2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


Qərbdə  XIX–  XX  əsrdə  ən  geniş  yayılmış  cərəyanlardan  biri  «Həyat  fəlsəfəsidir»



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə72/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   68   69   70   71   72   73   74   75   ...   108
Fəlsəfə imtahan sualları konspekti

 
Qərbdə  XIX–  XX  əsrdə  ən  geniş  yayılmış  cərəyanlardan  biri 
«Həyat  fəlsəfəsidir»
.  Bu 
fəlsəfi istiqamətdə mərkəzi problem insan problemi, onun mahiyyəti və mövcudluğudur. «Həyat 
fəlsəfəsi»nin banisi alman filosofu A.Şopenhauer
 
(1788– 1860) hesab olunur. Əsas əsəri «Dünya 
kor  iradə  və  boş  təsəvvürdür»  adlanır.  Bu  əsər  sonrakı  fəlsəfi  fikrə  böyük  təsir  göstərmişdir. 
Şopenhauer dünyanı kor iradə və qüvvə kimi öz fəlsəfəsində təsvir etmişdir. Pessimist fəlsəfəsi 
eyni  zamanda  çoxmənalı  mahiyyətə  malik  olmuşdur.  Onun  fikrincə,  insan  illüziya  və 
«kabuslardan»  xilas  olaraq  gələcəyi  yaradır.  Həmin  illüziya  və  kabusların  içərisində  sadəlövh, 
uzaqgörməz optimizm də vardır.  
 
A.Şopenhauerin  fəlsəfəsinin təsiri altına düşən filosoflardan biri F.Nitşedir (1844–  1900). 
Əsərlərinin birində Nitşe onu özünün birinci və yeganə müəllimi adlandırmışdır. Nitşenin fikrincə, 
Şopenhaueri oxumaqla O, özündə «azad kişilik xarakteri» formalaşdırmışdır. Müəlimi kimi, Nitşe 
də  özünü  pessimist  adlandırmışdır.  Onun  yaradıcılığında  keçmişə,  hər  şeydən  əvvəl,  xristian 
mənəvi  dəyərlərinə  yenidən  qiymət  vermək  ön  planda  durmuşdur.  Nitşe  dini  (xristialığı) 
mədəniyyətdə həqiqi insani dəyərləri təhrif etməkdə günahkar hesab etmişdir 
 
Ümumiyyətlə,  Nitşenin  həyat  fəlsəfəsi  həyatdan  ayrı  düşmüş  rasionalizmin  tənqidinə, 
həmçinin  mənəviyyatsızlığın  tənqidinə,  həyatın  əxlaqsızlığına,  ikiüzlüyə,  avamlığa  qarşı 
çevrilmişdir. 
XIX əsrdə geniş yayılmış fəlsəfi cərəyanlardan biri də 
pozitivizm
 olmuşdur. Müstəqil fəlsəfi 
istiqamət  kimi  pozitivizm  keçən  əsrin  30–  cu  illərində  formalaşmışdır.  Həmin  cərəyanların 
nümayəndələrinin fikrincə, əsas məsələ fəlsəfə ilə elmin qarşılıqlı münasibəti məsələsidir. Onların 
təsəvvürünə  görə,  müsbət  (pozitiv)  bilik  ayrı–ayrı  xüsusi  elmlərin  nəticəsində  əldə  edilə  bilər, 
yaxud da onların sintetik birliyi sayəsində mümkün ola bilər. Ona görə də reallığın məzmununu 
tədqiq  etməyi  iddia  edən  fəlsəfənin  xüsusi  elmi  fənn  kimi  mövcud  olmaq  hüququ  yoxdur. 
Pozitivizm  öz  inkişafında  iki  mərhələ  keçmişdir.  Birinci  mərhələ  öz  banisi  fransız  filosofu 
O.Kontun (1798– 1857) fəlsəfi məktəbi ilə əlaqədar olmaqla XIX əsrin 30– 40– cı illərini əhatə 
edir. Kontun məqsədi əhatəli şəkildə elmlərin təsnifatını yaratmaq olmuşdur. Ona görə biliklərin 
iyerarxiyası  sadədən  mürəkkəbə,  ibtidaidən  aliyə,  ümumidən  konkretə  doğru tarixi  inkişafı  əks 


 
67 
etdirməlidir.  Elmlərin  ierarxiyası  belədir:  riyaziyyat–  astronomiya,  fizika–  kimya–  biologiya– 
sosiologiya. 
 
Məntiqi  neopozitivizmin  əsasları  Vyana  dərnəyində  XX  əsrin  30–  cu  illərində  işlənib 
hazırlanmışdır.  Bu  dərnəyə  tanınmış  alim  və  filosoflar 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə