Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Nasoslar arasındakı keçidlərdə və nasosxanaların çıxışında hər hansı əşyaların və materialların saxlanılması qadağandır. 2.5.5.5



Yüklə 2,46 Mb.
səhifə19/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   15   16   17   18   19   20   21   22   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

2.5.5.4 Nasoslar arasındakı keçidlərdə və nasosxanaların çıxışında hər hansı əşyaların və materialların saxlanılması qadağandır.
2.5.5.5 Nasosxana aşağıdakılarla təchiz edilməlidir:
- avtomatik qaz siqnalizatoru ilə bloklanmış qəza ventilyasiyası ilə;
- hava axını yaradan sorucu ventilyasiya sistemi ilə;
- stasionar və daşınan yükqaldırıcı qurğularla;
- avtomatik yanğınsöndürmə sistemi ilə.
2.5.5.6 Nasos stansiyalarındakı bütün ventilyasiya qurğularının saz və fasiləsiz işləməsi təmin olunmalıdır.
2.5.5.7 İş prosesində müntəzəm olaraq nasos və boru kəmərlərinin hermetikliyinə, sürtülən his-sələrin yağlanmasına, habelə nasosların yastıqlarının, kipgəclərinin temperaturuna, yanğınsön-dürmə qurğularına və siqnalizasiyasına nəzarət edilməlidir.
Kipgəclərdə və boru kəmərlərinin birləşmələrində aşkar edilmiş sızmalar dərhal aradan qaldı-rılmalıdır.
2.5.5.8 Sürtgü materiallarının axmasına, sıçramasına və nasosların altında yığılmasına yol verilməməlidir. Nasos stansiyalarının döşəmələri təmiz saxlanılmalı və müntəzəm olaraq yanğın təhlükəsiz yuyucu vasitələrlə təmizlənməli və su ilə yuyulmalıdır.
2.5.5.9 Neft məhsullarının vurulmasında istifadə olunan nasosların üfürülmə kranı məhsulun hidravlik sürgüdən keçərək istehsalat kanalizasiyasına və ya xüsusi tutuma axıdılması üçün borucuqla təchiz olunmalıdır.
2.5.5.10 İş qurtardıqdan sonra nasosun qəbuledici və atqı borularındakı və çənlərdəki siyirtmə-lər bağlanmalı, nasosxanaya baxış keçirilməli, tökülmüş neft yığılmalı, bütün qurğular və işıq söndürülməlidir.
2.5.5.11 Elektrik enerjisinin verilməsi qəflətən dayandıqda nasosların mühərrikləri dərhal elektrik qida mənbəyindən açılmalı, sonra nasosların giriş xətlərindəki siyirtmələr bağlanmalıdır.
2.5.5.12 Nasos aqreqatları və boru xətləri işləyən zaman, onları təmir etmək qadağandır.
Elektrik avadanlıqlarının, aparatların, elektrik şəbəkəsinin təmirinə və elektrik lampalarının dəyişdirilməsinə yalnız elektrik şəbəkəsini cərəyandan açdıqdan və nasosxana otaqlarının havası-nı dəyişdirdikdən sonra icazə verilir.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə