25
“Epidemik konstitusiya” (“miazmatik”) nəzəriyyəsi ilə Hip-
pokrat b.e.ə. 460–377-ci ildə “Epidemiologiya” terminini təbabətə
gətirmişdir. O, bu terminlə bu və ya digər ərazilərdə bir sıra epide-
miyaların inkişaf etməsini izah etmişdir. Alim epi de mi yaları iqlim,
davranış, atmosfer və digər təsirlərlə əlaqələndirmiş, həmçinin o n-
ların müxtəlif təbii hadisələrdən: vulkan püskürməsi, daşqınlar və
s. asılı olaraq baş verdiyini söyləmişdir.
Orta əsrlərdə yoluxucu xəstəliklərin geniş yayılmasına bax-
mayaraq, epidemiyaların öyrənilməsində yenilik qeydə alınmır.
Dindarlar bu sahədə yeni fikirlərin əmələ gəlməsinin qarşısını
a la raq qədim dövrlərdə tətbiq olunan tədbirlərin həyata keçiril-
mə sinə maneçilik törədirdilər.
İntibah dövründə (XIV–XV əsr) görkəmli İtalyan həkimi,
as tronomu Ciralamo Frakastro (1478–1553) öz kitabında (“kon-
ta giyalar, kontagioz xəstəliklər və onların müalicəsi”) ilk dəfə
epi demik xəstəliklərin yaranması və inkişafı haqqında nəzəriyyə
yaratmağa cəhd göstərmişdir. 1546-cı ildə yazılmış bu kitabda o,
dahi uzaqgörənliklə yoluxucu xəstəliklərdə (təbii çiçək, taun, q ı-
zıl ca, quduzluq, cüzam və s.) canlı törədicilərin əhəmiyyətini
gös tə rərək qeyd edir ki, onlar artmaq qabiliyyətinə malikdirlər.
Onlar xəstənin əşyaları ilə birbaşa təmasda olduqda, hətta hava
vasi tə silə yayılırlar.
Sonralar, sənaye inqilabı dövründə (XVI–XVIII əsrdə) epi de-
mi ologiyanın sərbəst tibb elminə çevrilməsində rol oynayan t ə-
biət elmində yerinə yetirilən elmi işlərin sayı artdı. Həmin dövr də
yaranmış əlverişli şərait yeni bir elmin – bakteriologiyanın mey-
dana gəlməsinə, bu da öz növbəsində bütün tibb elminin, eləcə də
yoluxucu xəstəliklərlə mübarizə sahəsində elmi və təc rübi fəaliy-
yət imkanına malik bir elmin – epidemiologiyanın t ə rəq qi sinə t ə-
kan verdi.
O dövrün alimləri arasında yoluxucu xəstəliklərin təbiə ti ni
izah edən biri-birinə zidd iki fikir tərəfdarları mövcud idi:
1) miazmatiklər, 2) kontagionistlər.
Birincilər (miazmatiklər) hesab edirlər ki, epidemiyanın
ə mələ gəlməsi iqlimdən asılı olan atmosferin “epidemik konsti tu-
si yalar”ının dəyişməsindən asılıdır. Müəyyən şəraitlərdə “zərərli
26
başlanğıc” (miazmalar) torpaqda artır, havaya yayılaraq insan ları
yoluxdurur və xəstəlik əmələ gətirir. Təbabətdə bu isti qa mətin
tərəf darı məşhur ingilis həkimi Tomas Saydenham (1524–1689)
idi. O, yoluxucu xəstəliklərin müalicəsi ilə məşğul olarkən qızılca,
göyöskürək, təbii çiçək, vəba, skarlatina, malyariya və başqa yolu-
xucu xəstəliklərin geniş təsvirini vermişdir.
Saydenxam “Epidemik konstitusiya” və ya miazmatik-konta-
gioz nəzəriyyədə (1624–1639) göstərmişdir ki, epidemik xəs tə-
likləri törədən “başlanğıc” amil çürüyən maddələrdə əmələ gəlir.
Bu nəzəriyyə “mikrobların özbaşına yaranması” haqqında olan
baxışlarla birlikdə və epidemiyaların “konstitusional” tə biətini
e ti raf edən “epidemik konstitusiya” nəzəriyyəsini tamam la yaraq
xəstəliklərin yaranmasında, yoluxmuş şəxslər və çirkli əş yalar
v a si təsilə ötürülməsində onların rolunu təsdiq etmişdir. Miazma-
tik kontagioz nəzəriyyə XIX əsrin sonuna qədər hökm sürmüş-
dür.
İkincilərin (kontagionistlər) fikrincə, xəstəlik xəstənin bədə-
nin də artan “kontagiya” və xarici mühitə ifraz olunan can lılar
(kon tagiyalar) tərəfindən törədilir. Bu fikrin müəllifi gör kəm li
rus həkimi Danilo Samoyloviç idi (1744–1805).
Epidemiologiyanın inkişafında ingilis həkimi E.Cenner (1749–
1823) tərəfindən inək çiçəyi ilə insanların peyvənd edil məsi fak-
tının böyük köməyi oldu. Bununla yanaşı, XIX əsrin ikin ci yarı-
sında L.Paster (1822–1825), İ.İ.Meçnikov (1845–1916), R.Kox
(1843–1910), D.İ.İvanovskinin (1864–1920) apardığı elmi işlərin
sayəsində mikrobiologiyanın sürətlə inkişaf etməsi yoluxucu xəs-
təliklərin epide miologiyasında hazırda mövcud olan müasir fi kir-
lər təsdiq edildi.
Epidemik xəstəliklərin səbəbi – canlı orqanizmlərdir (con ta-
gium virum) – onun tərəfdarları belə hesab edirdilər ki, həmin
orqanizmlər xəstələrdən sağlam şəxslərə ötürülür. Bu məlu mat-
lara e.ə. 430-cu ildə baş vermiş “öldürücü xəstəliyin” təsvirində
rast gəlmək olar.
Bioloji amillər nəzəriyyəsində ilk olaraq toyuq vəbasının,
do ğuş dansonrakı qızdırmanın, irinli abseslərin, osteomielitlərin
tö rədicilərini aşkar edən L.Paster yoluxucu xəstəliklərin: mə sə-
27
lən, qayıdan yatalağın (1873), cüzamın (1874), qarın yatalağının
(1880), vərəmin, manqo (1882), vəbanın, difteriyanın, tetanusun
(1883–1884), bruselyozun (1886), taunun (1894), botulizmin,
di zen teriyanın və s. mikrob təbiətli olmasını sübuta yetirən fakt-
lar gətirmişdir.
Bəzən belə hesab edirlər ki, bakteriologiyada baş vermiş kəşf-
lər epidemiologiyada da inqilaba səbəb olmuşdur. Ancaq bu, tək
epidemiologiyanın deyil, bütünlüklə təbabətin nailiyyəti idi. İnki-
şaf edən yeni tibb elminin – bakteriologiyanın təsiri altında yo lu-
xucu xəstəliklər haqqında təlim işlənib hazırlandı. Həmçinin yeni
tibb elmləri: immunologiya, yoluxucu xəstəliklərin klinikası mey -
dana gəldi.
Epidemiologiyanın canlanması yeni tibb elmlərinin müvəf fə-
qiy yətləri sayəsində baş verdi. Bu müvəffəqiyyətlər XX əsrin
gör kəmli alimlərindən olan D.K.Zabolotnı (1866-1929), L.V -
Qro ma şevski (1887–1980), V.A.Başenin (1882-1978), Y.N. Pav -
lovs kinin (1884-1969) apardığı işlərin nəticəsində qazanıl mışdır.
D.K.Zabolotnı sovet epidemiologiyasının banisidir, ilk “Epi de m-
i ologiyanın əsasları” (1927) kitabının müəllifidir. Epi de mio lo gi-
ya nın sonrakı inkişafı bir neçə onilliklər ərzində 3 məktəbin rəh-
bər ləri L.V.Qromaşevski, V.A.Başenin və Y.N. Pavlovskinin a d ları
ilə bağlıdır.
L.V.Qromaşevski epidemiologiyanın inkişafının qeyri-ənə nə vi
yolunun tərəfdarı idi. Onun əsas müayinə üsulu yoluxucu xəs-
təlikləri öyrənən biliklərin sintezidir. Burada epidemiolo gi yanın
sintetik rolu öz əksini tapmışdır. Müəllif epidemiya məf hu munu
yoluxucu xəstələnmə ilə məhdudlaşdırır və onu 2 his sə yə bölür:
a) dar mənada “epidemiya” məfhumu epidemiyanın əv vəlki
təyinatına uyğundur, b) bununla yanaşı, epidemiyanı geniş m ə-
nada və ya epidemik proses anlayışı kimi izah edir. O, həmçinin
epidemiologiyanı nəinki epidemiyalar haqqında elm kimi (dar
mənada), eləcə də epidemik proses və onun bütün təzahürləri
(yo luxucu xəstəliklərin epidemiyalarından tutmuş tək-tək xəs tə-
lən mələrə qədər) haqqında elm kimi müəyyən edir.
V.A.Başenin epidemiologiyaya ənənəvi baxımdan yanaş mış-
dır: o, yoluxucu xəstəliklərin baş verməsinin və yayılmasının q a n-
u nauyğunluqlarını aydınlaşdırmaq üçün xəstəliklərin səviy yəsini,
Dostları ilə paylaş: |