78
iftira atmaq cəhdləri uğursuzluqla nəticələnirdi.
Məktəbdə 1910-cu il mayın 5-dən 26-dək olan buraxılış im-
tahanları şairin qısa müddətdə əldə etdiyi nəticələri qabarıqlığı
ilə göstərdi. Şagirdlər Azərbaycan və fars dillərindən, şəriətdən
do çox gözəl imtahan verdilər. Odur ki, rəhbərlik Sabirin maaşını
20 manat artırdı.
Lakin Balaxanı camaat məktəbində də Sabirin xoş günləri
çox çəkmədi. Yeni dərs ilində məktəbə daha çox uşaq gəlmişdi.
Bu, məktəbin hörmət və nüfuzunun yüksəlməsinin əks-sədası
idi. Təəssüf ki, camaat xərci ilə dolanan məktəbin dərsə gələn
bütün uşaqları qəbul etməyə gücü çatmadı və mövcud çətinliyi
aradan qaldırmaq üçün əlavə pul lazım oldu. Yeganə çıxış yolu
camaatda idi. Çünki çarizm xüsusən ucqarlarda və milli dillərdə
məktəblərin, maarif və mədəniyyət ocaqlarının fəaliyyətinə
maraq göstərmirdi. Çıxılmaz vəziyyətdə qalan müdriyyət çıxış
yolunu şagirdlərdən təhsil haqqı almaqda gördü. Camaat xərci
ilə dolanan bir məktəbdə üstəlik təhsil haqqı istənilməsi kütlə
arasında narazılıq doğurdu. Çünki onsuz da ağır həyat sürən,
kəskin istismara mə'ruz qalan zəhmətkeşlər təhsil haqqı verə
bilmir, varlılar isə məktəbə maddi yardım göstərmək istəmirdi-
lər. Çağırılan iclaslar, aparılan miizaikrə və təbliğatlar istənilən
nəticəni vermirdi. Sabir bütün bu prosesin yaxın iştirakçısı kimi
yaranmış acınacaqlı vəziyyəti ürəkağrısı ilə qələmə alaraq ya-
zırdı:
Şimdi hər millət edir nəfsini irfanə fəda,
Vətən övladı üçün elmə, dəhistanə fəda.
Qara məxluq deyil, bizdəki ariflər də
Vətən övladın edir nəf'i-cibişdanə fəda.
Faktiki olaraq 1910-cu il oktyabrın 31-dən sonra Balaxın
əmktəbi işləmirdi. Yaranmış vəziyyətdən istifadə edən qaragü-
ruhçular məktəblə camaat arasındakı narazılığın dərinləşməsinə
79
çalışır, məktəbə vo onun müəllimlərinə böhtan və hədə mək-
tubları yazır, şagirdləri başına yığıb köhnə üsulla dərs
deyirdilər Hədə məktubları Sabirə də gəlirdi. Lakin o, aldığı
məktublarda' qorxmaq əvəzinə yazırdı:
Saxtə bir xətti-xam ilə mənə kağız yazıb,
Ey məni təhdid edən min diirlii tə'kiılat ilə!
Boylə “xortdan gəldi, dur qaç!
”
sözlərin get tiflə de!
Zatını Sabir tanırkən qorxmaz övhamat ilə!..
O, böhtançıları həmin günlərdə “Palanduz” səhifəsində çap
etdirdiyi “Şikayət!” adlı satirik məktubunda da ifşa etmişdir.
Sabit şair-vətəndaş mövqeyi, kəskin ifşaedici ruh şe'rlə bərabə:
“Şikayət!” məktubunun da başlığından tutmuş imzasınadək
(əsər “Əz tərəfı-Mirzə bisavad” imzası ilə çap olunmuşdur)
hakim kəsilmişdir.
1
Sabirə yazılan hədə məktubları və onun işdən çıxarılması ta
ləbi məkəb müdiriyyəti tərəfindən də müqavimətlə qarşılandı
Məktəbin camaat üzrə vəkili Baxış Əhmədov “Adsız
məktublara cavab” məqaləsi ilə çıxış edərək Sabirin yüksək
insani keyfiyyətlərə malik müqtədir, savadlı, bacarıqlı bir
müəllim olduğunu, onun rəhbərlik və camaat tərəfindən əziz
tutulduğunu va atılan böhtanların əsassızlığını göstərdi.
Bununla kifayətlənmə yon məktub sahiblərini xəttlərindən və
yazılarından tanıdığını söyləyərək, onların Sabirdən üzr
istəmələrini tələb edir, əks halda bu haqda məhkəməyə
müraciət edəcəyini bildirirdi.
Deyilənlərdən bir daha aydın olur ki. məktəb nə qədər böh-
ranlı vəziyyət keçirsə və camaatla məktəb arasında bir az
soyuqluq yaransa da, Sabirin hörmət və ehtiramı
Balaxanı
camaatı içərisində də həmişə uca tutulmuş, şair özünün bütün
fəaliyyət sa-
1. Bax: Alxan Məmmədov. Şairin "Şikayət..." məktubu
“Azərbaycan” jrn,
1987, N5. səh. 115-116.
80
bələrində millətinin, xalqının müqtədir müəllimi kimi yüksəkdə
dayanmışdır.
Yuxarıda qeyd etdiyimiz kimi, Balaxanı məktəbində fəaliy-
yəti də Sabirin poetik yaradıcılığına müəyyən qida vermişdir.
Maraqlıdır ki, həmin günlərdə “Həqiqət” qəzetinin açdığı “Həf-
teyi-ədəbi” guşəsində bir-birinin ardınca şairin dərc etdirdiyi
'Təbib ilə xəstə”, “Qoca bağban”, “Qarınca” və s. şe'rləri ide-
ya-bədii keyfiyyətinə görə digər müəlliflərin əsərlərindən seçilir,
birincilər sırasında dayanırdı. Oxucularda doğruluq, düzlük,
zəhmətsevərlik. xalq, vətən üçün daim xeyirli işlər görmək kimi
əxlaqi keyfiyyətlər aşılamağı qarşısına məqsəd qoyan bu əsərlər
bir daha göstərir ki, Sabirin əməli pedaqoji fəaliyyəti ilə şairliyi,
ictimai-bədii yaradıcılığı vəhdət təşkil edir. Çünki hər hansı
vəziyyətdə Sabir birinci növbədə vətəndaşdır.
***
Şairin yaradıcılığının Bakı dövrü do orijinal keyfiyyətlərə
malikdir. Bunun başlıca səbəblərindən biri onun Bakının neft və
fəhlə rayonlarından olan Balaxanıda yaşayıb işləyərək Bakı
proletariatının inqilabi işləri ilə birbaşa tanış olması ilə bağlı
idisə, digər tərəfdən Bakının həm də qabaqcıl görüşlü maarif və
mədəniyyət xadimlərinin qızğın fəaliyyət meydanına çevrilməsi
ilə əlaqədardır. Bakının qaynar ictimai-siyasi və ədəbi-mədəni
mühitində, müxtəlif istiqamətli olsa da, bir çox mətbuat
orqanının nəşri də hər hansı vətənpərvər kimi Sabirin də
ictimai-ədəbi fəaliyyətinə geniş meydan verirdi. Əvvəlki illərdən
fərqli olaraq, Sabir indi əsərlərini mətbuata özü şəxsən təqdim
edir, redaksiyalarda əməkdaş kimi çalışırdı.
Əlbəttə, Bakıda da Sabiri birinci növbədə cəlb edən satirik
orqanlar idi. Odur ki, o, “Molla Nəsrəddin" ən ənələrini davam
etdirən satirik “Zənbur” jurnalının redaksiya hey ətinə daha çox
gedir, onun naşiri ilə işçilər arasındakı münaqişənin həll olun-
Dostları ilə paylaş: |