Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə60/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   56   57   58   59   60   61   62   63   ...   102

129 
 
Gürcüstanın Axaltsixe vilayətində Kürün sağ sahilində yerləĢdiyini qeyd edirlər. 
39.
 
Cərdəman  qalası  (Cərdman  və  ya  Girdiman  qalası  -  N.Vəlixanlı 
«Ġbn  Xordadbehin  Yollar  və  ölkələr  haqqında  kitab»ı  s.303)  -  eyni  adlı  alban 
knyazlığının  paytaxtı  Qardman  ilə  eyniləĢdirilir.  Ümumiyyətlə,  qalanın  harada 
yerləĢməsi barədə  müxtəlif  mülahizələr mövcuddur, V.Minorski (Hüdud əl-'aləm, 
,s. 394) qalanın ġamxor çayının asağı hissəsində, Z.M.Bünyadov isə (Albanica. III. 
s.90) Qardman (yəni Girdiman) Ģəhər-qalasının ġamxor çayının Ģərq sahilində, bir 
vaxtlar Qrtmanik adlanan, indi xarabalığa çevrilmiĢ qəsəbənin yerində yerləĢdiyini 
göstərirlər. 
40. NəĢəva - Orta əsr ərəb müəlliflərinin əsərlərində Naxçıvan Ģəhərinin adı. 
41. BərĢəliyyə (BaĢlı) - Xəzərlərin ölkəsində Ģəhər. 
42.  Zira'  - Memarlıq  sahəsində 0,75 m., tikinti iĢləri sahəsində  - 0,56  m-ə 
bərabər  ölçüdə,  digər  sahələrdə  isə  bunlardan  bir  qədər  fərqli  dərəcədə  qəbul 
olunmuĢ uzunluq vahididir. 
43.  Mil  -  hal-hazırda  ancaq  dənizçilik  sahəsində  istifadə  olunan  uzunluq 
vahididir. 1 dəniz mili - 1852 metrə, 1 coğrafi mil isə - 7468 metrə bərabərdir. 
Orta əsr mənbələrinə görə 1 mil о dövrdə 4 min dirsək və уа fərsəxin 1/3-ə 
bərabər idi. 
44.
 
Sərir  - bu ölkənin torpaqları Dağıstanda  - Andi Koysu, Avar Köysu 
və  Qara  Köysu  çaylarının  arasında  yerləĢirdi.  V.Minorskiyə  görə  («История 
Ширвана» s. 132-137) avarların məskən saldığı yer idi. 
45.
 
Filan  -  ġərqi  ġəkki  (ġəki)  ilə  Samur  arasında  yerləĢən  ərazi  (bax: 
B.Mинорский «История Ширвана» s. 137-138) 
46.
 
Əl-Ləkz  -  ġirvandan  Ģimalda  Samur  çayının  yuxarı  hissəsində 
yerləĢən dağlıq vilayət. Burada məskən salmıĢ tayfalar müsəlman mənbələrində əl-
ləkz (yəni ləzgilər) adlanırdı. 
47.
 
ġirvan  -  Azərbaycanda  tarixi  vilayət.  Mənbələrdə  ölkə  kimi  də  adı 
çəkilən  ġirvan  əvvəllər  Kür  çayı  ilə  ġabran,  Xəzər  dənizi  ilə  Qəbələ  arasındakı 
əraziləri  əhatə  edirdi.  ġirvan  ərazisi  ġirvanĢahlar  dövlətinin  (Vl-XVI  əsrlər) 
ərazisinə daxil olmuĢ, bu dövlətin güclənməsi ilə ərazisi də geniĢlənmiĢdir. 
48.
 
Zirikiran  (Zirehgaran,  Zəryəgəran)  -  Müasir  Dağıstanın  Qubaçi 
(Köbeçi) auludur. 
49.
 
Qabaq (Qabq) dağı - BaĢ Qafqaz dağları. 
50.
 
Ərəb  dilində  olan  sözlərdəki  uzun  saitləri  ana  dilimizdə 
transkripsiyada göstərmək üçün onların üstündə (-) iĢarəsi qoyulur. 
51.
 
Osman ibn 'Affan - Əməvilərdən əvvəlki dövrün (VII əsrin I yarısı) 
III  ərəb  xəlifəsidir.  644-656-cı  illərdə  hakimiyyət  baĢında  olmuĢdur.  Onun 
hakimiyyəti dövründəki istilalar nəticəsində  xilafətin ərazisi xeyli  geniĢlənmiĢdir. 
Müqəddəs  Quranın  yazılı  Ģəkildə  tərtibi  məhz  Osmanın  tapĢırığı  ilə  həyata 
keçirilmiĢdir. 
52.
 
Əl-Cəzirə 

Orta 
əsr 
ərəb 
coğrafiyaĢünaslarına 
görə 


130 
 
Mesopotamiyanın  -  Fərat  və  Dəclə  çayları  arasındakı  ərazinin  Ģimal  hissəsi  belə 
adlanırdı.  ġimalda  Malatya  və  Amiddə  baĢlanır,  cənubda  Ənbərdən  Tikritə  qədər 
uzanan xətt ilə Ġraqdan ayrılırdı. 
53.
 
Həbib  ibn  Məsləmə  əl-Fihri  -  xəlifə  Osmanın  (644-656)  dövründə 
ərəb istilalarında iĢtirak etmiĢ ərəb sərkərdəsidir. III və IV Ərminiyyənin fəthi onun 
yürüĢləri  ilə  əlaqədardır.  Bu  yürüĢlərin  I-si  644-645  illərdə,  II-si  isə  652-ci  ildən 
sonra olmuĢdur. 
54.
 
Ömər ibn əl-Xəttab (I Ömər) - II ərəb xəlifəsidir. 634-644-cü illərdə 
hakimiyyətdə  olmuĢdur.  Onun   hakimiyyəti  dövründə  Asiya  və  Afrikanın  xeyli 
hissəsi  iĢğal  olunmuĢdur.  «Əmir  əl-möminin»  titulu  ilk  dəfə  I  Ömər  tərəfindən 
qəbul edilmiĢdi. 
55.
 
Cizyə  -  Ərəb  xilafətində,  sonralar  isə  digər  müsəlman  ölkələrində 
qeyri-müsəlman əhalidən dövlət xeyrinə toplanılan vergi. Ancaq kiĢilərdən alınırdı. 
Qadınlar,  qocalar,  həddi-buluğa  çatmayanlar,  qullar,  dilənçilər  və  rahiblər  cizyə 
vergisindən azad idilər. 
56.
 
Batriq  (patrisi)  –  patrisi,  zadəgan  (Qədim  Romada);  Orta  əsrlərdə 
Ģəhər ticarətçi aristokratiya da belə adlanırdı. 
57.
 
Səməndər  -  Xəzərlərin  ilk  paytaxtıdır.  ƏnuĢirvan  tərəfindən 
tikilmiĢdir.  Sonralar  paytaxt  ərəblərin  tələbi  ilə  Volqa  çayının  mənsəbinə  yaxın  - 
Ġtilə  köçürülmüĢdür.  (N.  Vəlixanlı.  Ġbn  Xordadbeh  «Yollar  və  ölkələr  haqqında 
kitab»  s.302.)  Mahaçqala  xarabalığı  olan  yerdə  idi.  (Z.Bünyadov.  Ġbn  əl-Əsirin 
«Əl-Kəmil  fi-t-tərix»  əsərindən.  Azərbaycan  və  qonĢu  ölkələrin  tarixinə  dair 
iqtibaslar. Bakı, 1995. s. 166). 
58.
 
Səlman  ibn  Rəbi'ə  əl-Bəhili  -  Arranın  erkən  fəthində  iĢtirak  etmiĢ 
ərəb sərkərdəsi. 
59.
 
Ġbn 'Affan - xəlifə Osman nəzərdə tutulur. 
60.
 
Hədisətu-l-Mausil - əl-Cəzirədə Dəclə çayının Ģərq sahilində Böyük 
Zab  çayının  töküldüyü  əraziyə  yaxın  yerdə  ərəblər  tərəfindən  salınmıĢ  böyük  bir 
Ģəhər.  Bəziləri  bunun  tikintisini  sonuncu  Əməvi  xəlifəsi  II  Mərvanla  (744-750) 
bağlayırlar. Sonralar monqollar tərəfindən dağıdılmıĢdır. Hal-hazırda xarabalıqları 
Ġraqda Təll əĢ-ġair adlı yerdədir. 
61.
 
Əl-Vaqidi  -  Əbu  Abdullah  Mühəmməd  ibn  Ömər  (747-823)  ərəb 
tarixçisidir.  «Hərbi  yürüĢlər  kitabı»,  «ġamın  fəthi»,  «Misirin  fəthi»  adlı  əsərlərin 
müəllifidir.  Müəllifin  əsərlərində  ərəb  qoĢunlarının  Azərbaycanı  iĢğal  etməsi, 
buraya ərəb qəbilələrinin köçürülməsi və s. haqqında məlumatlar vardır, ət-Təbəri, 
əl-Bəlazuri,  Ġbn  əl-Fəqih  və  baĢqa  tarixçilər  Azərbaycana  dair  məlumatlara 
toxunarkən onun əsərlərindən istifadə etmiĢlər. 
62.
 
Ət-Tağiyə - ərəb dilində zülmkar mənasında iĢlədilir. Ərəblər bizans 
hökmdarlarını belə adlandırırdılar. 
63.
 
Malatiya  - Müasir Türkiyə ərazisində Fərat çayının  yuxarı axarında 
Ģəhər. Orta  əsrlərdə  Ərəb xilafətinin Bizansla  həmsərhəd olduğu ərazidə  yerləĢən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə