118
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
xlorator binası daxil olmaqla yeni su anbarı tikilmişdir. Eyni zamanda
2 kilometr uzunluğunda magistral boru xətti çəkilərək mövcud su
şəbəkəsinə birləşdirilmişdir,Şamaxı və Qəbələ şəhərlərində də müvafiq
işlər görülmüşdür.
Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi çərçivəsində
Azərbaycan Respublikasının bir sıra şəhər və rayon mərkəziləri
əhalisininnin, o cümlədən onlara yaxın kəndlərdə yaşayanların davamlı
şəkildə təmiz içməli su ilə təmin olunması məqsədi 2007-ci ildə etibarən,
Azərbaycan Respublikası hökuməti və Dünya Bankı arasında kredit sazişi
imzalanmış və layihə üzrə işlərin həyata keçirilməsinə başlanılmışdır.
Məsələn, demoqrafik proqnozlara əsasən, 2030-cu ilədək İsmayıllı
şəhərinin əhalisinin sayı 28 min nəfəri üstələyəcək, paralel olaraq, şirin
suya tələbat artacaqdır. Rayon mərkəzini fasiləsiz şirin su ilə təmin etmək
məqsədi ilə 2013-cü ildə Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri
Layihəsi çərçivəsində bölgənin Qız qalası ərazisindəki Ax-ox çayın
məcrasından uzunluğu 11 kilometrə çatan magistral su kəməri çəkilişi başa
çatdırılmış, onun üzərində sügötürücü qurğu, su anbarı,təzyiqazaldıcı
anbar və s. tikilmişdir. Nəticədə, İsmayıllı şəhərinin əhalisi gün ərzində
adambaşına 180 litr fasiləsiz içməli su ilə təmin edilmişdir. Əlavə olaraq,
İsmayıllı şəhərinə yaxın ərazidə yerləşən və ümumilikdə 10 min 252 nəfər
əhalisi olan Mican, İsmayıllı, Xanagah və Talıstan kəndlərində də içməli
su xətləri istifadəyə verilmişdir.
Həmin il Ramazan bayramı ərəfəsində Kürdəmir şəhərinin də şirin
su ilə təminatı xeyli yaxşılaşdırılmışdır. Ötən müddət ərzində rayonun
çay boyu yerləşən ərazilərində təmizləyici qurğular quraşdırılmış, 30-a
yaxın kəndə indi içməli suyun verilməsi təmin edilmişdir. 2011-ci ilin
oktyabrında icrasına başlanılan «Kürdəmir şəhərinin su təchizatı və
kanalizasiya sistemlərinin yenidən qurulması» layihəsinə uyğun olaraq,
əhalini fasiləsiz və keyfiyyətli içməli su ilə təmin etmək üçün Ağsu
rayonu ərazisindəki Külüllü su mənbəyinin istismarına başlanılmışdır.
Bu məqsədlə Girdmançayın yatağında məhsuldarlığı saniyədə 450 litr
olan drenaj tipli suqəbuledici qurğu tikilmiş, Külüllü mənbəyindən
Kürdəmir şəhərinə saniyədə 120 litr təmiz və keyfiyyətli içməli suyun
verilməsi nəzərdə tutulmuşdur. Layihə 2035-ci ilə qədər perspektiv
inkişaf proqnozlarını nəzərə alaraq, Kürdəmir şəhərində 22,3 min nəfərin
su təchizatı və kanalizasiya xidmətlərinin o cümlədən, bu rayonunun 14,
Ağsu bölgəsinin isə 13 kəndində cəmi 48 min nəfərin su ilə təminatının
yaxşılaşdırılmasına hesablanmışdır. Külüllüdən Kürdəmir şəhərinə və
ətraf kəndlərə suyun özaxımlı rejimdə verilməsi məqsədi ilə 27 kilometr
119
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
uzunluğunda magistral xətt çəkilmiş, tutumu 7,5 min kubmetr olan anbar
tikilmişdir. Layihə çərçivəsində tikintisi nəzərdə tutulan 131,5 kilometrlik
su şəbəkəsinin 110 kilometrlik hissəsində işlər artıq yekunlaşmışdır. Eyni
zamanda, şəhərdə toplanacaq tullantı sularının sutəmizləyici qurğulara
nəqlini təmin etmək məqsədilə 6,3 kilometr uzunluğunda mikrotunel
tipli kollektorun inşası və sutka ərzində 30 min m3 çirkabı təmizləyən
qurğunun tikintisi başa çatmaq üzrədir. Dövlət büdcəsi hesabına
maliyyələşdirilən layihənin icrasının 2014-cü ildə başa çatdırılması
planlaşdırılır. Külüllü mənbəyi Kürdəmir şəhəri ilə yanaşı, Zərdab və
Ucar şəhərlərini, həmçinin ətraf kəndləri də içməli su ilə təmin edəcəkdir.
Layihəyə uyğun olaraq, bu mənbədən Kürdəmir şəhərinə 27, Zərdab
şəhərinə 72, Ucar şəhərinə isə 57 kilometr uzunluğunda magistral su
kəmərləri çəkilmişdir. Layihə tam yekunlaşdıqdan sonra Ucar rayonunun
22, Kürdəmir rayonunun 14, Zərdab rayonunun 15, Ağsu rayonunun 13
və Göyçay rayonunun 3 kəndi də su ilə təmin olunacaqdır. Ümumilikdə
layihədən 170 mindən artıq insan faydalanacaqdır.
Kürdəmir şəhərində su şəbəkəsinin istifadəyə verilməsi mərasimində
Prezident İlham Əliyev ölkənin su təsərrüfatının səmərəli idarə
olunmasının vacibliyini və bu məsələyə dövlət qayğısını vurğulayaraq
demişdir:
«Bildiyimiz kimi, Azərbaycanda su ehtiyatları o qədər
də böyük deyildir. Bizim əsas mənbəmiz ölkəmizdən kənarda
formalaşır. Suyun idarə edilməsi, sudan səmərəli şəkildə istifadə
olunması, əlbəttə ki, müasir şəbəkənin yaradılması layihələri xüsusi
əhəmiyyət daşıyır. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan
dövləti bu problemi də həll edir. İnfrastruktur layihələri arasında
içməli su və kanalizasiya problemləri əlbəttə ki, böyük əhəmiyyət
daşıyır. Biz indi müxtəlif yerlərdə baş verən hadisələri izləyərkən
görürük ki, sosial məsələlərə fikir verilmədiyi halda böyük
problemlər yaşanır. Çünki bazar iqtisadiyyatı, əlbəttə ki, hər bir
ölkənin iqtisadi inkişafı üçün əsas şərtdir. Ancaq bəzi hallarda
islahatlar çətinliklərə də gətirib çıxarır. Bu çətinliklərin qarşısını
almaq və islahatları daha da inamla aparmaq üçün güclü sosial
siyasət olmalıdır. Bu sosial siyasət müxtəlif formalarda özünü
göstərir - tikilən məktəblər, xəstəxanalar, yollar, sosial obyektlər,
maaşların, pensiyaların qaldırılması, infrastruktur layihələrinin
icra edilməsi, yəni, insanı narahat edən bütün problemlər aradan
qaldırılmalıdır». Əhalinin su ilə təminatının xüsusi əhəmiyyət gəsb
Dostları ilə paylaş: |