103
əşyanı sənə hədiyyə edəcəkdir. Ancaq, heç şübhəsiz ki, həmin əş-
yanı əldən verdiyinə görə narahat və dilxor olacaqdır. Hər halda o,
verdiyi hədiyyədən daha qiymətlisini almaq arzusundadır.
Avqustun 7-də hava çox soyumuşdu. Qaranquşların köçməsi
yayın sona çatmasından xəbər verir və hava günü-gündən daha da
soyuqlaşırdı.
Avqustun 9-da Şahzadə Məhəmməd Vəli Mirzənin
57
müvəf-
fəqiyyəti və Xorasanda 60 min nəfərlik “Ağvağ” ordusunun məğ-
lubiyyəti şərəfinə 3 dəfə toplardan yaylım atəşi açıldı. Bu xəbər
məni daha çox mütəəssir etdi, çünki indi biz də düşməni məhv
etməklə məşğul ola bilərdik.
Gözlərim elə ağrıyır ki, məktubu yekunlaşdırmağa məcbu-
ram. Onu qasidlə İstanbula göndərəcəm.
Dostları ilə paylaş: