98
Ģar formasında olan (bir tərəfində möhürün müxtəlif süjetli əksi həkk edilmiĢdir), ortası
deĢikli daĢ məmulatıdır. Onlarda böyük ustalıqla maral, öküz, qoyun, keçi, Ģir, bəbir
təsvirləri, bitki Ģəkilləri, hətta müxtəlif geyimdə insan fiqurları həkk olunmuĢdur. Ən
çox möhür Mingəçevir və ġamaxı (ġərgah) qazıntılarından tapılmıĢdır. Beyləqandan
tapılmıĢ dağ bülluru və əqiqdən hazırlan mıĢ möhürlər bərk daĢların incəliklə
iĢləndiyinə gözəl misaldır. Dağ büllurundan olan möhürdə kəsmə üsulu ilə dizi üstdə
dayanmıĢ keçi təsvir olunmuĢdur. Əqiqdən hazırlanmıĢ möhürdə isə ayaq üstdə duran
keçinin qabağında oxa-bənzər ağac həkk edilmiĢdir. Mingəçevir və Qəbələdən üzərində
mü xtəlif möhürlərin əksi basılmıĢ gil bulla (sulquc) nümunələri də tapılmıĢdır. Maraqlıdır
ki, Azərbaycanın özündə daĢ möhürlərin çıxarları və yarımfabrikatlarına da təsadüf
olunur, bu da onların müəyyən hissəsinin yerli istehsal olduğunu sübut edir.
Ġlk orta əsr təbəqəsindən tapılan sümük əĢyalar və bəzək Ģeyləri bu dövrdə
həmin məmu latdan geniĢ istifadə olunduğunu nümayiĢ etdirir. Beyləqandan sümük
dəstək, Mingəçevirdən sümük daraq, ġərgah və QuĢçudan sümükdən bıçaq sapları
tapılmıĢdır. Mingəçevirdən tapılmıĢ bir sümük təbəqənin üzərində atlı təsvir
olunmuĢdur; yəhər, atlının geyimi və silahı aydın bilinir. Bir daraq sınıq xətlər və iç-içə
olan dairələrlə naxıĢlanmıĢdır. Qazıntıların ilk orta əsr təbəqələrində baĢ hissəsi əl,
heyvan və quĢ baĢı Ģəklində düzəldilmiĢ sümük sancaqlara, düymə, iy baĢlıqları və toqqa
bəzəklərinə də təsadüf olunur. ġamaxı rayonunda Qalacıq yaĢayıĢ yerindən sümükdən
toxuculuq alətləri - kirkit və kiçik bıçaqlar tapılmıĢdır.
Arxeoloji qazıntılardan ağac məmulatı torpaqda pis qaldığından az tapılır.
Nisbətən yaxĢı qalanı ardıc ağacı qalıqlarıdır. Bu ağacdan Beyləqanda tikinti iĢlərində və
xüsusilə quyuların ağzını bağlamaqda geniĢ istifadə edilmiĢdir. Qazıntılardan tapılan
metal əmək alətləri, ağac alət və əĢyaların metal hissələri hələ ilk orta əsrlərdə
Azərbaycanda ağaciĢləmə sənətinin inkiĢaf etdiyini göstərir. Mingəçevirdə katakomba
qəbrindən toxucu dəzgahının hissələri tapılmıĢdır. Demək olar, bütün qazıntılarda
tikintidə istifadə olunmuĢ ağac qalıqlarına (tir, dirək, pəncərə çərçivəsi, Ģəbəkə və s.)
təsadüf olunur. Ço x hallarda çürümüĢ vəziyyətdə tapılan bu qalıqlar tikintidə
Azərbaycanın zəngin möhkəm və davamlı ağac növlərindən (palıd, Ģabalıd, fıstıq,
qarağac və s.) istifadə olunduğunu nümayiĢ etdirir. Mingəçevir və ġərgahdan ağacdan
təsərrüfat və məiĢət qabları tapılmıĢdır. Onların bəziləri zəngin naxıĢlanmıĢdır. Bir
əĢyanın üzərində dairə, quĢ və maral rəsmləri verilmiĢdir.
Azərbaycanın ilk orta əsr maddi mədəniyyətinin bir qrupunu sikkə qalıqları
təĢkil edir. Bu dövrdə Azərbaycanda əsasən Sasani sikkələri dövriyyədə olmuĢdur.
Onların qalıqlarına dəfinə Ģəklində və tək-tək qazıntılarda və təsadüfi tapıntılarda rast
gəlinmiĢdir. Bu cəhətdən Qəbələ dəfinələri (Dəlləkotu adlı yerdə), Bakı dəfinəsi,
Göyçay dəfinəsi və s. xüsusi qeyd edilməlidir. Qəbələ dəfinəsində Sasani pulları ilə
birlikdə daha qədim dövrə aid Parfiya və Roma sikkələri də olmuĢdur. Azərbaycan
ərazisində, demək olar ki, bütün Sasani padĢahlarının pullarına təsadüf edilmiĢdir.
Arxeoloji qazıntıların ilk orta əsr təbəqələrində yazılı abidələr, az da olsa,
aĢkara çıxarılmıĢdır. Bunların içərisində Mingəçevirdən tapılmıĢ alban yazıları xüsusi
99
əhəmiyyətə malikdir. Bu yazılar bir ədəd xaçaltı böyük daĢın və bir neçə gil Ģamdanların
və qabların üzərində qalmıĢdır. Xaçaltı daĢda 62 hərf, qalan abidələrdə isə 140-dək
hərf-iĢarə olduğu müəyyən edilmiĢdir. Mingəçevir yazılarının alban yazısı olduğu
Ģübhə oyatmasa da, onların oxunuĢu hələ də baĢa çatdırılmamıĢdır. Alban yazıları V-
VIII əsrin əvvəllərinə aiddir. Ġkinci qrup yazılar pəhləvi (orta fars) dilində olan yazı-
lardır. Bu yazılara əsasən pullar üzərində və Dərbənd qala divarlarında rast gəlinir.
Dərbənd pəhləvi yazıları əsasında Ģəhərin və qala divarların ın tarixinə dair xey li
məlu mat əldə edilmiĢdir. Cənubi Azərbaycanda, Muğanın mərkəzi h issəsində
yerləĢən MiĢkinĢəhr adlı yerdə aparılan qazıntılar zamanı pəhləv i dilində daĢ
üzərində maraqlı bir yazı tapılmıĢdır. Yazı IV əsrə aiddir. Yazıda Nərse-Hörmü z
adından burada qala tikild iyi göstərilir.
Üçüncü qrup yazılar isə xristian abidələrində təsadüf olunan ermən idilli
yazılard ır. On ların nümunələri M ingəçevirdən (VII əsr), Govurqaladan (IX əsr) və
digər yerlərdən məlu mdur. Govurqaladan tapılan daĢ sarkofaqın qapağı üzərində
IX əsrin sonlarında Alban dövlətini bərpa etmiĢ Həmmamın qardaĢının adı
yazılmıĢdır. Gö rünür, hökmdar ailəsinə aid qəbiristanlıq həmin dövrdə bu ərazidə
yerləĢmiĢdi.
§ 2. YAZI. MƏKTƏB. ƏDƏBĠYYAT
a) Al bani ya - Tarixi taley in xüsusi hökmülə A lbaniyanın yerli mənĢəli
yazılı abidələri dövrümü zə qədim erməni dilində gəlib çatmıĢdır. Lakin XIII
əsrədək alban ədəbiyyatı, Ģübhəsiz, alban dilində yazılmıĢdır.
Xristianlıq qəbul edilənə və Albaniyada dövlət dininə çevrilənədək
albanların öz yazısı olmuĢ, bütün ölkə üçün tayfalararası ünsiyyət vasitəsi kimi
alban dili geniĢ intiĢar tapmıĢdı. Alban dilində yerli yazı və ədəbiyyatın yaranması
ermənilərdə və gürcülərdə olduğu kimi, ölkənin xristianlaĢ ması ilə bağlı idi. Dini
ədəbiyyatın albancaya ilk tərcü mələri siryani dilindən olmuĢdur. Moisey
Kalan katlının verdiy i məlu matlar Albaniyanın qədim Suriyanın vilayətləri və
Fələstinlə köhnə əlaqələrinin o lduğunu göstərir.
Albanların öz doğ ma dillərində yazı və ədəbiyyatın olması obyektiv tarixi
zərurətdən irəli gəlirdi. Sosial-iqtisadi və siyasi Ģərait A lbaniyanın öz ədəbiyyatının
yaranması üçün zəmin hazırlamıĢdı. V əsrin baĢlanğıcında arami qrafikası əsasında
alban yazısı -əlifbası təkmilləĢdirildi. Antik müəlliflərə görə, albanlar hələ e.ə. I
əsrdə öz yazılarından istifadə edirdilər. V yüzilin əvvəllərində təkmilləĢdirilmiĢ 52