109
dövründə tikilmiş bütxanalar, xristian kilsələri, yəhudi mədəbləri (sinaqoqlar)
dağıdıldı və onların yerində məscidlər, xanəgahlar inşa olundu. İslamın əski
mövqeyi bərpa edildi. Avropanın xristian hökmdarlarının və erməni
avantüristlərinin İslam Şərqində daha bir “xristian adası” yaratmaq xülyaları boşa
çıxdı,
10
yeni ərazilərdə dövlət qurmuş monqolların (eləcə də kütləvi surətdə bu
ərazilərdə məskunlaşmış yeni türk tayfa və qəbilələrinin) siyasi mövqeyi ilə yanaşı,
ideoloji, mədəni mövqeləri də möhkəmləndi. Elxanilər imperiyası ərazisində
bütpərəstliyin, xristianlığın, digər dinlərin mövqeləri sarsıldı. Abaqa xanın (1265-
1282), Əhməd xanın (1282-1284), Arqun xanın (1284-1291), Keyxatu xanın
(1291-1295) və bir neçə ay hökmranlıq etmiş Baydu xanın hərbi-siyasi, dini-
ideoloji “eksperimentləri”ndən sonra Qazan xanın İslama doğru əsaslı dönüş
etməsi, bir sıra ictimai-iqtisadi islahatlar keçirməsi Elxanilər dövlətinin müəyyən
qədər sabit inkişafını təmin etdi. Sultan Ulcaytunun dövründə (1304-1316) bu
sabitliyin əlamətləri artıq ictimai-iqtisadi həyatın bir çox sahələrində özünü büruzə
verirdi.
11
Sultan əbu Səidin (1316-1335) öldürülməsindən sonra Elxanilər dövləti
tədricən tənəzzülə uğradı və parçalandı. Arpa xan (1335-1336) başlanmış bu,
obyektiv prosesin qarşısını almaq iqtidarında deyildi. Artıq XIV əsrin 30-cu
illərinin sonlarında imperiyada “qoşa və çoxpadşahlılıq meydana çıxdı”.
12
iri
dövlətin parçalanmasında Elxani-Qızıl Orda hərbi-siyasi qarşıdurmasının da böyük
rolu olmuşdur. Ərəb tarixçiləri Hülakü dövləti ilə Qızıl Orda arasındakı
qarşıdurmanın başlıca səbəbini dini təfriqə ilə əlaqələndirmişlər. Lakin tarixi
faktlardan aydın olur ki, iki dövlət arasındakı ziddiyyətlər Elxanilərin XIII əsrin
sonlarında İslamı qəbul etməsindən sonra da davam etmişdir.
Ziddiyyətlərin başlıca səbəbi Qızıl Orda xanlarının Azərbaycanı öz ərazisi
hesab etmələri və bu ərazinin Elxanilər dövlətinin tərkibinə daxil olunması qeyri-
qanuni hal kimi qarşılamaları olmuşdur. Azərbaycan Qızıl Orda xanlarını strateji
mövqeyi, iqtisadi və ticarət potensialı ilə cəlb edirdi. Elxanilər dövləti onların
perspektiv, strateji məqsədlərinin gerçəkləşdirilməsi yolunda başlıca əngəl idi.
Qızıl Orda xanlarının Azərbaycana hərbi yürüşləri Hülakü xanın zamanından
Elxanilər dövlətinin süqutu məqamınadək (1357-ci ildə) davam etdi.
13
Beləliklə,
təqribən bir əsr ərzində Azərbaycan iki rəqib dövlətin hərbi toqquşmalarının
obyektinə çevrilmiş, ölkənin inkişaf potensialı tam gerçəkləşməmişdi. Qızıl Orda
xanı Canı bəyin (1340-1357) 1357-ci ildə Təbrizi ələ keçirməsindən sonra Çobanı
Əmiri Məlik Əşrəfin tutulması və öldürülməsi ilə Elxanilər dövləti süqut etdi və
Azərbaycan Qızıl Orda dövlətinə tabe olundu. Elxanilər dövləti tarixinin son 20 ili
bu siyasi qurumun tənəzzül prosesi ilə səciyyəvi olmuşdur: Artıq XIV əsrin 40-cı
illərinə doğru dövlət 40-a yaxın hissəyə parçalanmışdı. Bu dövrdə Elxanilər
dövlətini əslində Çobani əmirləri “idarə edirdilər”. “Çobani feodalları 1338-1357-
ci illərdəki fəaliyyətləri dövründə Azərbaycanda və onların nüfuz dairələrində olan
ərazilərdə Hülakülərin təsirindən azad, müstəqil dövlət təsis etmişdilər... Onlar
Hülakülər dövlətinin müdafiəsi bayrağı altında mübarizə apardılar və dövləti
110
Hülakü şahzadələrinin... adından idarə etdilər. Çobanilər əməli olaraq hakimiyyəti
ələ aldılar, lakin onlar qonşu dövlətlər tərəfindən müstəqil, tamhüquqlu dövlətin
hökmdarları kimi tanınmadılar”.
14
Hakimiyyətdən maksimum dərəcədə
bəhrələnmiş son Çobani əmiri Məlik Əşrəf idi. O, hakimiyyətdə 13 il olmuşdur.
Məlik Əşrəf “745-ci ildə (hicri tarixi ilə - red.) Təbrizə gəlib oturdu və zülm
bayrağını üfüqlərə qaldırdı... O, Azərbaycan və Arran mülkündə ədalətsizliyə
başladı... Məlik Əşrəf gəldi və zülmü başdan aşdı... camaatdan zorla mal-dövlət
topladı və xəzinəsini doldurdu... Ölkədə üç şey bol idi: zülm, bahalıq və vəba...
camaat cana gəlmişdi, ölüm arzulayırdı. O, dünyada bir dirhəm qızıl qoymadı,
hamısını güclə və haqsız olaraq cəmlədi. Onun 14 xəzinəsi vardı. Onun məzəmmət
olunası işləri çoxdur, əgər onlarla məşğul olsam, çox uzun çəkər... Camaat ona
nifrət edirdi... On üç il ərzində zülmlə topladığı xəzinədən və ləl-cəvahirdən onun
payına iki dirhəm belə düşmədi”.
15
Son Çobani əmirinin 13 illik özbaşınalıq
dövrünün başlıca cəhətlərini Əbubəkr əl-Qütbi əl-əhəri bu cür nəzərə çatdırmışdır.
Çobanilər hakimiyyətə qayıtmağa çalışaraq siyasi tarix səhnəsinə çıxmış
Cəlairilərlə bir müddət çəkişdilər. 1359-cu ildə Azərbaycan ərazisi Şeyx Üveys
(1360-1374) tərəfindən Cəlairilər dövlətinin tərkibinə daxil olundu. Bu dövlətin
əsasını 1340-cı ildə Bağdadın fəthi ilə Şeyx Həsən qoymuşdu. Şeyx Üveysin
dövründə Azərbaycanın iqtisadi, mədəni həyatında nəzərəçarpacaq canlanma baş
verdi. Cəlairilərin Azərbaycanda hökmranlığı 1410-cu ilədək davam etdi.
XIII əsrdə monqol qoşunlarının başlıca hücum obyektləri şəhərlər
olmuşdur. Şəhərlərin tənəzzülə uğraması isə öz növbəsində mədəni həyatda
durğunluq üçün zəmin hazırlamışdı. Məsələn, 1231-ci ildə monqolların II hərbi
yürüşü zamanı Gəncə şəhəri tamamilə dağıdılmış, şəhər 4 il ərzində əhalisi
olmayan, viran edilmiş məntəqə kimi qalmışdı. Həmin dövrdə monqolların
viranedici “fəaliyyəti” bölgənin əhalisini təbii fəlakət təhlükəsi qədər qorxuya
salmışdı. “Monqol işğalı dövründə tətbiq edilmiş soyğunçu vergi siyasəti, Qızıl
Orda xanlarının XIII əsrin 60-cı illərindən başlanmış yürüşləri Azərbaycanda şəhər
həyatına mənfi təsir göstərmiş əsas amillər idi”.
16
Bu amillərə Çobani-Cəlairi
çəkişmələrini, daxili feodal mübarizəsini də əlavə etmək lazımdır. Hülakülər
dövlətinni paytaxtına çevrilmiş Təbriz istisna olunmaqla, bütün Azərbaycan
şəhərlərinin əhalisi bir neçə dəfə azalmış, şəhərlərin kəndlərə çevrilməsi meyli
güclənmişdi. Lakin müəyyən məqamadək dağıdıcılıq fəaliyyəti göstərmiş
monqollar yeni məkanda dövlət qurduqdan sonra yaradıcılıq fəaliyyətinə keçid
etməli oldular, çünki bu fəaliyyət olmadan “yeni vətəndə” möhkəmlənmək, qalmaq
qeyri-mümkün olardı.
XIII-XIV yüzilliklər ərzində Şirvanşahlar dövləti bölgədə bir-biri ilə
amansız çəkişmələrdə olan dövlətlərdən asılı olmamaq uğrunda mübarizə aparmalı
olmuşdur. XIII əsrin 20-ci illərinə doğru Şirvanşahların hakimiyyəti altında olan
Azərbaycan ərazilərində şəhər həyatı, sənətkarlıq, ticarət, tikinti işləri uğurla
inkişaf edirdi. Lakin 1220-ci ildən etibarən Şirvan üzərində də monqol əsarəti
Dostları ilə paylaş: |