Az rbaycan Respublikas t hsil Nazirliyinin


Törədicilərin yoluxma amilləri haqqında anlayış



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə42/234
tarix25.03.2018
ölçüsü5,13 Mb.
#33233
1   ...   38   39   40   41   42   43   44   45   ...   234

130

Törədicilərin yoluxma amilləri haqqında anlayış

Törədicilərin yoluxma amilləri – törədicinin bir orqaniz min-

dən digərinə ötürülməsini təmin edən ətraf mühit amilləridir. T ö-

rə dici  yoluxmuş  orqanizmdən  ifraz  edildikdən  sonra  ətraf  mü -

hitə düşür və yenidən həssas orqanizmə daxil olana qədər orada 

qalır.  Ətraf  mühit  şəraiti  yaşayış  baxımından  törədicilər  üçün 

müx təlifdir. Törədicinin xarici mühitdə qalması müddəti də eyni 

deyildir. Ətraf mühit müxtəlif amilləri (temperatur, rütubət, qida 

maddələrinin olması və s.) özündə birləşdirir. Onlar patogen t ö-

rə dicilərə təsir edərək ya onun orqanizmə daxil olmasına mane 

olur, ya da kömək edir.

Törədicinin  yoluxmuş  orqanizmdən  həssas  orqanizmə  keç-

mə sini və epidemik prosesin daimiliyini təmin edən ətraf mühit 

amillərinə xəstəlik törədicilərinin yoluxma amilləri deyilir. O n-

lara aşağıdakılar aiddir: a) hava; b) su; c) torpaq; d) ərzaq məh  -

sulları; e) məişət əşyaları; ə) istehsal alətləri; f) yoluxucu x əs  tə-

lik lərin  canlı  keçiriciləri  (buğumayaqlılar).  Bəzi  törədicilər 

t    ə    ka  mül prosesində təmas yolu ilə (dəri-zöhrəvi xəstəliklər) y o-

lux   maya uyğunlaşmışdır.

 Törədicinin ötürülməsində iştirak edən amillərin cəmi onun 

yoluxma yolunu təyin edir.

Hava yoluxucuxəstəliklərintörədicilərininyoluxmaamilidir

 

Törədicilərin  müxtəlif  yoluxma  amilləri  arasında  hava  mü -



hüm əhəmiyyət daşıyır. Aerozol yoluxma mexanizmində törə di-

cilərin  infeksiya  mənbəyindən  hava  vasitəsilə,  xaric  edilməsi, 

eləcə də həssas orqanizmə hava vasitəsilə daxil olması bir sıra 

bioloji və fiziki qanunauyğunluqlarla müəyyən edilir. 

Bununla belə, aerozolların əmələ gəlməsini və mövcud ol  ma -

sını  səciyyələndirən  məlumatların  böyük  əhəmiyyəti  var,  çün ki 

yoluxucu xəstəliklərin yayılmasında asılı halda üzərlərində t ö rə -

diciləri daşıyan maye və bərk cisimləri olan hava amili m   ü hüm 

rol oynayır. Hava əksər yoluxucu xəstəliklərin t ö rə di ci lə ri üçün 

digər mühitlərə nisbətən (su, torpaq, ərzaq məhsulları v ə  s.   ) az 




131

əlverişlidir. Öskürmə, asqırma, tənəffüs və danışıq z a ma nı əmələ 

gələn  mikrob  aerozolu  monodispers  deyildir,  müxtəlif  ölçülü  c i-

sim  ciklərdən ibarətdir. Bu aerozolun 15-20%-ni  kiçik fraksiyalar 

təşkil edir. Onlar tənəffüs zamanı ağ ciyərlərin dərin qatlarına daxil 

olur və bununla törədicilərin oraya keçməsində mühüm rol oyna-

yır.  Hava  törədicilərin  artması  üçün  əlverişli  şərait  olmasa  da, 

ayrı-ayrı mikroblar orada müx tə lif müddətdə sağ qalır: qızılı sta-

filokok  otaq  şəraitində  72  saat,  difteriya  çöpləri  11  saat,  qrip 

virusu 4 saata qədər. Törə dicilərin havada yaşama müddəti tem-

peraturdan, rütu bətdən, intensiv günəş şüalarının təsirindən və s. 

asılıdır.

Əsasən  hava  vasitəsilə  yayılan  xəstəliklərə  qrip,  qızılca, 

or nitoz, epidemik parotit, su çiçəyini misal göstərmək olar. B u-

nun la yanaşı, stafilokok, streptokok, pnevmokok, meninqokokk, 

göyöskürək,  difteriya, vərəm,  taun, tulyaremiya, Kü- qız dır ması 

törədicilərinin  də  hava  vasitəsilə  yayılması  mühüm  əhəmiyyət 

daşıyır. Ağciyər toxumaları bəzi mikrob növlərinə həssas olduğu 

zaman süni surətdə yaradılmış qara yara, bruselyoz, səpgili yata-

laq  və  s.  aerozolları  ilə  nəfəs  aldıqda  da  bu  xəstəliklərin  y o-

lux ma mexanizmindən asılı olmayaraq xəstəlik baş verə bilər.

 

Su yoluxucuxəstəliklərintörədicilərininyoluxmaamilidir

Suyun patogen mikroblarla çirklənməsi müxtəlif yollarla baş 

verir. Su daha çox açıq su hövzələrinə zərərsizləşdirilməmiş çir-

kab suların axıdılması nəticəsində çirklənir. İnfeksion xəstə xa na-

lar ın, baytarlıq müəssisələrinin, eləcə də heyvani məhsulları emal 

edən müəssisələrin (ət kombinatı, dəri-gön fabrikləri) çir kab s u-

ları insan sağlamlığı üçün daha təhlükəlidir. Leysan ya  ğış lar n ə ti-

cə sində səthi çirklənmiş suların axması sayəsində də su höv zə -

lərinin, su quyularının çirklənməsi baş verir. Açıq su mən b ə  ləri 

çay və göllərdə paltar yuyanda, çimdikdə, çay gə mi lə rin dən çirkab 

sularının axıdılması zamanı, heyvanları suvararkən çi r k lənir. Pato-

gen mikroblarla çirklənmiş su yoluxucu xəstə lik lə rin törə di ci lə-

ri nin yayılmasında ən qorxulu kütləvi (epi de mik) v a si tə yə çevri-

lir. Suda olan törədicilər ətraf mühit amillərinə (məsələn, günəş 



132

şüasına) qarşı həssasdır. Suyun 2 m dərinliyinə düşən günəş şüa-

ları mikrobların əksər hissəsini məhv edir. Bununla belə, su höv-

zə lərinin dibinə yaxın hissədə (lildə) törədicilər uzun müddət sağ 

qalır.

Suda yaşayan bir çox canlılar özlərindən mikroblara öldü rü-



 cü təsir göstərən maddələr ifraz edirlər. Onların təsiri nəticə sin də 

su mikroblardan azad olur. Bu proses yayda daha sürətlə gedir. 

Qışda isə suyun təmizlənməsi ləngiyir, ona görə də xə s tə lik t ö rə-

dən mikroblar (vəba, qarın yatalağı, dizenteriya və s.) s o yuq s u da 

uzun müddət saxlanılır.

Su vasitəsilə keçirilən xəstəliklərin siyahısı böyükdür. Onlara 

vəba, qarın yatalağı, A və B paratifləri, bakterial və amöb dizen-

te riyası, enterokolitlər, infeksion hepatit, poliomielit, Koksaki və 

s.  viruslu  diareyalar,  leptospirozlar,  bir  çox  helmintozlar,  eləcə 

də  tulyaremiyanın  angioz,  bubon  və  bağırsaq  növlərini  misal 

gös tərmək olar. Su dəri örtüyü və selikli qişaların bəzi xəstə lik lə-

rində (traxoma, qoturluq, göbələk xəstəlikləri, adenoviruslu k on-

yunktivit və s.) törədicilərin yoluxma amili kimi iştirak edir. O, 

bəzi  zoonozların  (manqo,  dabaq,  salmonelyoz,  Kü-qız dır m a  s ı, 

qara yara və s.) törədicilərinin yayılmasında da iştirak edir. Bir 

çox yoluxucu xəstəliklərin törədiciləri su vasitəsilə insanlara ya 

enteral yolla (bağırsaq qrupu xəstəlikləri), ya da parenteral yolla 

zədələnmiş  dəri  və  selikli  qişalardan  keçir  (leptospirozlar,  dəri 

və xarici örtük xəstəlikləri).

Torpaq –yoluxucuxəstəliklərintörədicilərininyoluxmaamilidir

İnsan və heyvan ifrazatları ilə xaric edilmiş patogen törə di ci-

lər hava və su ilə yanaşı, torpağı da çirikləndirirlər. Bu, tor pağı 

bir  çox  yoluxucu  xəstəliklərin  törədicilərinin  güclü  yoluxma 

amilinə  çevirir.  Patogen  anaerob  törədicilərin  yayılmasında  tor-

pa ğın böyük əhəmiyyəti var. Tetanus, qazlı qanqrena və botulizm 

törədiciləri  insanların  və  heyvanların  nəcisi  ilə  torpağa  d ü şərək 

spor əmələ gətirir və illərlə orada sağ qalır. Əgər tetanus və ya 

qazlı  qanqrenanın  törədicisi  çirklənmiş  torpaqla  tamlığı  pozul-

muş dəridən və ya yara dan daxil olarsa, onda yoluxma baş verir. 




Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   234




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə