Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   7   8   9   10   11   12   13   14   ...   138

25 
 
Məhəmməd xana (Səmərqənddə) xidmət etmişdir (1510-cu ilədək). O, 1512-13-cü 
ildə  Şeybani  Übeydulla  xana  xidmətə  başlamış,  1514-1515-ci  ildə  onun  üçün 
“Süluk  əl-müluk”  əsərini  yazmışdır.  “Onun  “Tarixe-alemaraye-Əmini”  adlı  əsəri 
Əbubəkr Tihraninin əsərinin bilavasitə davamı” hesab olunur.
58
 “Tarixe-Əmini”də 
Səfəvi  sülaləsinin  əcdadlarının  dini  etiqadı,  onların  İslamın  sünni  məzhəbinə 
mənsub olmasına dair ən nadir dəlillərdən  biri vardır. “Tarixe-Əmini” müəllifinin 
Ərdəbil  şeyxlərinə  mənfi  münasibətinə  baxmayaraq,  onun  əsərində  heç  bir  digər 
mənbədə  təsadüf  etmədiyimiz  xeyli  çox  maraqlı  təfərrüata  rast  gəlirik.  Şeyx 
Heydərin öz ardıcıllarına Şəriətin qadağan etdiyi təlimi və “Babək Xürrəmilərinin” 
qanununu  təbliğ  etməsi  haqqındakı  məlumat  müstəsna  əhəmiyyətə  malikdir  ki, 
qızılbaşlar arasında sosial bərabərlik haqqında əski Babəki ideyaları yayılmışdı. O 
da  təsadüfi  deyildir  ki,  Səfəviləri  Qaradağ  və  Talış  vilayətlərinin  əhalisi 
dəstəkləyirdi. Bu vilayətlər vaxtilə Babəkin başçılığı altında baş vermiş hərəkatın 
ocağı olmuşdur”.
59
 Əsərin qızılbaş ideologiyasına, Ərdəbil şeyxlərinin fəaliyyətinə 
həsr  olunmuş  hissəsində  müəllifin    öncə  sünni  olmuş  nəslin  nümayəndələrinə, 
hərəkata  düşmən  münasibəti  (əsər  müəllifi  qatı  sünni  idi)  aşkardır.
60
  Bu  əsər 
Azərbaycan  tarixinin,  milli  mədəniyyət  tarixinin  öyrənilməsi  üçün  qiymətli 
mənbədir. 
Mir  Yəhya  ibn  Əbdüllətif  əl-Hüseyni  əl-Qəzvini  (1481-1555)  İran 
tarixçisidir.  Onun  farsca  yazılmış  və  4  hissədən  ibarət  olan  “Lübb  ət-təvarix” 
(“Tarixlərin özəyi”) adlı əsəri ümumtarix səciyyə daşıyır. Əsərdə Qaraqoyunlu və 
Ağqoyunlu sülalələri (III hissənin V fəsli), habelə Səfəvilər (IV hissə) haqqında da 
məlumatlar  verilir.  Dövrün  başqa  mənbələrində  olmayan  qısa,  lakin  dolğun 
ictimai-iqtisadi  səciyyəli  materiallarla  zəngin  olan  bu  əsərdə  I  İsmayılın 
fəaliyyətinə xüsusi diqqət yetirilir.
61
 Həmin əsər dövrün öyrənilməsi üçün mühüm 
mənbələrdən biridir. 
Ümumiyyətlə,  təqribən  XIV  əsrdən  etibarən  Yaxın  və  Orta  Şərq 
bölgəsində,  eləcə  də  Azərbaycanda  baş  vermiş  hadisələri  əks  etdirən  tarixi 
mənbələr,  müxtəlif  məzmunlu  sənədlər  fars  dilində  tərtib  olunmuşdur.  Həmin 
əsərlər  və  sənədlər  müxtəlif  xalqların  nümayəndələri  tərəfindən  tərtib  edilmiş, 
mövcud  sülalələrin,  həmin  dairələrin  siyasi-ideoloji  mövqeyini  əks  etdirmişdir. 
XVI-XVIII əsrlərdə də yazılmış əsərlərin əksəriyyətində müəlliflər əsasən müasiri 
olduqları  dövrün  hərbi,  siyasi  faktlarına  diqqət  yetirmiş,  mədəniyyətin  inkişafına 
dair  cüzi  məlumatlar  vermişlər.  Dinamik,  hərbi-siyasi  mühitlə  səciyyələnən  orta 
çağlarda tarxiçilərin, əsasən siyasi məsələlərə üstünlük verməsi təbii hal idi. “Orta 
əsrlərdə  tarixçilik  işinin  əsasən  saraylar  nəzdində  təşkil  edilməsi  tarixçilərin  və 
vəqiənəvislərin istər siyasi, istərsə də  maddi cəhətdən hökmdarlardan   asılılığı ilə 
əlaqədar  idi.  Belə  tarixçilərin  əsas  vəzifəsi  hökmdarı  tərifləmək,  onun  mütləq 
hökmranlıq  iddiasını  əsaslandırmaq  olduğundan,  onlar  əsərlərində  dövrün 
nöqsanlarını  ört-basdır  etməyə,  cinayətlərə  bəraət  qazandırmağa,  qəddarlıqları 
müsbət  tədbirlər  kimi  qələmə  verməyə  çalışmışlar”.
62
  Qeyd  etmək  lazımdır  ki, 


26 
 
indiyədək  dövrünün  fakt  və  hadisələrinə  tam,  obyektiv  qiymət  vermiş  saray 
tarixçisi  olmamışdır.  “Nifrətsiz  və  tərəfkeşlik  olmadan  yazmaq  tələbi  antik 
tarixçilər,  ümumiyyətlə,  bütün  tarixçilər  üçün  əlçatmaz  arzu  idi”.
63
  Əsərlərindəki 
qeyri-obyektiv  təzahürlərinə  baxmayaraq,  Həsən  bəy  Rumlu,  İsgəndər  bəy  Münşi 
(Türkman),  Şərəfxan  Bidlisi  kimi  XVI-XVII  əsr  müəlliflərinin  məlumatları 
Azərbaycan tarixinin araşdırıcıları üçün əvəzsizdir. 
1530-1531-ci  illərdə  anadan  olduğu  təxmin  olunan,  vəfatı  tarixi  bəlli 
olmayan  Həsən  bəy  Rumlunun  “Əhsənüt-təvarix”  (“Tarixlərin  ən  yaxşısı”)  adlı, 
farsca yazılmış ümumtarix əsəri “XVI əsrin ən qiymətli tarixi mənbələrindəndir”.
64
 
Qum şəhərində anadan olmuş Həsən bəy Rumlu Azərbaycanın Rumlu tayfasından 
idi.  Uşaq  ikən  atasını  itirmiş  bu  şəxs    I  Təhmasibin  (1524-1576)  məşhur 
əmirlərindən  olmuş  babası  Əmir  Sultan  Rumlunun  himayəsində  böyümüşdür. 
Həsən  bəy  bir  müddət  Qəzvin  şəhərində  yaşamış,  1539/40-cı  ildə  babasının 
ölümündən sonra ailə ənənəsinə sadiq qalaraq şaq qvardiyasında (qorçi dəstəsində) 
xidmətə  başlamışdı.  O,  I  Təhmasibin  bir  neçə  hərbi    hərbi  yürüşünün  iştirakçısı 
olmuşdur. Həsən bəy Rumlu  1576-cı  ilədək  sarayda  yaşamış, II İsmayılın (1576-
1577)  hakimiyyəti  zamanı  Qum  şəhərinə  köçərək  saray  mühitindən  uzaqlaşmağa 
çalışmışdı. 1578-ci ildə yeni Səfəvi şahı Məhəmməd Xudabəndə (1578-1587) onu 
yenidən saraya cəlb etmişdi. Həsən bəy Rumlu şah tərəfindən hörmətlə qarşılanmış 
və  “şaha  yaxın  adamlar”  zümrəsinə  daxil  olunmuşdu.
65
  Əsərdəki  “hadisələrin 
təsviri 985 (1577/78)-ci  ili də  əhatə etdikdən sonra  qırılır  və  əsər natamam qalır. 
Təəssüf  ki,  Həsən  bəy  Rumlunun  nə  qədər  yaşaması  və  salnaməsini  nə  səbəbə 
tamamlaya bilməməsi barədə heç bir məlumat yoxdur”.
66
 10 cilddən ibarət olan bu 
əsərin
67
 yalnız son 2 cildi müasir araşdırıcıların ixtiyarındadır. XVI əsr Azərbaycan 
mədəniyyətinin  yüksəliş  xəttilə  inkişafı  zamanı  olduğuna  görə  Həsən  bəy  Rumlu 
da həmin gerçəkliyin fraqmentlərini öz əsərində əks etdirmişdir. “Mənbədə məşhur 
şəxsiyyətlər,  o  cümlədən  şairlər,  tarixçilər,  alimlər  haqqında  bioqrafik  qeydlər 
edilmişdir”.
68
 Əsərdə Şirvan, Şəki və Azərbaycanın cənub vilayətləri başlıca diqqət 
obyektləridir.  “Dünyanın  bir  çox  şərqşünaslarının  “Əhsənüt-təvarix”ə  dönə-dönə 
müraciət etməsi faktı da onun əhəmiyyətini göstərən amillərdən biridir”.
69
 
Səfəvilər  sarayında  xidmət  etmiş,  xəttat,  münşi  və  vəzir  olmuş  İran 
tarixçisi  Qazi  Əhməd  Qumi  (1549-təqribən  1606)  dövrün  Azərbaycan 
mədəniyyətinin araşdırılmasına yardım edə bilən, dəyərli məlumatlar verən orta əsr 
müəlliflərindəndir.  O,  ömrünün  sonunda  Hindistana  köçmüş,  Moğol  hökmdarı 
Cahangirin  sarayında  yaşamışdır.  Qazi  Əhməd  Qumi  “Xülasət  ət-təvarix”, 
“Gülüstani-hünər”,  “Məcmə  əş-şüəra”  kimi  məşhur  əsərlərin  müəllifidir.  Onun 
digər  əsərləri  də  vardır.  Qazi  Əhməd  Qumi  “Xülasət  ət-təvarix”  əsərini  6  cilddə 
yazmağı  planlaşdırmışdı,  lakin  VI  cildi  müəllifin  bitirib-bitirmədiyi  məlum 
deyildir.
70
  Qazi  Əhməd  Qumi  əsərdə  ilk  dörd  cildin  adını  çəkmir,  lakin  V  cildin 
yazılmasına  12  il  vaxt  sərf  etdiyini  qeyd  edir.
71
  Əsərin  dövrümüzədək  yalnız  ilk 
Səfəvi  şahlarından  başlamış  1591-ci  ilə  qədərki  hadisələri  əks  etdirən  son  qismi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə