əsasən, nikah yalnız əks cinslərin arasında bağlana bilərdi və müvafiq
olaraq, ərizəçilərin tələbi rədd edildi. 1 yanvar 2010-cu ildə Avstriyada
həmcins cütlüklərin münasibətlərinin tanınmasının rəsmi mexanizmini
təmin etmək və qanuniləşdirmək üçün Qeydiyyata alınmış Partnyorluğa
dair Akt qüvvəyə mindi. AİHM, ilk olaraq, Avropa İnsan Hüquqları
Konvensiyasının (AİHK) 12-ci Maddəsinə əsasən, “kişi və qadınlara”
verilən ailə qurmaq hüququnun ərizəçilərin vəziyyətində tətbiq olunub-
oluna bilməyəcəyini araşdırdı. Baxmayaraq ki, Avropa Şurasının yalnız 6
üzv dövləti eyni-cins nikahlara icazə verirdi, AİHM qeyd etdi ki, Avropa
İttifaqının Əsas Hüquqlar üzrə Xartiyasının ailə qurmaq hüququnu əks
etdirən müddəası kişi və qadınlara istinad etmir, bununla da belə bir
nəticəyə gəlməyə imkan verir ki, ailə qurmaq hüququ heç də bütün hal-
larda əks cinsdən olan iki şəxs arasında nikahla məhdudlaşdırılmır. Buna
görə də, AİHK-nın 12-ci Maddəsinin ərizəçilərin şikayətinə şamil oluna
bilməyəcəyi qənaətinə gəlmək olmaz. Eyni zamanda, Xartiya həmcins
nikahlara icazə verib-verməmək qərarını üzv dövlətlərin daxili hüququnun
tənzimləməsinin ixtiyarına buraxır. AİHM vurğuladı ki, nikahın, bir
cəmiyyətdən digərinə fərqli olan sosial və mədəni aspektlərdə dərin kök
saldığını nəzərə alaraq, daxili hakimiyyət orqanları bu sahədə cəmiyyətin
ehtiyaclarını qiymətləndirmək və cavab vermək baxımından daha əlverişli
vəziyyətdədirlər. Müvafiq olaraq, AİHK-nın 12-ci Maddəsi cavabdeh
dövlətin üzərinə həmcins cütlüklərə nikaha daxil olmaq imkanı vermək kimi
öhdəlik qoymur və deməli, bu müddəa pozulmamışdır.
Ancaq son onillikdə Avropada həmcins cütlüklərə qarşı sosial
münasibətlərin sürətli inkişafına nəzər salaraq, AİHM-nin belə cütlüklərin
AİHK-in 8-ci Maddəsi ilə müdafiə olunan “ailə həyatı”ndan istifadə edə
bilməməsi mövqeyini ifadə etməsi süni görünərdi. Buna görə də, ilk dəfə
olaraq ərizəçilərlə bağlı belə qərara alındı ki, daimi partnyorluqda olan
həmcins cütlüklərin birgə yaşaması eyni situasiyada olan əks cins
cütlüklərin münasibəti kimi “ailə həyatı” anlayışına daxildir. 12-ci Maddə
əsasında gəlinmiş nəticəyə görə, AİHM həmcins cütlüklərə ailə qurmaq
hüququ verilməsi vəzifəsi baxımından ərizəçilərin mövqeyini paylaşa
bilməsə də, bu hala 14-cü Maddə 8-ci Maddə ilə birlikdə götürüldükdə
şamil edilə bilər. Eləcə də, dövlətin, ərizəçilərin partnyorluğunun qanuni
olaraq tanınması üçün alternativ vasitələr axtarmalı olmasını araşdırmaq
lazım idi. Həmcins partnyorluqların hüquqi cəhətdən tanınması ilə bağlı
yaranmış tendensiyaya baxmayaraq, bu sahə hələ də tam konsensusun
formalaşmadığı inkişaf etməkdə olan hüquqlardan biri hesab olunur ki, bu
191
Yeni məhkəmə işləri (iyul 2010-dekabr 2011)
sahədə dövlətlər qanunvericiliyə dəyişikliklər etmək baxımından mülahizə
sərbəstliyindən istifadə edirlər. Avstriya hüququ bu inkişafı əks etdirir və
qanunverici 2010-cu ilə qədər Qeydiyyata alınmış Partnyorluğa dair Aktın
həyata keçirilməməsinə görə qınana bilməz. Son olaraq, Qeydiyyata
alınmış Partnyorluğa dair Akt bənzər qanunvericiliyi qəbul etmiş digər üzv
dövlətlərdəki cərəyana daha çox uyğun gələn nikahla müqayisə etdikdə
bəzi maddi fərqləri saxlayırdı. Bundan başqa, ərizəçilər bilavasitə valideyn-
lik hüququ ilə bağlı hər hansı məhdudiyyətə məruz qalmalarına dair iddia
irəli sürmürdülər, odur ki, AİHM işin miqyasından kənara çıxaraq bu
fərqlərdən hər birini detallı araşdırmalı deyildi. Buna görə də, belə qərara
alındı ki, ərizəçilərin Konvensiyaya əsasən malik olduqları hüquqların heç
bir pozuntusu olmayıb.
AİHM, P.V. İspaniyaya qarşı
(No. 35159/09), 30 noyabr 2010
(ECtHR, P.V. v. Spain
(No. 35159/09), 30 November 2010)
Ərizəçi, cinsini kişidən qadına dəyişdirmiş transseksual şəxs idi.O, daha
əvvəl evli olmuş və bir oğlu var idi. Boşanma prosedurları zamanı uşağın
qəyyumluğu anaya, valideyn öhdəlikləri hər iki valideynə birgə və ataya
xüsusi qrafik şəklində görüş icazələri verildi. İki il sonra, ərizəçinin keçmiş
arvadı o, cins dəyişdirmə müalicəsi aldığı üçün, ata olaraq, ondan valideyn-
lik öhdəliyinin alınmasını və görüş icazələrinin dayandırılmasını istədi.
AİHM bildirdi ki, daxili məhkəmələr qərarlarında psixoloji ekspertin
hesabatına əsaslanaraq ərizəçinin emosional qeyri-sabitliyini, bunun
məhkəmə prosesləri başladığında altı yaşında olan uşağa təsir etmə və
onun psixoloji tarazlığının pozula bilmə riskini nəzərə almışdılar. Onlar,
ərizəçini ananın o zamankı tələbinə baxmayaraq, nə valideynlik
hüquqlarından, nə də uşağı ilə görüşmədən məhrum etmişdilər, əvəzində
ekspertin hesabatında göstərilən tövsiyələrə uyğun şəkildə mərhələli və
nəzərdən keçirilə bilən əsasda xüsusi görüş qrafiki hazırlamışdılar. Onların
əsaslandırması ondan ibarət idi ki, ərizəçinin transseksual olması əvvəlki
görüş icazələrini dəyişdirmək qərarı üçün həlledici amil deyildi, amma
uşağın maraqları üstünlük təşkil edirdi və buna görə də məhkəmələr uşağa
atasının cins dəyişdirməsinə mərhələli olaraq alışmasına imkan verən
məhdud görüş qrafiki seçmişdilər. Beləliklə, AİHM qərara aldı ki, AİHK-nın
pozuntusu baş verməyib.
192
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
4.5. Yaş (Məlumat kitabçasının 116-cı səhifəsi)
AİƏM, Ingeniørforeningen i Danmark Region Syddanmark-a qarşı
İş C-499/08, 12 oktyabr 2010 (Böyük Palata)
(CJEU, Ingeniørforeningen i Danmark v. Region Syddanmark
Case C-499/08, 12 October 2010 (Grand Chamber))
Danimarka məhkəmələrindən alınmış Danimarka sisteminə dair müraciət,
işəgötürənin 12, 15 və ya 18 il işləmiş maaş alan işçini işdən çıxardıqda,
müvafiq olaraq bir, iki və ya üç ayın maaşını verməli olmasına dair idi. Hal-
buki, bu kompensasiya işçilərə işdən ayrıldıqları zaman ödənilməmişdi,
onlar 50 yaşdan əvvəl qoşulduqları və işəgötürənin payı olan sxemdən
yaşlılığa görə təqaüd almışdılar. Regional quruma 27 illik xidmətdən sonra
cənab Andersen işdən çıxarılmış və məhkəmə təsdiq etmişdi ki, o, təqaüd
almalıdır. Regional qurum, 63 yaşlı təqaüd yaşına çatmış olması və təqaüd
sxeminin ona şamil oluna biləcəyi əsasında, ərizəçiyə kompensasiya
ödəməkdən imtina etdi. Danimarka Məhkəməsi, işdə və vəzifədə bərabər
davranış üçün ümumi çərçivə müəyyən edən 2000/78/EC Şura
Direktivində əks olunmuş yaş əsasında birbaşa və ya dolayı ayrı-seçkiliyin
ləğv olunması səbəbi ilə belə rejimin tətbiq olunmamasının zəruriliyinə dair
məlumat almaq istəyirdi.
Danimarka Məhkəməsinin suallarına cavab olaraq, AİƏM bildirdi ki,
2000/78/EC Şura Direktivi, 50 yaşdan əvvəl təqaüd sxeminə qoşulmuş
olduğu halda, işçini yaş təqaüdü ala biləcəyi üçün işdən çıxarıldıqda
ödənişdən məhrum edən daxili qanunvericiliyi istisna edir. Məhkəmə bildirdi
ki, yeni iş axtarmalarına baxmayaraq işdən çıxarılma ödənişi ala
bilməyəcəklərinə görə, işçilər üçün əmək hüquqlarını həyata keçirərək
əmək təqaüdü almaq iddiasında olmaq daha çətindir. Məhkəmə qeyd etdi
ki, bu səbəbə görə bu tədbir bütün kateqoriya işçilərin ödəniş almasını ef-
fektiv şəkildə qadağan edirdi. O da mümkün idi ki, işçilər qarşıdakı illərdə
işləməyə davam etdikdə ala biləcəklərindən daha az təqaüd almağa
məcbur olsunlar. Bu, işçilərin legitim maraqlarına zərər vururdu və bu kate-
qoriya ilə yaşlılıq təqaüdü almaq üçün müraciət edə bilməyənlərin arasında
mövcud olan fərqli davranış əsaslandırılmamış idi.
193
Yeni məhkəmə işləri (iyul 2010-dekabr 2011)
Dostları ilə paylaş: |