91
ziləri yaxınlaşıb onlardan müxtəlif narkotik maddələrin adını
soruşaraq olub olmadığını soruşurdular, onlar da yox deyir-
dilər. Sonra yavaş addımlarla biri daha keçirdi küçədən. Riçard
ona da salam verdi. Otuzlu yaşlarında bir oğlan idi. Qəddar
görünümü var idi. O da salam verdi. Riçard onunla yenə nəsə
bir zarafat etdi, o qəribə formada onları süzdü, sanki nədənsə
qorxurmuş kimi baxdı. Qaradəriliydi, qabaq dişləri yox idi,
köhnəlmiş və çirkli qara şalvar və köynək geyinmişdi. Onunla
zarafatlaşdıqlarını görüb yavaşladı. Üzündə zəhm, qəddarlıq,
qəzəb, qorxu, maraq və şübhə mimikaları biri birinə qarışmış
formada sakitcə yanaşdı və soruşdu:
“Olar yanınızda oturum?”
“Olar, olar, əlbətdə olar. Otur. Necəsən, neynirsən?” Riçard
soruşdu.
Onların oturduğu daşların sağında yanlarına oturdu.
“Adın nədir?” - Riçard onu dindirdi.
“Ra”
“Ra? Günəş tanrısıydı o hə?”
“Hə, düzdü, bilirsən ki”
“Əla addı, Ra,
iki hərfdən ibarət, Ra, Ra”
“Sizin adlarınız nədir?”
“Riçard”
“Mavi”
Ra cibindən sarma kağızı çıxardı və içinə yumru qara
nələrsə qoyaraq sarmağa başladı. Mavi bunun nə ola biləcəyi
barədə düşündü, daha əvvəl belə bir şey görməmişdi. Bugün-
lərdə küçələrdə bir yığın narkotik maddə gəzirdi, yəqin onlar-
dan biri idi.
Yoldan keçən evsiz qılığında orta yaşlı bir qadın və axsa-
yan kişi onların yanında dayandı və kişi boğuq səslə Riçarddan
soruşdu:
“Kristal varınızdı?”
“Yox”
Yaşına görə üzü həddindən artıq qırışıqlı olan axsaq kişi
onlar ona sanki yalan deyirlərmiş kimi onlara qəzəblə baxdı.
92
Üçünün də üzünü bir saniyəlik müddətə incələdi. Sonra qadın-
la dönüb axsaya-axsaya çıxıb getdilər.
Kristal deyərkən o ucuz kokaini nəzərdə tutmuşdu. Bu zo-
nada elə adlandırırdılar evsizlər. Normal kokaindən dəfələrlə
güclü və zərərliydi. Kişinin üzündəki erkən qırışıqlar, axsaq
yerimə tərzi və həddindən artıq boğuq səsi onun ağır kristal
aludəçisi olduğunu göstərirdi. Evsizlər arasında çox yayğın
idi. Onları görünüşlərindən ayırd etmək olurdu. İstifadəçisi
əvvəlcə tənəffüs problemləri yaşayacaq, sonra öskürəklər baş-
layacaqdı, nəfəs darlıqları, ağciyər xəsarəti və qanamalarla
davam edəcəkdi problemlər. Sonra bir-birini izləyən ağır dep-
resiyalar. Depresiyadan çıxmaq
üçün aludəçi maddəni tapmaq
adına hər şeyi edəcəkdi, hətta öldürəcəkdi. Əgər bunlar da işə
yaramasa tək yolu qalacaqdı: intihar.
“Məni harda görürlər, gəlib kristal istəyirlər, yoxdu de-
yirəm, yenə istəyirlər. Yoxdu da, yoxdu. Məndə kristal ya daş
zad yoxdu. Mən istifadə etmirəm elə şeylər” - deyə Ra giley-
ləndi.
Daha sonra bir neçə yoldan keçən də ayaq saxlayıb onlar-
dan fərqli-fərqli ucuz küçə narkotikləri soruşdular. Gələnlər
Riçarda yaxınlaşır, sanki onu uzun müddətdir tanıyırmışcasına
bir şeylər deyir, Riçard da sanki söhbətin mövzusunu dəyiş-
mək üçün çabalayırdı. Ən son bir kişi daha gəldi və Riçardla
sanki hər gün görüşürmüş kimi hal-kef etdi. Riçard onu yola
vemrəyə çalışdı və sonda bacardı.
“Tanıyırsan onu?” - Mavi soruşdu.
“Yoo, yo tanımıram”
Mavi hələ də Riçarddan baş aça bilməmişdi. Görünən o
idi ki bu adamlar onu tanıyırdılar və o buraların çoxdankı sa-
kini idi, küçələrin. Riçard Ra ilə bir şeylərdən danışırdı. Onun
üzünə baxdı Mavi, uşaq məsumluğu var idi. Yanmış dodaq-
larına baxdı, Riçard alovun onun qolunu və dodaqlarını yan-
dırdığını demişdi. Mavi onun neçə yaraşıqlı və zəki olduğunu
görüb heyfslənirdi. Həyatda yerini tapa bilməmişdi. Yeri səhv
düşmüşdü. Ya da həyatda heç kimin doğru yeri deyə bir şey