50
§ 10. ĠLK ALBAN HÜQUQĠ SƏNƏDĠ -AQUEN
QANUNLARI
Aquen kilsə məc lisin in qanuni qərarları və VII əsrin alban kato likosu
Simeonun qərarları alban hüququnun dövrümüzədək gəlib çatmıĢ qədim yazılı
abidələridir. Bu kilsə məclisi V əsrdə alban hökmdarı III Vaçaqan tərəfindən
Aquen adlanan sərhəd məntəqəsində çağırılmıĢdı.
Aquen qanunları böyük əhəmiyyətə malik, erkən o rta çağlar
Albaniyasının indiyə qədər qorunub qalmıĢ yeganə tarixi-hüquqi sənədidir. Bu
abidədə mü xtəlif ictimai təbəqələrin sosial və hüquqi münasibətləri ö z əksini
tapmıĢdır.
Aquen qanunlarının
qəbul
olunduğu
zamanadək
Albaniyada,
Ermənistanda və Gürcüstanda kilsənin ehtiyac və maraqlarını ifadə edən tərcümə
və orijinal qanun mətnləri mövcud idi: hüquqi normalarla b irlikdə Bib liyanm
tərcüməsi, ü mu mdünya kilsə məc lislərin in (325-ci ilin Nikeya, 381-ci ilin
Konstantinopol, 431-c i ilin Efes kilsə məclislərinin) bütün xristianlar üçün icbari
olan qanunları. Ümu mdünya kilsə məclislərinin hüquqi kodekslərin in müəyyən
təsiri və Albaniyada ictimai münasibətlərin daxili inkiĢafı nəticəsində alban
qanunlarının yaradılması zərurəti meydana gəldi.
Alban hökmdarı III Vaçaqan Albaniyanın müstəqilliyin i möh-
kəmləndirməyə can ataraq, yad dini-siyasi təsirlərə və yadelli qüvvələrin
assimilyasiya siyasətinə qarĢı dura biləcək müstəqil alban kilsəsinin böyük siyasi
rolunu nəzərə alaraq alban kilsəsinin dayaqlarını möhkəmləndirməyi, onu iqtisadi
cəhətdən gücləndirməyi zəruri hesab edirdi. Bıınu isə alban kilsə hüquqi normalarının
qəbul olunması yolu ilə etmək mümkün idi. III Vaçaqan bu məqsədlə Aquen kilsə
məclisini çağırdı.
Aquen qanunlarının ayrıca nəĢri mövcud deyildir. Bu qanunlar Moisey
Kalankatlının "Alban tarixi" əsərində və "Erməni qanunları kitabı"nda
("Kanonagirk"də) nəĢr olunmuĢdur.
Aquen məclisi tərəfindən iĢlənmiĢ və qəbul edilmiĢ qanun Nizamnaməsi
giriĢdən və 21 maddədən ibarətdir. GiriĢ hissəsində Aquen kilsə məclisinin səbəbləri
haqqında danıĢılır.
Kilsə məclisi ruhani olmayanlarla ruhanilər, kübar cəmiyyətindən olan
azatlarla sadə əhali - ramiklər arasında baĢ verən çəkiĢmələrə qarĢı təcili tədbirlər
qəbul edilməsi üçün çağırılmıĢdı.
Görünür, qanunlar bizə tam redaksiyada gəlib çatmamıĢdır. Çünki, qeyd
edilmiĢ "azatlarla ramiklər arasında olan çəkiĢmələr" qanunlarda öz əksini
tapmamıĢdır.
Qanunların təhlili onları dörd qrupa bölmək imkanı verir: 1) ruhanilərə (kilsə
xadimlərinin qarĢılıqlı münasibətlərinə, ruhanilərin hüquq və vəzifələrinə) aid olan
qanunlar; 2) ruhanilərlə dünyəvi əyanlar arasında olan münasibətləri tənzimləyən
51
qanunlar; 3) ruhanilərlə dünyəvi əhali a rasındakı münasibətləri tənzimləyən
qanunlar; 4) sırf hüquqi səciyyə daĢıyan qanunlar.
I, II, VI, VII, IX, XV, XVI maddələr həmin qanunların birinci qrupuna aiddir.
I qanunda deyilir: "Kənd keĢiĢləri ildə iki dəfə yepiskopa hörmət göstərməli, müqəddəs
kitablar üzrə ondan din nizamlarını öyrənməli və adətə görə ona ildə bir dəfə hədiyyə
aparmalıdır".
II qanunda deyilir: "KeĢiĢ və ondan aĢağı vəzifələrə təyin etdikdə, keĢiĢ
dörd dirhəm, ondan aĢağı vəzifəyə keçirilən iki dirhəm verməlidir".
I və II qanunlar kilsə iyerarxiyasını möhkəmləndirir, aĢağı vəzifəli kilsə
xadimlərinin yuxarı vəzifədə olan kilsə xadimləri qarĢısındakı vəzifələrini
müəyyənləĢdirir, kilsə xidməti zamanı iyerarxiya prinsiplərinə əməl olunmasını tələb
edir.
VI, XV, XVI qanunlar ruhani təbəqəsindən olan yepiskopların, keĢiĢlərin aĢağı
vəzifəli kilsə xid mətçilərinə münasibətindəki yurisdiksiyasını müəyyənləĢdirmək
məqsədi güdür. Təqsiri olan iereyi və yaxud dyakonu yepiskop, keĢiĢ mühakimə
edirdi. Kilsə vəzifəsindən məhrumetmə, torpaq payını əlindən alma, tövbə üçün
xəlvət yerə göndərilmə, kənddən qovulma, qanunlar üzrə cəzalandırma -tənbeh
növlərindən idi.
Hüquqi baxımdan XV və XVI qanunlar həm cinayət hüququ normasını
(böhtan haqqında), həm də məhkəmə hüququ normasını (məhkəmə sübutları)
özündə ehtiva edir.
VII və IX qanunlar iereylərin və bir kilsəyə mənsub olan dindarların
müəyyən nisbətini müəyyənləĢdirir. Bir kilsəyə mənsub olan dindarların sayı
iereylərin sayı ilə u zlaĢ malı idi.
Ruhanilərlə dünyəvi əyanlar arasındakı münasibətləri tənzimləyən ikinci
kateqoriyadan olan qanunları (III, XVII, XVIII, XX, XXI qanunlar) nəzərdən
keçirək.
Aquen kilsə məclisin in XXI maddəsində deyilir: "Əgər azat öz kilsəsində
səcdəgah qurmaq və ya oraya quru cəsəd gətirmək və ya nahar ibadətini keçirmək
istəsə, bunları o, mü mkünsə yepiskopun icazəsi ilə etməlid ir. Kim ki, bunları
yepiskopun icazəsilə edir, ona uğurlar olsun. Kim ki, bunu yepiskopun icazəsi
olmadan edir, o, kilsədən uzaqlaĢdırılır və yepiskopa imkan ı daxilində cərimə
gətirir. Yalnız qanunlarda nəzərdə tutulmuĢ cərimən i gətirəndən sonra o, xeyir-dua
ala bilər". Burada yenə də Aquen kilsə məc lisinə qədərki dövrdə fəaliyyət
göstərmiĢ, bizə məlu m o lmayan qanunlar xatırlan mıĢdır.
Bu normala r yepiskopların nüfuzunun və hakimiyyətinin
möh-
kəmləndirilməsi, habelə onların "gəlir"dəki payının saxlan ması məqsədini güdür.
Gö rünür, bu "gəlir" onların (kilsə xid mətçilərin in) günorta ibadəti keçirilərkən,
əzablara məru z qalmıĢ Ģəxslərin quru cəsədləri nümay iĢ etdirilərkən, səcdəgah
qoyularkən əldə etdikləri mənfəət hesabına yaranırdı.
Aquen kilsə məclisinin XX maddəsi ruhanilərin, xüsusilə yepiskopların