68
vilayətlərində ərəblərə qarşı müqavimət on ildən artıq davam etdi. İlk ərəb
işğallarından sonra Azərbaycanın cənub hissəsi siyasi müstəqilliyini tamamilə
itirmiş, bilavasitə xəlifə canişinliyinin hakimiyyətinə tabe olunmuşdu. Albaniya isə
Ərəb Xilafətinin vassalı kimi vergi ödəmək şərtilə ondan asılı vəziyyətə düşmüşdü.
705-ci ildən etibarən Albaniya vassallıq mövqeyini də itirdi. Azərbaycanın cənub
və şimal əraziləri qəti surətdə ərəblərin tabeliyinə keçdi.
2
VIII əsrin əvvəllərində
Ərəb Xilafəti özünün ən qüdrətli dövrünü keçirirdi. Sasani dövlətini 651-ci ildə
siyasi tarix səhnəsindən çıxarmış (Azərbaycan 3 əsrdən artıq Sasani dövlətinin
tərkibində olmuşdur), Bizansı xeyli zəiflətmiş Ərəb Xilafəti bir əsrdən çox
xəzərlərin həmlələrinə, hücumlarına qarşı gərgin mübarizə apardı və bu
qarşıdurmadan daha çox zərər çəkən Azərbaycan oldu.
3
Mənbələrin məlumatına
görə, Azərbaycanda məskən salan ərəb qəbilələrinin “hər biri bacardığı qədər
torpaq zəbt etdi, bir hissəsi isə əcəmlərin (qeyri-ərəblərin) torpağını satın aldı. İşğal
edilmiş torpaqları bu yolla ələ keçirən ərəblər tədricən iri torpaq sahiblərinə
çevrilirdilər”.
4
İspaniyadan Hindistanadək bir çox ölkələri və xalqları tabe etmiş ərəblər
fəth olunmuş yerlərdə yeni tipli idarəçilik sistemi qura bilmədilər və yerlərdə
mövcud olan idarəçilik sistemi saxlanıldı. Ərəb Xilafəti Azərbaycanda da əldə
olunmuş mövqelərini qorumaq, gücləndirmək məqsədilə fəal köçürmə siyasəti
yeridirdi. Öncə Ərəbistan yarımadasının şimal hissəsində yaşayan bir sıra ərəb
tayfaları (Abbasi sülaləsinin hakimiyyətə gəlişinədək), sonra isə həmin
yarımadanın cənub qismində yaşayan ərəb tayfaları Azərbaycana köçürülərək
məskunlaşdırıldı. “Ərəblərin Azərbaycanda köçürmə siyasəti IX yüzilin birinci
rübünə qədər davam etdi. Ancaq Harun ər-Rəşidin dövründə baş qaldıran və əl-
Məmun dövründə ən yüksək zirvəsinə çatan xürrəmilər hərəkatı, eləcə də bir çox
ərazilərin Xilafət tərkibindən çıxması ərəb tayfalarının Qafqaza mühacirətinə təsir
etdi və nəhayət, onu tamamilə dayandırdı”.
5
Ərəblərin gəlişi və yeni ərazilərdə
qərarlaşması ilə Azərbaycanın dini, mənəvi həyatında əsaslı dəyişikliklər baş verdi.
“Ərəb işğalının ilk dövründə yerli əhali ilə ərəblər arasındakı münasibət çox
mürəkkəb idi və əsasən işğal prosesində bağlanılmış müqavilələrlə tənzimlənirdi”.
6
Azərbaycanda da yalnız bütpərəstlər zorla müsəlmanlaşdırıldı, “əhli-kitab”a
(xristianlara, yəhudilərə, atəşpərəstlərə) etiqad və adətlərini icra etmək icazəsi
verilmişdi. Bu icazə müqabilində həmin əhali can vergisi-cizyə ödəyirdi. Cizyəni
yalnız “sağlam kişilər” ödəyirdilər, əhalinin qalan qismi bu vergidən azad
olunmuşdu. Lakin çox keçmədən islam ideoloqları bütpərəstliklə yanaşı
atəşpərəstliyi də aradan qaldırmaq xəttini yeritməyə başladılar. Mənbələr və
arxeoloji materiallar sübut edir ki, İslam dini Azərbaycanın şimalında cənub
vilayətlərinə nisbətən daha gec mənimsənilmişdir. Şəhərlilər islamı kənd əhalisinə
nisbətən daha “həvəslə” qəbul edirdilər. Lakin bu “həvəsin” iqtisadi səbəbi vardı:
Ərəb işğalı dövründə kəndlilərə nisbətən daha ağır cizyə vergisi ilə yüklənmiş
şəhərlilərin, xüsusilə tacir və sənətkarların islamı ilk növbədə qəbul etməsi onların
69
öz varidatını qorumaq cəhdindən, ərəb üsuli-idarəsinin isə tacir və sənətkarlara
daha böyük güzəştlər verməsindən irəli gəlirdi.
7
Artıq X əsrdə Azərbaycanın
təqribən bütün şəhərlərində came məscidlərinin olması bu qarşılıqlı iqtisadi
marağın ideoloji təzahürü idi. Ərəblər Azərbaycanı yalnız fəth etmək deyil, uzun
müddət ərzində burada qərarlaşmaq, ölkənin iqtisadi potensialından maksimum
dərəcədə bəhrələnmək məqsədini güdürdülər və bu məqsədlərin gerçəkləşməsi
naminə müəyyən güzəştlərə getmək məcburiyyətində idilər. VIII-X əsrlər ərzində
Dərbənd Azərbaycanın şimal vilayətlərində islamın yayılmasının mərkəzi
olmuşdur. Təbiidir ki, Azərbaycan əhalisi də yeni dini (İslamı) sürətlə və qeyd-
şərtsiz qəbul etmədi. Əsrlər boyu islamaqədərki dinlərə, dini baxışlara bağlı olmuş
Azərbaycan əhalisinin yeni dinlə tanış olması üçün zaman tələb olunurdu.
Mənbələrin və elmi ədəbiyyatın nəzərdən keçirilməsi əsasında belə qənaətə gəlmək
olar ki, Azərbaycan əhalisinin əksəriyyətinin islamlaşması prosesi ilk ərəb
işğallarından keçən təqribən 3 əsr ərzində baş vermişdir. Ölkə miqyasında İslamın
qərarlaşması Azərbaycanın mədəni təkamülündə əsaslı dönüşün başlanğıcınıqoydu.
Ərəb yürüşləri ərəfəsində Azərbaycanda onlarla müxtəlif miqyaslı şəhər
vardı. Lakin ərəb işğalı ərəfəsində Azərbaycanın bütün şəhərləri ticarət və
sənətkarlıq mərkəzləri deyildi. Yalnız beynəlxalq tiranzit ticarətinin başlıca yolları
üzərində olan Bərdə,
8
Beyləqan (Paytakaran), Dərbənd (Bab əl-Əbvab) kimi iri
şəhərlər bu cür mərkəzlərdən idilər. Bu şəhərlərdə dünyəvi və ruhani əyanlar,
sələmçilər, tacirlər, əkinçiliklə əlaqəsini üzmüş sənətkarlar yaşayırdılar. Həmin
şəhərlər hərbi-inzibati mərkəzlər olduğu üçün daha geniş inikşaf imkanlarına malik
idilər. Əsasən ticarət-sənətkarlıq mərkəzləri olan şəhərləri (Şəki, Qəbələ, Naxçıvan,
Ərdəbil, Girdiman, Amaras) ikinci kateqoriyaya aid etmək mümkündür. Kənd tipli
şəhərlər üçüncü kateqoriyaya aid oluna bilər. Bu kateqoriyaya aid etdiyimiz
şəhərlər xırda feodal mülklərinin inzibati mərkəzləri olduğuna baxmayaraq, natural
həyat tərzinə, əkinçiliyə mail idilər. VIII əsrdən təqribən X əsrin II yarısınadək
(təqribən 150 il) Azərbaycanın şəhər həyatında nisbi iqtisadi durğunluq hökm
sürmüşdür: Ərəb işğalı, xəzər yürüşləri, ərəb-xəzər hərbi qarşıdurması, yerli
əhalinin Xilafətə qarşı çıxışları bu durğunluğun başlıca səbəblərindən olmuşdur.
Ərəb işğallarından sonra qədim Albaniyanın Şəki, Qəbələ, Amaras şəhərləri
beynəlxalq ticarətdəki mövqelərini itirdilər və Bərdə, Dərbənd, Ərdəbil, Marağa,
Gəncə, Şamaxı bu ticarətdə aparıcı mövqelər qazandılar. Ərəb canişinlərinin
iqamətgahı uzun müddət ərzində Bərdədə yerləşmiş, bu isə həmin şəhərin daha
üstün inikşafını təmin etmişdir. Şəhər xəlifə Osmanın (644-656) hakimiyyəti
dövründə ərəb işğalına məruz qalmış, 654-cü ildə Xilafətin Şimal vilayətlərinin
canişini öz iqamətgahını Dvindən Bərdəyə köçürmüş, şəhər ərəblərin Qafqazdakı
canişinliyinin mərkəzinə çevrilmişdi. Lakin ərəblərin Arranı işğalınadək Sasani
mərzbanlarının (canişinlərinin) iqamətgahı və alban katolikoslarının patriarxlıq
taxtı burada yerləşdiyinə görə
9
şəhərin yüksəliş meylli təkamülündə təqribən fasilə
olmamışdır. Sasani-Bizans müharibələri zamanı xəzərlər tərəfindən dağıdılmış
Dostları ilə paylaş: |