3d n+l = 3+2=5
4p n+l = 4+1=5
Kleçkovski qaydasında kənara çıxma halları da müşahidə olunur. Cu, Ag, Au, Cr, Mo, Pd, La, Ac orbitalların elektronla dolması zamanı həmin qayda pozulur. Ümumiyyətlə, orbitalların elektronlarla dolma ardıcıllığı aşağıdakı kimi olur:
1s 2s 2p 3s 3p 4s 3d 4p 5s 4d 5p 6s 4f 5d 6p 7s 5f 6d 7p...
5. METALLARİN SƏNAYEDƏ ALINMA ÜSULLARI(PİROMETALLURGİYA,ELEKTROLİZ,HİDROMETALLURGİYA ÜSULLARI
Təbiətdə rast gəlinən və sənaye miqyasında sərbəst metal almağa yararlı olan müxtəlif minerallara filizlər deyilir. Metalların filizlərdən sənaye üsullarla alınması ilə məşğul olan sahəyə metallurgiya sənayesi deyilir. Metallar piro- , hidro- və elektrometallurgiya üsulları ilə alınırlar.
1.Pirometallurgiya. Metallurgiyada əsas yeri pirometallurgiya tutur. Buna metal oksidlərinin ( C, CO, H2, aktiv metallar) və s. ilə reduksiyası misal ola bilər.
SnO2 + 2C = Sn + 2CO
Fe2O3 + 3CO = 2Fe + 3CO2
Cu2O + C = 2Cu + CO
Sulfidli filizlərdən metal almaq üçün onlar əvvəlcə yandırılır. Əmələ gələn metal oksidləri kömür, aktiv metallar (Al, Mg, Na) və ya hidrogenlə reduksiya edilir.
2ZnS + 3O2 = 2ZnO + SO2
2Cu2S + 3O2 = 2Cu2O + 2SO2
FeCO3 = FeO + CO2
ZnCO3 = ZnO + CO2
Metal oksidlərinin daha fəal metallarla reaksiyasına metallotermiya deyilir. Al vasitəsilə reduksiyaya alüminotermiya deyilir. Metallotermiya, əsasən çətin əriyən metalların alınması üçün tətbiq edilir.
Dostları ilə paylaş: |