6. MÜASİr az-n əDƏBİ DİLİ. indd


böyük xidməti olmuşdur. O, dil məsələsini də qəzetin  ümumi məqsədindən kənarda qoymamışdır. XX əsr



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə25/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   21   22   23   24   25   26   27   28   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

 böyük xidməti olmuşdur. O, dil məsələsini də qəzetin 
ümumi məqsədindən kənarda qoymamışdır.
XX əsrdə Azərbaycan ədəbi dili öz inkişafının çox 
mürəkkəb bir dövrünə qədəm qoyur. Bu dövrdə dilimizə 
qarşı hücumlar da qüvvətlənir. Burjua millətçiləri Azər-
baycan dilinə qarşı hücum çəkir, bu dili hər vasitə ilə pis-
ləməyə, onu sıradan çıxarmağa çalışırdılar. Lakin onlar 
hər yerdə xalqın müqavimətinə rast gəlirdilər. Dövrün 
qabaqcıl adamları doğma dilimizi hər addımda müdafiə 
edir və onun inkişafına mane olanlarla müntəzəm və ciddi 
mübarizə aparırdılar. Belə şəxsiyyətlərdən biri Cəlil Məm-
mədquluzadə idi.
C.Məmmədquluzadə ədəbi dilimizin inkişafında həm 
nəzəri, həm də əməli cəhətdən fəaliyyət göstərirdi. Onu 
hə mişə dilin təmizliyi, saflığı düşündürür və buna görə 
də dildə lüzumsuz olaraq ərəb və fars sözləri işlədilmə-


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
44
sinə qarşı ciddi mübarizə edirdi. O deyirdi: “Bəzi yazıçı-
lar dilimizdə olan sözləri dəyişdirirdilər, habelə Azərbay-
can dilinin tərkiblərini və qanunlarını kənara qoyub fars 
və ərəb tərkibləri, qanunlarını işlədirdilər. Hələ “pədər”, 
“madər”, “nan” kimi sözlər səhvdir, ərəb və fars dilindən 
elə bir xoruz səsi eşitməyən kəlmələr və ibarələr lüzumsuz 
yerə işlədirdilər ki, dəxi onları ərəb və farsca az savadlılar 
oxuyub başa düşmür və bu icad etdikləri qatış-bulaş “di-
lin” adını “ədəbi dil” qoyub, açıq ana dilini “çoban dili” 
adlandırırdılar...”
C.Məmmədquluzadə öz bədii yaradıcılığı ilə bərabər, 
redaktoru olduğu “Molla Nəsrəddin” jurnalı vasitəsilə də 
dilimizin inkişaf tarixində böyük fəaliyyət göstərmişdir.
“Molla Nəsrəddin” jurnalı: a) Azərbaycan dilinin 
milli müstəqilliyi, orijinallığının mühafizə olunmasında və 
b) ədəbi dilimizin daha da sadələşdirilməsində, onun şifa-
hi danışığa yaxınlaşmasında xüsusi rol oynamışdır.
XX əsrin əvvəllərində mürtəce fikirli bəzi ziyalılar 
mənfi ideyaları ilə yanaşı, Azərbaycan ədəbi dilinin inkişa-
fına mane olmağa çalışırdılar. 1906-cı ildə nəşrə başlayan 
“Füyuzat” jurnalının əsas məqsədlərindən biri Azərbay-
can dilinin müstəqilliyini inkar etməkdən ibarət idi. Buna 
görə də həmin jurnal anlaşılmaz bir dildə dərc olunurdu.
Eyni ildən, yəni 1906-cı ildən nəşr olunan demokratik 
“Molla Nəsrəddin” jurnalı həmin mürtəce xarakterli jur-
nalın tamamilə əksinə bir istiqamət və mövqe tuturdu. Bu 
jurnalın məqsədi xalqın mənafeyinə xidmət etmək, o cüm-
lədən dilimizi qorumaq və inkişaf etdirməkdən ibarət idi.
“Molla Nəsrəddin” jurnalı xalqın başa düşəcəyi dildə 
yazmağı özü üçün yeganə prinsip qəbul etmişdi. “Molla 
Nəsrəddin” bu yolu tutmayan və xalq mənafeyini güdmə-
yən bütün qəzet və jurnallarla mübarizə edir, onların xət-
ti-hərəkətini pisləyirdi. Həmin məqsədlə jurnal 1913-cü 


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
45
ildə nəşrə başlayan və “Füyuzat”ın ideyasını davam etdir-
məyə çalışan “Şəlalə”nin də dilini tənqid edərək onun nöq-
sanlı olduğunu göstərirdi.
XX əsrin əvvəllərində ədəbi dilimizin inkişafında, 
onun daha da püxtələşməsində, sadələşməsində Mirzə 
Ələk bər Sabirin, Əbdürrəhimbəy Haqverdiyev və başqala-
rının da xüsusi rolu olmuşdur.
XX əsrdən başlayaraq ictimai həyatımızın bütün sa hə-
lə ri daha sürətlə inkişaf etməyə başladı. Bunlarla bağlı ola-
raq, eyni zamanda, ədəbi dilimiz də ciddi inkişaf yoluna 
düşdü.
XX əsrdə Azərbaycan ədəbi dilinin nə qədər sürətlə və 
hərtərəfli inkişaf etməsini aşağıdakılarla səciyyələndirmək 
olar:
a) ədəbi dilimizin lüğət tərkibi yeni-yeni sözlərlə zəngin-
ləşmişdir;
b) bütün elm sahələrinə aid saysız-hesabsız terminlər 
yaradılmışdır;
c) ədəbi dilimiz xalq dilinə daha da yaxınlaşmışdır;
ç) dilimizin orfoqrafiyası elmi əsaslar üzərində yaradıl-
mış və onun normaları qaydaya salınmışdır;
d) dilimizin qrammatik quruluşu daha da təkmilləşmiş 
və zənginləşmişdir;
e) ədəbi dilimiz ifadə tərzi cəhətdən daha da zənginləş-
miş və müxtəlif üslublar meydana çıxmışdır və s.

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə