ayədə vəsiflərini daşıyan kimsələrin imanıdır:
«Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən, (iman gətirdikdən)
sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə
vuruşanlardır! Məhz belələri (imanlarında) sadiq olanlardır!» (əl-Hicurat 15).
Bu mövzuda iki səhih görüşdən doğru olan görüşə görə bunlar münafiq
deyirlər, Allah və Rəsuluna olan itaətləri ilə müsəlmandılar. Lakin hər nə
qədər onları kafirlərdən ayıran bir parça imana sahib olsalar da mömin
deyildirlər. İmam Əhməd – rahmətullahi aleyhi – dedi ki: «Bu dörd böyük
günahla gələn və ya buna bənzərini ya da daha böyüyünü edən – yəni zina,
oğurluq, içki və soyğunçuluq edən – kimsə müsəlmandır, lakin mən onu
mömin deyə adlandırmaram. Lakin bundan daha aşağı səviyyədə olan
günahlarla gələn kimsələri imanı əskik mömin deyə adlandırmaram.
Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurur: «Lakin bu dörd xislətdən biri
bir kimsədə olarsa onu tərk edincəyə qədər onda münafiqlikdən bir xislət
vardır»
252
. Bu hədis bir kimsədə münafiqliklə İslamın bir yerdə olmasına
dəlildir. Riya da bir şirkdir. Bir kimsə hər hansı bir əməlində/ibadətində
göstəriş edərsə onda şirk və İslam bir yerdə olmuş olar. İslama və onun
şəriətinə/hökmlərinə bağlı olduğu halda Allahın nazil etdiyi şeylərdən başqası
ilə hökm etdiyində və ya Peyğəmbər - sallallahu aleyhi və səlləm – in küfr deyə
isimləndirdiyi bir şeyi etdiyində bu halı ilə o, kimsə həm küfr etmiş olur, həm
də müsəlmanlığı davam edər. Bütün itaətlər və xeyir işlər imanın şöbələrindən
252
Buxari, Müslim.