693
Xəstəxanadaxili infeksiyaların etioloji agenti qismində daha
çox aşağıdakı törədicilər iştirak edir:
Mikroorqanizm
lərin sinifləri
Mikroorqanizmlər
Xəstəxa nada olan
pasiyentlər üçün pato-
genliyi
Qram-müsbət
Staphylococcus aureus
Digər stafilokokklar və mikro-
koklar
A qrupu streptokokkları
B qrupu streptokokkları
C və G qrupu streptokokkları
enterokoklar, digər qeyri-hemo-
litik strepto kokklar
P
ŞP
P
ŞP
P
ŞP
ŞP
Anaerob bakte-
riyalar
Anaerob koklar,
histoloji klostridiyalar,
Clostridium tetani
ŞP
ŞP
ŞP
Qram-mənfi
aerob bakteriya-
lar
Sporəmələgətirməyən
qram-mən fi bakteriyalar, ente-
robakteriyalar: Salmonella
Shigella
enteropatogen E.coli,
digər E.coli,
Proteus,
Klebsiella-Serratia-Enterobac-
ter, Pseudomonas aeruginosa,
digər psevdomonadlar;
Flavobacterium meninqosepti-
cum, Acinobacter
ŞP
P
P
P
P
ŞP
ŞP
ŞP
ŞP
ŞP
ŞP
Digər bakteri-
yalar
Corinobacterium diphteriae,
Mycobacterium tuberculosis,
Listeria
adsız mikobakteriyalar,
Bordetella pertussis
P
ŞP
O
P
694
Viruslar
Hepatitlər, təbii çiçək, su çiçəyi,
qrip və digər KRX, Herpes
simplex, sitomeqaliya, qızılca,
məxmərək, rotaviruslar
P
P
P
P
Göbələklər
Candida,
Nocardia,
göbələklər (kif)
Histoplasma, Eoccidioides
Cryptococcus
ŞP
O
ŞP
P
P
Digərləri
Pneumosystis,
Toxoplasma
O
P
Qeyd: P–patogenbakteriyalar(sağlamşəxslərdəkliniktə-
zahür edən xəstəlik törədir); ŞP – şərti-patogen bakteriyalar
(xəstəliyəşəraityaradanspesifikamilolduqdaxəstəliktörədir);
O–opportunistmikroblar(yalnızinfeksiyayadavamlılığıkəskin
aşağıdüşmüşşəxslərdəxəstəlikəmələgətirir).
Xəstəxanadaxili infeksiyaların törədiciləri “hospital ştam”
adını almışdır, çünki stasionarda epidemik prosesi törədən kul tu-
ralar bir sıra xarakter əlamətlərlə fərqlənir: virulentliyin yük sək
olması və nəticədə antibiotiklərə, dezinfektantlara, UB-şüa lan-
ma ya qarşı yüksək rezistentlik, ətraf mühit amillərinə qarşı az
t ə ləbkarlıq və sürətlə böyümə imkanı. Məsələn, psevdomonadlar
və klebsiellalar nəm mühitdə – inhalyatorlarda, duru dərman for-
ma larında, əl-üzyuyanların səthində, kranlarda, nəm yığışdır ma
m a terialında sürətlə inkişaf edə bilər.
Xəstəxanadaxili infeksiyaların strukturu stasionarın profi lin-
dən, xəstələrin qrupundan və tətbiq olunan antibiotiklərin spek-
trin dən asılıdır.
Hospital infeksiyaların törədicilərinin mənbəyi birmənalı a n-
la yış deyildir. Belə ki, bunlar inkubasiya dövründə daxil olan
xəs tələrin özü, bakteriyagəzdirənlər, doğum stasionarlarında y a-
tan a na lar, tibb heyəti ola bilər.
695
Hospital infeksiyaların törədicilərinin yoluxma mexa nizmi və
yolları stasionarın profilindən, xəstələrin kontin gentindən, müalicə-
diaqnostik prosedurların və manipulyasiya ların həcmin dən asılıdır.
Müasir çoxmərtəbəli korpuslarda böyük sayda xəs tə lərin və h e-
yətin toplanması hava-damcı və hava-toz yoluxma yollarının
həyata keçirilməsi üçün əlverişli şərait yaradır ki, bu da hava
axı nı vasitəsilə baş verir. Hava axını qısa müddətdə tərkibində
t ö r ə dici olan aerozolu dəhliz və pilləkənlər boyunca daşıyır.
Tibb heyətinin əlləri, ağlar, xəstələrə qulluq əşyaları, tibb alətləri
və aparatları vasitəsilə infeksiya məişət-təmas yolu ilə də yayılır.
Törədicilərin qida yoluxma yolu qida bloklarının işi, qida məh-
sul larının və hazır yeməklərin hazırlanması və ya sax lanması tex-
nologiyasının pozulması zamanı həyata keçir.
Törədicilərin parenteral yoluxması zərərsizləşdirilməmiş
şpris və iynələrin istifadəsi, çirklənmiş qan preparatlarının yeri-
dilməsi zamanı mümkündür. B və C viruslu hepatitləri, İİV, sta-
filokokklar, malyariya törədicilərinin bu yolla ötürülməsi daha
geniş yayılmışdır.
İrinli-iltihabi və ya irinli-septiki xəstəxanadaxili infeksiyalar
cərrahi əməliyyatlar, inyeksiyalar, doğuş və abortlar zamanı qanın
köçürülməsi, hemodializ, damarların kateterizasiyası və s. əmə-
liyyatlar aparıldıqda yoluxma nəticəsində inkişaf edir.
İnkişaf edən xəstəxanadaxili infeksiyaların 40%-ə qədəri
sidik- cinsiyyət yollarının infeksiyalarının payına düşür və bu,
əsas etibarilə (80%-ə qədər) kateterlərin və drenajların istifadəsi
ilə bağlıdır. Onlar 2/3 halda qram-mənfi mikroorqanizmlərlə və
əsasən E.coli ilə şərtlənir. ÜST-ün məlumatlarına görə, sidik-
cinsiyyət yollarını zədələyən hospital infeksiyaların törədiciləri ara-
sında bağırsaq çöpünün xüsusi çəkisi 38%, protey – 17,5%, göy-
yaşıl irin çöpləri – 11,6%, klebsiellalar – 8,5% və enterobakterlər
– 6,4% təşkil edir.
Təqribən 1/4 hallarda xəstəxanadaxili infeksiyalar tənəffüs
yol larının xəstəliklərinin payına düşür. Tənəffüs yollarının xəstə-
xa nadaxili infeksiyaları yüksək letallığı (50-70%) ilə səciy yə lənir.
Onu şərtləndirən törədicilər içərisində P.aeruginosa, S.aureus, K.
pneumoniae, Acinebacter spp., nadir hallarda – anaeroblar, L.pne-