Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm məRKƏZİ



Yüklə 6,26 Mb.
Pdf görüntüsü
səhifə36/66
tarix23.08.2018
ölçüsü6,26 Mb.
#63982
1   ...   32   33   34   35   36   37   38   39   ...   66

Hüseynov Məcid Əli oğlu
Hüseynov Məcid Əli oğlu  1912-ci il noyabr ayının  19-da 
Tovuz  rayonunun  Aşağı  Quşçu  kəndində  anadan  olmuşdur. 
1927-ci  ildə  orta  məktəbi  bitirmiş,  1929-cu  ildə  Ucar 
rayonunun  pambıqtəmizləmə  zavoduna  hesabdar  vəzifəsinə 
işə  qəbul  edilmiş  və  zavodun  kollektivinin  rəyi  ilə  1930-cu 
ildə Bakı şəhərinə oxumağa göndərilmişdir.
1934-cü  ildə  Gürcüstan  Kənd  Təsərrüfatı  İnstitutunun 
meşəçilik  fakültəsinə  daxil  olmuşdur.  İnstitutu  1939-cu  ildə 
bitirmiş  və  Azərbaycan  Meşə  Təsərrüfatı  Nazirliyində  öz 
ixtisası  üzrə  işə  qəbul  olunmuşdur.  1940-cı  ilin  oktyabr 
ayında  hərbi  qulluğa  çağınlmış  və  1947-ci  ilə  kimi 
Almaniyanm  ayn-ayn  şəhərlərində  hərbi  xidmətdə  olmuş, 
mayor rütbəsinə  qədər yüksəlmişdir.  Hərbi  xidmətdə olduğu 
müddətdə  göstərdiyi  igidliyə  görə  2  "Qırmızı  əmək  bayrağı 
ordeni",  "Stalinqrad  uğrunda  vuruşda  xidmətinə  görə", 
"Varşavanm  azad  edilməsi  uğrunda",  "Berlinin  alınması", 
"Almaniya  üzərində  qələbəyə  görə"  medallan  ilə  təltif 
olunmuşdur.  1947-ci  ildə  hərbi  hissədən  tərxis  olunmuş  və 
əw əllər  işlədiyi  Meşə  Təsərrüfatı  Nazirliyində  İstehsalat- 
texniki şöbəyə rəis təyin olunmuşdur.
Elmi  araşdırmalara həvəsi  olduğuna görə o,  1949-cu ildə 
Leninqrad  Meşə  Təsərrüfatı  Elmlər  Akademiyasmda  qiyabi 
aspiranturaya  daxil  olmuş,  apardığı  tədqiqat  işi  üzrə 
dissertasiya  müdafıə  edib  elmlər  namizədi  adına  layiq 
görülmüşdür.  O,  1952-ci  ildən  1956-cı  ilə  kimi  Azərbaycan 
Elmi-Tədqiqat  Meşə  Təsərrüfatı  İnstitutunda  elmi  işçi,  şöbə 
müdiri vəzifələrində çalışmışdır.
150
1956-cı  ildən  1960-cı  ilə  kimi  Azərbaycan  Xalq 
Təsərrüfatı  İnstitutunda  kafedra  müdiri,  müdir  müavini 
vəzifələrində işləmişdir.
O, 
1960-cı  ildə  respublika  rəhbərliyinin  təqdimatına 
əsasən  kənd  təsərrüfatı  nazirinin  müavini,  tədarük  naziri  və 
idarəetmənin  yenidən  təşkil  olunması  ilə  əlaqədar  olaraq 
Kənd 
Təsərrüfatı 
Məhsullan 
İstehsalı 
və 
Tədarükü 
Nazirliyində nazir müavini vəzifələrində işləmişdir.
1963-cü  ildən  ömrünün  axınna  kimi  Azərbaycan  Elmi- 
Tədqiqat  Kənd  Təsərrüfatının  İqtisadiyyatı  və  Təşkili 
İnstitutunun  baş  elmi  işçisi,  şöbə  müdiri  vəzifələrində 
çalışmışdır.
Məcid  Hüseynov  respublikanın  aqrar  bölməsinin  inkişaf 
etdirilməsi  problemlərinə  müxtəlif  aspektlərdən  yanaşmış, 
hələ  1959-cu ildə dağ kolxozlannın  inkişaf etdirilməsinə dair 
verdiyi təkliflərdə onlara müstəqillik verilməsi  ideyasını  irəli 
sürmüşdür.
M.  Hüseynov  respublikanm  iqtisadiyyatının  inkişaf 
etdirilməsinə  həsr  edilmiş  bir neçə  monoqrafıyanın,  kitabın, 
broşürun  müəllifıdir.  Bundan  əlavə,  respublikada  və  keçmiş 
SSRİ-yə  daxil  olan  respublikalarm  jumallarmda  30-dan 
yuxan məqalənin müəllifıdir.
M.  Hüseynov  iqtisadiyyat  elminin  fəal  təbliğatçısı 
olmuşdur.  O,  ümumittifaq  "Bilik"  cəmiyyətinin  idarə 
heyətinin  üzvü  olmuşdur.  M.Hüseynov  bir  sıra  ümumittifaq 
və  respublika  elmi-praktik  konfranslarm,  simpozium  və 
sessiyalann  çağırılması  və  keçirilməsinin  təşəbbüsçüsü  və 
iştirakçısı olmuşdur.
151


Məcid  Hüseynov  işlədiyi  müddətdə  gənc  elmi  kadrlann 
hazırlanmasma  və  ixtisaslann  artınlmasına  böyük  qüw ə  və 
eneıji sərf etmişdir.
Məcid Əli oğlu Hüseynov  1974-cu ildə vəfat etmişdir.
Xəlilov Həmzə Ağakişi oğlu
Xəlilov  Həmzə  Ağakişi  oğlu  1949- 
cu  ildə  anadan  olub.  1970-ci  ildə 
Azərbaycan  Xalq  Təsərrüfatı  İnstitu- 
tunu  bitirdikdən  sonra  1971-1975-ci 
illərdə Azərbaycan  SSR EA  İqtisadiy- 
yat 
İnstitutunun 
aspiranturasında 
təhsil alıb.
1976-cı ildə iqtisad elmləri namizədi alimlik dərəcəsi 
almaq üçün dissertasiya müdafıə etmişdir.
1975-1978-ci 
illərdə  Azərbaycan 
EA  iqtisadiyyat 
İnstitutunda  kiçik  elmi  işçi,  1979-83-cü  illərdə  baş  elmi  işçi 
vəzifəsində çalışmışdır.
1983-1992-ci  illərdə  Azərbaycan  Texniki  Universite- 
tində Siyasi İqtisad kafedrasının dosenti vəzifəsində işləyib.
1992-ci  ildə  aqrar  problemlərin  tədqiqi  ilə  bağlı  iqtisad 
elmləri  doktoru  alimlik  dərəcəsi  almaq  üçün  dissertasiya 
müdafıə  etmişdir.l993-1997-ci  illərdə  Özəl  Azərbaycan 
Universitetinin  "İqtisadiyyat" kafedrasına rəhbərlik etmişdir.
1997-ci  ildən  2001-ci  ilin  may  ayınadək  Dövlət 
Antiinhisar  Siyasəti  və  Sahibkarlığa  Kömək  Komitəsi 
sədrinin 
iqtisadi 
məsələlər  üzrə  müşaviri 
olmuşdur. 
Azərbaycan  Memarlıq  və  İnşaat  Universitetinin  "Marketinq 
və menecment" kafedrasınm professoru vəzifəsində çalışır.
80-dən çox elmi və elmi-metodiki əsərin müəllifıdir.
153


Isayev Veysəl İlyas oğlu
İsayev  Veysəl  İlyas  oğlu  1933-eü  il 
fevral  ayının  12-də  Gürcüstan  SSR-in 
Bolnisi  rayonunun  Anxlı  kəndində 
anadan  olmuşdur.  1948-ci  ildə  həmin 
kənddə orta məktəbi bitirmişdir.  1948-ci 
ilin  avqust  ayından  1949-cu  ilin  avqust 
ayma  qədər  Gürcüstan  SSR-in  Bolnisi 
rayonunun 
Faxralı 
Kənd 
İstehlak 
Cəmiyyətində  baş  hesabdar  işləmişdir.  Elə  həmin  ildə 
K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı institutuna daxil 
olmuş  və  1953-cü  ildə  həmin  institutun  “Uçot-iqtisad” 
fakültəsini  fərqlənmə  diplomu  ilə  bitirmişdir.  1954-cü  ildo
C.A.Timiryazev 
adma 
Moskva 
Kənd 
Təsərrüfatı 
Akademiyasmın  aspiranturasına  daxil  olmuş,  1958-ci  ildə 
həmin  akademiyada  “Azərbaycan  SSR-in  pambıqçılıq 
kolxozlannda  gəlirlərin  artınlması  ehtiyatları”  mövzusunda 
dissertasiya  müdafıə  edərək  iqtisad  elmləri  namizədi  elmi 
dərəcəsini  almışdır.  1957-58-ci  illərdə  Moskva  Ümumittifaq 
Kənd Təsərrüfatınm  İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunda 
kiçik elmi  işçi  vəzifəsində  çalışmışdır.  1958-ci  ildən  1962-ci 
ilə 
qədər  Azərbaycan 
Xalq  Təsərrüfatı 
İnstitutunun 
"Mühasibat  uçotu  və  təsərrüfat 
fəaliyyətinin  təhlili" 
kafedrasında  baş  müəllim  işləmişdir.  1962-ci  ildən  1975-ci 
ilə  qədər  Azərbaycan  Kənd  Təsərrüfatınm  İqtisadiyyatı 
Elmi-Tədqiqat  İnstitutunda  “Uçot  və  maliyyə  təsərrüfatı” 
şöbəsinə rəhbərlik etmişdir.
154
Bu  dövrdə  V.İsayevin  iqtisadçı  alim  kimi  apardığı 
tədqiqatlar 
Azərbaycan 
iqtisadiyyatınm 
apancı 
kənd 
təsərrüfatı sahəsi olan pambıqçılıqda səmərəliliyin artırılması 
ehtiyatlannm 
aşkar 
olunması, 
bu 
sahədə  mütərəqqi 
təsərrüfatçılıq 
metodlarmın 
tətbiqi 
zamanı 
mühasibat 
uçotunun  qurulması  məsələlərini  əhatə  etmişdir.  1958-1965- 
ci  illərdə  göstərilən  mövzular  üzrə  görkəmli  iqtisadçı 
tərəfındən 3  monoqrafıya buraxılmış, 30-dan artıq məqalə ilə 
elmi  nəşrlərdə  çıxışlar etmişdir.  Bütün bunlann yekunu  kimi 
kollektiv  təsərrüfatlarda  mühasibat  uçotunun  vahid  sistemi 
hazırlanmış  və  Azərbaycan  SSR  Kənd  Təsərrüfatı  Nazir- 
liyinin  kollegiyasmda  bəyənildikdən  sonra  kütləvi  şəkildə 
tətbiq olunmuşdur.  Eyni zamanda təsərrüfat hesabınm tətbiqi 
üzrə  tövsiyələr  və  əmək  ödənişlərinin  fəaliyyətin  son 
nəticələri  ilə əlaqəsinin metodikası işlənib hazırlanmışdır.  Bu 
tövsiyələrin  həyata keçirilməsi  və məhsulun  uçotunun  yalnız 
miqdar  ifadəsində  deyil,  həm  də  keyfıyyət  əlamətləri  üzrə 
aparılması  barədə  təklifın  tətbiqi  istehsalın  səmərəliliyinin 
artınlmasında  mühüm  rol  oynamışdır.  Həmin  dövrdə 
V.İsayevin  mühasibat  hesabları  plamnın  təkmilləşdirilməsi 
üzrə  təklifləri  təcrübədə  öz  tətbiqini  tapmış  və  uzun  müddət 
istifadə olunmuşdur.
1972-ci  ildə  V.İsayev  D.  Bünyadzadə  adına  Azərbaycan 
Xalq  Təsərrüfatı  İnstitutunda  "Gəlirlərin  təhlili  və  yeni 
şəraitdə  onların  səmərəli  istifadəsinin  iqtisadi  əsaslan" 
mövzusunda  doktorluq  dissertasiyasım  müdafıə  edərək 
iqtisad elmləri doktoru elmi dərəcəsini almışdır.
1977-ci  ildə  Moskvada  onun  "Kolxozlarda  gəlirlərin 
bərabərləşdirilməsi  və  səmərəli  istifadəsi"  adlı  böyük  həcmli
155


Yüklə 6,26 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə