2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə36/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   32   33   34   35   36   37   38   39   ...   108
Fəlsəfə imtahan sualları konspekti

Avreliy Avqustinin
 dini-fəlsəfi dünyagörüşü 
teosentrik dünyagörüşüdür  -  Allahın  varlığını ontoloji cəhətdən sübuta yetirmək  məqsədi güdən 
Avqustinin fəlsəfi sisteminin əsasında Allah durur. Dünyada hər şeyi, habelə insanın düşüncəsini, 
fəaliyyətini müəyyən edən Allah insana zehni qabiliyyət, həyatın sirlərinə bələd olmaq bacarığını 
bəxş  etdiyindən  "insan  bütün  ömrünü  Allaha  məhəbbət  bəsləməyə  ithaf  etməlidir.  Avqustinin 
təlimində varlıq anlayışı xeyirxahlıqdan, xoş əməldən ayrılmazdır.  
Avqustinin  fəlsəfəsi  Allahı  və  insan  ruhunu  üstun  tutur.  O,  ilahi  əməli  və  ruhi  obyektləri  dərk 
etməyi müdriklik sayır. Müdrikliyin bütün məcmusu müqəddəs yazılarda verilmişdir. Dini əxlaq 
ruhu xilas etməyin ümdə şərtidir. Əxlaqın vacib tələbi "ədəbi qanunların yaradıcısı" olan Allaha 
səmimi məhəbbətdir. 
Xristian  ideologiyasını  antik  mədəniyyət  ənənələri  ilə  üzləşdirən,  dini  ehkamı  fəlsəfi  cəhətdən 
əsaslandırmağa  cəhd  edən  Osqot  krallığının  siyasətçi  şair  filosofu 
Boesinin
  irsini  orta  əsrlər 


 
40 
sxolastları  olduğu  kimi,  dəyişmədən  qəbul  etmişdir.  İnamla  ağlın  birləşməsini  Boesi  onların 
bərabərhüquqlu ittifaqı kimi yox, ağlın inama xidmət etməsi, fəlsəfənin ilahiyyata tabe olması kimi 
fərz edir. Onun fikrincə, fəlsəfə ilaiyyatı əvəz edə bilməz və etməməlidir. İnamın müddəalarının 
mötəbərliyi rasional sübutdan aslı deyil. Fəlsəfənin funksiyası yalnız inamın qabaqcadan müəyyən 
etdiklərini aydınlaşdırmaqdan ibarətdir
.
 
 
 
Realizmin  formalaşmasında  Aostadan  olan  rolunu  da  işıqlandırmaq  məqsədəuyğundur.  İnamla 
ağlın  münasibətini  aydınlaşdırarkən  Anselm  Avqustin  kimi  inama  qəti  üstünlük  vermişdir. 
Xristian dininin müdəalları onun üçün sarsılmaz həqiqətdir. Dindar adam üçün dialektika vacibdir. 
Çünki  dialektika  adamı  inamında  əmin  edir.  Anselm  hər  yerdə  özünün  məşhur  "inanmaq  üçün 
düşünürəm, inanıram, ona görə düşünürəm" - tezisini irəli sürür.  
Anselmin  tələbəsi,  erkən  sxolastikasının  mütərəqqi  istiqamətinin  nümayəndəsi 
Pyer  Abelyar
 
sxalostikaya qarşı çıxır, müqəddəs yazıların ziddiyətli təbiətini açır, ağlı idrakın başlıca mənbəyi 
hesab  edərək,  "inaniram  ki,  dərk  edim"  tezisinə  qarşı  "dərk  edirəm  ki,  inanım"  tezisini  qoyur, 
dünyəvi biliklərin o cümlədən antik fəlsəfənin həqiqəti müəyyən etmək üçün faydalı olması fikrini 
irəli sürür. 
Abelyar "lehinə" və "əleyhinə" olan dəlilləri tutuşdurmaq yolu ilə həqiqətin məntiqi şəkildə sübut 
etmək metodunu işləyib hazırlamışdır. O, dialektikanın qızğın tərəfdarı olmuşdur. 
Xlll  əsrdə  sxoslaktikanın  daha  da  çiçəkləndiyi  bir  dövrdə,  Oksford  universitetində,  onun 
müəllimləri arasında avtoritetləri deyil, birbaşa təcrübə və müşahidənin apelyasiyasını tələb edən 
istiqamət meydana gəldi. 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə