1 vaqif aslan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/39
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38225
1   ...   19   20   21   22   23   24   25   26   ...   39

  
58 
 
                                      
 
                                                       Məcid Rəsulov . 1938-ci il. 
                                                            ADU-nun aspirantı 
 
monoloq söyləməyə başlayırdı: 
       -İlahi, nə qədər məchul olar? Bu məchulların tapılması üçün məlumlaramı istinad 
etmk  lazımdır?  Axı,  yarımməchullar  və  yarımməlumlar  da  vardır.  Onlar  Ayın      və  
aysberqın    görünən və görünməyən tərəfləri kimidir.  
        Ax, bu riyaziyyat! 
        Görünənə görə görünməyəni görmək!  
    Nə yaxşı ki, elmdə “axtarıb tapmaq”, “kəşf etmək” kimi istilahlar vardır! 
      Qarışqanın addımı nə qədərdir və o hansı bucaq altında addımlayır? Riyazi 
baxımdan bu cox sadə bir şeydir. O hansısa bir düsturun köməkliyi ilə bunu   tapacaqdır. 
Elə bir sahə varmıdır ki, riyaziyyat ora nüfuz edə bilməmiş olsun? 
           -Yoxdur və ola da bilməz.” 
          Assistentliyinin ilk dövründə necə olmuşdusa, gənc bir qız ona çəpəki,  
yəqin ki, qıyğacı baxmışdı. Məcid müəllim qeyri-ixtiyari olaraq gülümsəmişdi. Sonra 
da fikirləşmişdi ki, ixtiyarilik üçün hər hansı bir qiymət məqbul sayıla bilər. 
    Bəs qeyri-ixtiyarilik üçün hansı qiymət əsas  götürülməlidir? Çəpəki və ya 
     Qıyğacı baxışlara gəldikdə isə baxmaq üçün hansı bucaq daha məqbuldur? 
        Bir ara iti bucaq altında sancılan iti baxışlardan hansı sürətlə qaçmaq  
olar sualına cavab vermək istəmişdi və kağız üstündə bunu tapmağa müvəffəq olmuşdu. 
Məsələ bunda idi ki, qaçılması mümkün olmayan o iti baxışlara hələlik rast gəlməmişdi.  
O iti baxışların qabağından qaça bilməyəcəyi günü isə heç ağlına da gətirməmişdi. 
     -Ax, bu riyaziyyat!.. 
  Riyaziyyat  onu  iti  baxışlar  haqqında  deyil,  bərabərliklər,  tənliklər  haqqında 
düşünməyə vadar edirdi. Nə olsun ki, yayda gündüzlər uzun, gecələr qısa, qışda gecələr 
uzun, gündüzlər qısa  olur?  Məsələ  ondadır  ki,  nəticə  bərabərliklə qurtarır.  Yazda və 
payızda  baş  verən  gecə-gündüz  bərabərliyi  anlarındakı  tarazlaşmalar  da  bir  üstəlik. 
Böyük kainatdakı tarazlıq, bərabərlik və tənlik onun tərkib hissəsi olan hər hansı bir 
obyektdə  bütövün böyük, böyüyün kiçik hissəyə olan nisbətində 
özünü göstərmirmi?  Ölçünün və simmetriyanın  bir qalaktika daxilindəki sabitliyini, 
ayrı-ayrı  qalaktikalar  baxımından  isə  ölçünün  ölçüsüzlüyünü,  simmetriyanın 


  
59 
 
assimmetrikliyini  riyazi gözlərdən başqa qeyri gözlərlə görmək mümkündürmü? Axı, 
bir  şey  digərinə  təndir.  Sevinci  kədərinə,  ağı  qarasına,  enişi  yoxuşuna  bərabər  olan, 
dostu  dostuna  tən  gələn    bu  dünyanın    gözümüzün  və  ağlımızın  sferasına  sığmayan 
yerləri vardır. 
      Ax, bu riyaziyyat!  
      Onsuz nə etmək olar? 
      Ax, bu riyaziyyat!  
      Ax, bu Lopatinski! 
Məcid Rəsulovun üzərində işləyəcək mövzunun adı belə idi: “Differensial  
tənliklər üçün bəzi qarışıq məsələlərin həllinin çıxıqlar üsulu ilə araşdırılması.”        
      Elmi istiqamətini riyazi fizika tənliklərinin həlli və araşdırılması  üzrə 
götürmüş  Məcid  Rəsulov  differensial  tənliklər  və  funksional  analiz  kimi  çətin  və 
mürəkkəb sahələrdə də öz sözünü deməli idi. Bu işin qəribəliyi onda idi ki, o həm nəzəri, 
həm də tətbiqi əhəmiyyət daşıyırdı. Belə bir elmi işin öhdəsindən gəlmək cılğı riyazi 
düşünə bilən xalis riyaziyyatçılara nəsib ola bilərdi.  
      Oldu da! 
      Amma bu böyük alim ömrünün altı ilini  İkinci Dünya müharibəsi ərəfəsində hərbi 
xidmətdə keçirməli oldu.  
 
********** 
***** 
 
Müharıbə və alim 

 
      
Alber  Kamü  hansısa  bir  əsərində  deyirdi  ki,  müharibə və  bəla həmişə  bir-birini 
izləməkdədir. Müharibə qurtaranda bəla, bəla sovuşanda müharibə başlayır.  İnsanlar 
isə müharibənin və bəlanın qarşısını almaqda həmişə acizdirlər.   
        İkinci  Dünya  müharibəsi  də  sülh  müqavilələri  bağlana-bağlana,  ölkələrarası 
dostluqdan  və  əməkdaşlıqdan  danışıla-danışıla  baş  verdi.  Danışıqlarla  pərdələnən 
niyyətlərin həyata keçirilməsi üçün hərbi müdaxilələri əsas götürdülər. Beləliklə, 1939-
cu il sentyabr ayının 1-də Faşist Almaniyasının Polşaya hərbi müdaxiləsi İkinci Dünya 
müharibəsinin  başlanmasına  səbəb  oldu.  Çünki  iki  gundən  sonra  İngiltərə  və  Fransa 
Alamiyaya müharibə elan etdilər. Fransanı və İngiltərəni müharibəyə sövq edən Polşaya 
kömək  məsələsi  deyil,  özünü  qorumaq  instinkti  ilə  yanaşı  pay  bölgüsündə  kənarda 
qalmaq qorxusu idi. Çünki Yer kürəsi onların  gözünə şar şəklində hazırlanmış tort kimi 
görünürdü. Belə bir instinkt və qorxu həm də SSRİ-nin canına sirayət etmişdi. 
        Şimal-qərb sərhədlərinın qorunmasından ehtiyyat edən SSRİ 28 sentyabr 1939-cu 
ildə Almaniya ilə “Dostluq və sərhədlər haqqında” müqavilə bağladı. 
30  noyabr  1939-cu  ildə  SSRİ    Finlandiyaya  hərbi  müdaxiləyə  başladı.  Finlandiyaya  
müdaxilə 12 mart 1940-cı ildə başa çatsa da və “Qış müharibəsi”  adı ilə tarixə düşə də, 
SSRİ-də  səfərbərlik  elan  edildi.  Müharibə  şəraiti  ilə  əlaqədar  olaraq  ali  təhsilli 
vətəndaşlar üçün verilən möhlət ləğv edildiyindən  Məcid Rəsulov 15 dekabr 1939-cu 


  
60 
 
ildə  hərbi  xidmətə  çağırıldı.  Bu  zaman  ona  ADU-nun  rəhbərliyi  tərəfindən  belə  bir 
arayış verildi: 
-Məcid Rəsulov aspirant olduğu müddətdə rəhbər mütəxəssislərin müsbət rəyini 
qazanmışdır. İlk imkan yarandığı zaman o, aspiranturada təhsilini davam etdirərsə, onun 
elmi işçi kimi formalaşmasına tam əsas vardır. 
M.Rəsulovun  mülki  riyaziyyatçı  ixtisası  onun  hərbi  təyinatının  müəyyən 
edilməsinə  səbəb  oldu.  O  hərbi  xidmətinə  293-cü  atıcı  diviziyanın  393-cü  artileriya 
alayının hesablayıcı bölməsinin komandiri vəzifəsində başladı. O yüksək çinli zabitlərə 
riyaziyyat kursları keçirdi və müharibənin tezliklə qurtaracağı ümidi ilə yaşayırdı. Lakin 
belə bir məsəl vardır: “Sən saydığını say, bax, gör, fələk nə sayar.”  Sən demə, Sovet-
fin müharibəsi böyük tamaşanın  ilk pərdəsi imiş.   
         Məcid Rəsulov İki illik hərbi xidmətni başa vurmaqda ikən Böyük Vətən      
müharibəsi başlayır. Onu 393-cü arilleriya alayının hesablayıcı bölməsinin     
          
                      
 
 
                                                           Məcid Rəsulov . 1944-cü il.
 
                                      960-cı artilleriya alayının komandiri 
                                                                               
komandirliyindən azad edib, Qərb cəbhəsinə göndərirlər. O, Qərbi Ukraynanın qədim 
şəhəri Lutsk uğrunda gedən qızğın döyüşlərin birində yaralanır. Avqust ayı idi. Onu 
Sverdlovska 
(Yekaterinburqa)
  müalicə olunmaq üçün  təxliyyə xəstəxanasına göndərirlər. 
Ural  Federal  Dairəsinin  mərkəzi  sayılan  Sverdlovsk    hələ  Nikolay  vaxtından 
Peterburqla müqayisə edilən şəhərlərdən biri idi:  Peterburqu Avropaya, Sverdlovskı isə 
Asiyaya-Sibirə  açılan “rus pəncərəsi” adlandırırdılar.
                               
 
       Yaraları  sağalan  kimi  yenidən  cəbhəyə  qayıdan  M.  Rasulov  1941-ci  ilin 
noyabrından  1942-ci  ilin  mart  ayınadək  293-cü  atıcı  diviziyanın  tank  əleyhinə 
batareyasının komandiri təyin edilir. 1942-ci ilin martında Tbilisiyə-Zaqafqaziya hərbi 
dairəsinə kiçik leytenantlar kursuna göndərilir. Kursu bitirib kiçik leytenant rütbəsində 
cəbhəyə qayıdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə