Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   50   51   52   53   54   55   56   57   ...   176

 
110 
məqsədi  ilə  German  tarixini  təhrifdən  qorxmayan  Alman  mütəfəkkirləri  kimi 
hərəkət  edirdi.  «Kiçik  məcmuə»nin  yazıları  Ankara  və  İstanbul  qəzet  və 
məcmuələrinin  bəzilərində  olduğu  kimi  dərc  edilir,  məqalələrin  təsiri  bu  yolla 
məmləkətin ziyalı mühitinə yayılırdı. 
Milli  mücadilə  qazanıldı.  Artıq  İttihadçılardan  çəkinmək  üçün  səbəb 
qalmamışdı.  Bir  çoxları  kimi  mürşidi  də  Ankarada  vəzifəyə,  Maarif  Vəkalətində 
qurulan  və  üzvləri  arasında  Ağaoğlu  Əhməd,  Samih  Rifat  kimi  keçmiş  dostları 
olan  Təlim  və  Tərbiyə  Heyəti  Rəisliyinə  dəvət  etdilər.  «Hakimiyyəti  Milliyə» 
qəzeti  də  öz  sütunlarını  ona  açdı.  Bu  sütunlarda  «Kiçik  məcmuə»də  toxunduğu 
mövzuları  bir  az  da  genişləndirdi.  İndi  «Türk  dövlətinin  əsasları  nə  olmalıdır» 
problemi üzərində işləyirdi. Bu mövzuda ortaya atdığı fikirlərin tam tərsini Əhməd 
Ağaoğlu  eyni qəzetin sütunlarında müdafiə edirdi. Mürşidə görə yeni dövlət hər 
şeyin  əsası  olmalıdır.  Onun  fikrincə,  milli  iqtisadiyyatı  da  əsgərlik  kimi,  «Tibb 
məktəbi»,  «Mülkiyə  məktəbi»  kimi  dövlət  yaratmalıdır.  Sistemin  daha  sonra 
Konstitusiyada  rəsmən  qəbul  ediləcək  adını  da  «Dövlətçilik»  qoymuşdu. 
Ə.Ağaoğlu  isə  yeni  dövlətin  tamamilə  liberal  prinsiplər  üzərində  qurulması 
tərəfdarı  idi  və  yazırdı  ki,  türk  millətinin  Qərb  mədəniyyətinə  yetişməsinin  tək 
çarəsi  bu  mədəniyyəti  yaratmış  sərbəst  təşəbbüs  prinsipinin  səmimiyyətlə 
qəbulundan  ibarətdir.  Ona  görə  də  fərdin  haqları  dövlətdən  öncə  vardır.  Dövlətin 
vəzifəsi bu haqları mühafizə və müdafiə etməkdir. 
Bu  iki  tezis,  bu  iki  dost  Xalq  Partiyasının  proqramını  və  yeni  dövlətin 
Konstitusiyasını  hazırlamaq  üçün  Qazinin  başçılığı  ilə  toplanan  heyətdə  də 
toqquşdular.  Orada  da  mürşidin  tezisi  qazandı  və  tətbiq  edildi.  Lakin  sonralar 
tədricən iflasa uğradı. 
İkinci Böyük Millət Məclisinə Diyarbəkirdən millət vəkili seçildi. Lakin bu 
yeni  siyasi  həyatına  həvəssiz  başladı.  Özündə  qəribə,  yaşı  ilə  uyğun  olmayan 
maddi,  mənəvi  yorğunluqlar  hiss  edir,  bəzən  günlərcə  sürən  şiddətli  baş 
ağrılarından  göz  açmırdı.  Daim  hərəkətsiz  idi.  Hər  dəfə  danışmağa  başlayanadək 
aramsız  tərləyirdi.  Onu  bu  halda  görənlər  onun  məşhur  adam  olduğuna  qətiyyən 
inanmazdılar.  Lakin  elə  ki,  danışmağa  başladı,  dinləyənlər  onun  dodaqlarından 
süzülən  dadlı  bir  səsin  cazibəsindən  saatlara  çıxa  bilməzdilər.  Lakin  bu  dəfə  səs 
boğuq çıxır, fikirlərini pərişanlığa qədər gedən bir dalğınlıqla güclə anlada bilirdi. 
Atatürk  mürşidin  şərəfinə  verdiyi  bir  ziyafətdən  çıxarkən  «bütün  əsərləri,  o 
məqalələri yazan həqiqətənmi bu adammı?» - deyə soruşmuşdu. 
Nə  baş  verirdi?  Mürşidin  ruhunda,  beynində  böyük  bir  dəyişiklikmi  əmələ 
gəlmişdi?  Hələ  çox  gənc  idi.  Böyük  bir  məmləkətin  fikir  aləmində  peyğəmbər 
təsiri yaratmış bu insan hələ heç 50 yaşına qədəm qoymamışdı. 
Ətrafında  olan  dostları,  tələbələri ondakı dəyişikliyin  səbəbini  araşdırarkən 
mürşid  gizli  həqiqəti  bütün  çılpaqlığı  ilə  görürdü.  Bəzən  gözlərini  yumub  ilk 
gənclik  illərinin  bir  gecəsini  xatırlayır:  Diyarbəkirdəki  evlərində  yataq  otağında 
bardaş qurub oturmuşdu. Önündə, yanında və arxasında kitablar, kağızlar, qələmlər 
vardı. Neft lampasının xəfif işığında görünən üzü saralmışdı. Dərin bir kədər bütün 
varlığına  hakim  kəsilmişdi,  iztirabların  ən  qorxuncu  –  ətrafında  mənəvi  heç  bir 
dəyərin qalmadığını görməkdən yaranan əzab onu pəncələri altına almışdı. Mənsub 
olduğu  böyük  milləti  haqsız  yerə  məruz  qaldığı  diqqətsizlikdən,  yaşadığı  geri 


 
111 
həyatdan,  içində  olduğu  cəhalətdən  qurtarmaq  üçün  ilk  və  ən  böyük  şərtin 
istibdadın  yıxılması  olduğuna    inanmışdı.  Lakin  buna  nail  olmaq  üçün  gücü  nə 
özündə,  nə  ətrafında  görürdü.  Əlini  yavaş-yavaş  yastığın  altına  soxdu.  Oradan 
çıxardığı tapançanı gicgahına dayayaraq tətiyi çəkdi…  
O  zaman  beyninə  girərək  orada  qalmış  güllə  bax,  onu  otuz  il  sonra 
öldürürdü.  Sanki  o  intihar  dəqiqəsindən  indiki  faciəvi  baş  ağrılarına  qədər  keçən 
müddət və bütün həyatı  tətiyi çəkdiyi anda görməyə  başladığı bir yuxudan ibarət 
idi. 
Mürşid  bildiyi  həqiqəti  bir  dəfə  də  söyləmədi.  Doktorlar  xəstəliyin 
mahiyyətini anladıqları zaman isə iş işdən keçmişdi. Bir səhər İstanbuldakı fransız 
xəstəxanasının kiçik  bir otağında, kim  bilir,  bəlkə də  xəyalında,  Diyarbəkirdəki o 
gecə, gözlərini əbədi yumdu. 
İstanbul xalqı Şeyxülislam Yəhya əfəndidən sonra heç bir tabutun arxasında 
onun  (maraqlıdır ki, müəllif  yazı  boyu  «mürşid», «peyğəmbər»  adlandırdığı  Türk 
dünyasının böyük ideoloqu Ziya Göyalnın adını nədənsə, bir dəfə də olsun, çəkmir 
– T.A.)  cənazə günündə olduğu qədər əzəmətli bir səssizliklə getməmişdi… 
 
 
*  *  * 
 
 
…Bir  gün  atamı  birini  tanımadığı  iki  adam  ziyarət  etdi.  Bir  neçə  saat 
danışdılar.  Onlar  getdikdən  sonra  atam  anamın  yanına  gəldi,  soruşdu:  «Sitarə, 
evdən  bir  neçə  əşyanı,  məsələn,  köhnə  xalıları  sataraq  bir  qəzet  çıxarmaq 
istəyirəm, nə deyirsən?» 
Atamın işarə vurduğu xalılar anamın cehiz kimi gətirdiyi, uşaq ikən üzərində 
oynadığı,  bütün  həyatının  hadisələrinə  şahidlik  etmiş  qiymətli  xatirələrdi.  Bu 
həqiqi  sənət  əsərlərinin  rəngarəng  naxışları  onun  üçün  keçmişdəki  baxçaları  idi. 
Buna  baxmayaraq,  dərhal  razı  oldu:  «Lap  yaxşı,  amma  sən  bu  qəzeti  kimlərlə 
çıxaracaqsan?»  Atam  güldü:  «Mənim  yanıma  gələnlərlə».  Anam  soruşdu: 
«Tanıyırsanmı?» Atam: «Birini tanıyıram, o biri də yaxşı adama bənzəyir» - dedi. 
Anam  atamın  əlindən  tutdu,  xəfif,  titrək  bir  səslə:  «Əhməd  –  dedi,  -  yaxşı 
tanımadığın, xasiyyətini bilmədiyin insanlarla işə girişmə». 
Bax,  atamın  son  qəzeti  «Akın»  belə  çıxdı.  Aradan  bir  neçə  ay  keçdi.  Bir 
gecə,  o  aralarda  İstanbula  gələn  Atatürk  atamı  Dolmabaxçaya  –  süfrəsinə  dəvət 
etdi. Xeyli müddət idi ki, görüşmürdülər. Müstəqil Partiya macərasından sonra (bu 
məsələ  ilə  bağlı  aralarında  ciddi  mübahisə  olmuşdu  –  T.A.).  Bu  Partiyanın 
rəhbərlərindən yenidən Xalq Partiyasına və ya dövlət xidmətinə dönməyən  yalnız 
atam  qalmışdı.  «Akın»  qəzeti  iqtidar  çevrəsinin  bir  qismi  üçün  müxalifətin  səsi 
kimi qəbul edilirdi. Ona görə də atam Atatürklə təkrar qarşılaşmasının hansı hava 
içində  olacağını əndişə ilə düşünürdü. Gecə yarısından bir az sonra evə döndüyü 
zaman  son həftələrdən  bəri  yataqda  olan  anamın  yanına  getdi.  Anam  evləndikləri 
gündən bəri atamın simasını bu axşamkı qədər məyus və iztirablı çox az görmüşdü.  
Atam  söhbətə  başlamadan  anam,  «yaxşı  keçmədi,  eləmi?»  -  deyə  soruşdu.  Atam, 
«hə,  yaxşı  olmadı.  Paşa  öncə  çox  iltifat  göstərdi,  yanında  əyləşdirdi,  süfrədə 
…bəylərlə …xanımlar vardı. Bir arada «Akın» qəzetini gətirin» - deyə əmr verdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə