55
potensialı hesabına “özünə qayıtmış”, azad inkişaf yolunu davam etdirmişdir.
Xalqın mədəni-tarixi təkamülündə Azərbaycan zəminindən doğmuş və bu zəminə
bağlı olmuş siyasi birliklərin-dövlətlərin ən qədimləri Manna, Midiya, Atropatena
və Albaniyadır. Manna və Midiya tariximizin qədim dövrü ilə bağlı faktlar
olduqlarına görə onları nəzərdən keçirmək fikrindən uzağıq.
Eramızdan əvvəl IV əsrdən eramızın 20-ci ilinədək əsasən Cənubi
Azərbaycan ərazisi Atropatena dövlətinin tərkibində olmuşdur. Mərkəzi
Azərbaycan olan, bir çox hallarda “Midiya-Atropatena” adlandırılmış bu dövlət
ellinist (yunan siyasi, mədəni təsirinə məruz qalmış) dövlətlər sistemində mühüm
rol oynamışdır. “Ellinizm bu sistemə daxil olmuş ölkələrin etnik və dini
qapalılığının dağıdılmasına başlanğıc verdi, dövlətçiliyin yeni formalarını meydana
gətirdi, yeni mədəniyyətin, yeni incəsənətin, yeni inamların əsasını qoydu”.
238
Şərq
və ellin (yunan) mədəniyyətlərinin yaxınlaşması və qarşılıqlı təsiri prosesi Midiya-
Atropatenanı da mədəni baxımdan zənginləşdirdi. Atropatenanın I-II əsrlər siyasi
həyatında başlıca hadisələr alanların ölkəyə ardıcıl hücumları ilə bağlı olmuşdur.
Atropatena təqribən 2 əsr ərzində Parfiya dövlətinin güclü siyasi təsirinə məruz
qalmış, əski müstəqilliyini bərpa edə bilməmişdir. III əsrin əvvəllərində İranda
siyasi hakimiyyəti Sasani sülaləsi ələ keçirdi, bu sülalənin hakimiyyəti getdikcə
möhkəmlənərək qonşu ölkələri də öz təsiri altına saldı. Bu dövrdə Atropatena
siyasi müstəqilliyini tamamilə itirib İran (Sasani) şahənşahının dastakertinə
(əyalətinə - şəxsi torpağına) çevrildi. Lakin Sasanilər dövründə Atropatenanın
mədəni və dini mərkəz kimi rolu daha da gücləndi. “Azərbaycan” anlayışının
formalaşmasının, habelə onunla bağlı olan digər siyasi və etno-mədəni səciyyəli
hadisələrin başlanğıcı məhz vətən tarixinin Atropatena dövründə qoyulmuşdur.
Burada ilk dəfə xalq təşəkkül tapmışdı. “Avesta” müqəddəs kitablar məcmusu
məhz Atropatenada başa çatdırılmış, tamamlanmışdı. Atropatenada hələ eramızdan
əvvəl II əsrdən etibarən yalnız Azərbaycanın deyil, eləcə də bütün İranın mədəni-
mənəvi həyatında mühüm rol oynamış zərdüştiliyin yeni ocağı yaranmış, Sasanilər
dövründə (III-VII əsrlərdə) onun mövqeyi daha da möhkəmlənmiş və bu vəziyyət
ərəb işğalınadək davam etmişdi.
239
Hesab olunur ki, zərdüştiliyin dirçəlişi, intibahı
məhz Sasani dövründə baş vermiş,
240
Atropatena bu prosesin mərkəzində
olmuşdur. Bu dövrdə müqəddəs “Avesta” mətnləri 21 kitabda cəmləşdirilmişdi.
241
Bu işdə Atropatenada qərarlaşmış baş kahin Aturpat (Adarbad) mühüm rol
oynamışdı. “Avesta”nı qələmə almaq məqsədilə xüsusi əlifba yaradılmışdı.
242
Yunan müəllifləri hesab edirlər ki, yazılı “Avesta” (və ya onun ayrı-ayrı hissələri)
2 milyon misradan ibarət olmuşdur. Zərdüşti ənənəsinə və sonrakı ərəb, fars
müəlliflərinə görə “Avesta” 12 min öküz (inək) dərisi və ya taxta lövhə üzərində
qızılı hərflərlə tərtib olunmuşdu və Makedoniyalı İsgəndərin Şərqə gəlişindən xeyli
əvvəl mövcud idi.
243
Təbiidir ki, Sasanilər dövründə “Avesta” Makedoniyalı
İsgəndərin əmrilə məhv olunmuş “Avesta” mətnindən həcmcə az idi. Zərdüştilik
dünya vəhy dinlərindən ən qədimidir və görünür ki, o bəşəriyyətə digər etiqadlara
56
nisbətən bilavasitə və ya vasitəli şəkildə daha çox təsir göstərmişdir”.
244
Zərdüştilik
yalnız dini təlim deyildir. O, fəlsəfi və əxlaqi, ictimai-siyasi, elmi baxışların
mükəmməl sistemidir. Zərdüştilik və onlarla bağlı olan dini-fəlsəfi sistemlər
iudaizmə, erkən xristianlığa da müəyyən təsir göstərmişdir. Bu mükəmməl
sistemin antik yunan fəlsəfi-elmi fikrinin nümayəndələrinə təsiri isə daha çox
olmuşdur. Zərdüştilik dövlət və ehkam dini kimi Sasanilər imperiyası zamanında
tam şəkildə formalaşmışdır. Son zərdüştilik ənənəsinə görə, Zərdüşt (Zaratustra)
əslən Cənubi Azərbaycandan olmuşdur. Bir çox orta əsr müsəlman müəllifləri də
israrla qeyd edirlər ki, bu din yaradıcısının (peyğəmbərin-Zaratustranın) vətəni
Cənubi Azərbaycandır.
245
Bunun səbəbini Azərbaycanın Sasanilər imperiyasının
mədəni-mənəvi həyatındakı aparıcı rol oynaması ilə izah etmək lazımdır. Sasanilər
imperiyasının dövlət əhəmiyyətli, əsas, müqəddəs ocaqlarından biri (Adurquşnasp
atəşpərəstlik məbədi) burada idi və Sasani şahənşahlarının bu ocağı ziyarət etməsi
icbari ənənəyə çevrilmişdi. Azərbaycan müqəddəs atəşpərəstlik məbədlərinin,
“çoxsaylı maqların” (kahinlərin) cəmləşdiyi möhtəşəm ocaq olmuşdur. Orta əsr
müəlliflərinin məlumatlarına görə, bu müqəddəs yerlərin çoxusu hələ Zərdüştə
qədərki dövrdə də vardı. Zərdüştilik Azərbaycanın ictimai-siyasi, mədəni-mənəvi
həyatında ərəblərin gəlişindən 3-4 əsr sonra da müəyyən rol oynamışdır. Yeni
torpaqlara yeni dinlə hərbi yürüşlər etmiş ərəblər əsas zərbəni dini-ideoloji
ocaqlara, xüsusilə zərdüştiliyə endirmək qərarında idilər. Sasanilər imperiyasının
dini mərkəzi, ocağı olmuş Atropatena (Azərbaycan) ərəb ordularının başlıca zərbə
obyektinə çevrildi. Qeyd olunmalıdır ki, Sasanilər dövründə vətənimizin şimal
vilayətləri də (Dərbəndə qədər) ələ keçirilmişdi. Lakin həmin dövrdə ölkənin
cənub və şimal vilayətlərinin eyni, vahid dövlət tərkibində olması hər iki bölgənin
inteqrasiyası meylini gücləndirdi, onların mədəni baxımdan yaxınlaşmasını təmin
etdi. Albaniya feodal dövləti Sasanilərin tam təsiri altında deyildi.
Eramızın əvvəllərindən etibarən Azərbaycanın şimalından ölkəyə kütləvi
surətdə türk tayfalarının (hunların, sabirlərin və b.) axını gücləndi. Sasani
şahənşahları imperiyanın şimal bölgələrində öz mövqelərini möhkəmləndirmək
üçün həmin dövrdə Şimali Azərbaycana (Albaniyaya) xeyli İran tayfaları
köçürmüşdülər. Beləliklə, eramızın ilk əsrləri Azərbaycan üçün intensiv etnik
proseslərlə səciyyəvi olmuşdur. Qafqaz, türk və İran etnik elementlərinin
Azərbaycan xalqının etnogenezi prosesində iştirakı dərəcəsi müxtəlif olmuşdur.
Eramızdan əvvəlki tarixi dövrdə də Albaniyada türk tayfalarının məskunlaşdığını
toponimik materiallar isbat edir. “Bir sıra türk mənşəli coğrafi toponimlər qədim
dövrə və eramızın ilk əsrlərinə gedib çıxır”.
246
Həmin fikri ərəb mənbələrinin
məlumatları da sübuta yetirmişdir.
247
Lakin qeyd etmək vacibdir ki, etnosun
(xalqın) mühüm elementləri sırasında dil yeganə, həlledici amil deyildir.
Azərbaycan xalqında onun etnogenetik təkamülündə iştirak etmiş Qafqaz, İran
elementlərinin mədəni-psixoloji keyfiyyətlərinin dinamik məcmusu da
yaşamaqdadır.
Dostları ilə paylaş: |