Azərbaycan respublikasi naxçivan muxtar respublikasi – 90



Yüklə 49,79 Mb.
Pdf görüntüsü
səhifə34/47
tarix01.08.2018
ölçüsü49,79 Mb.
#60007
1   ...   30   31   32   33   34   35   36   37   ...   47

 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
1970-ci  ildə  muxtar  respublikada  cəmi  9  pioner  düşərgəsində 
1660  nəfər  məktəbli  dincəlmişdirsə,  1980-ci  ildə  43  pioner 
düşərgəsində 9396 nəfər uşaq istirahət etmişdir. 
Muxtar  respublika  məktəblərində  günüuzadılmış  qrupların 
sayı  1980-ci  ildə  435-ə  çatmış,  sonrakı  illərdə  onların  sayı  daha 
da artırılaraq 1988-1989-cu tədris ilində 612 qrup təşkil etmişdir. 
Bu qruplarda 19553 nəfər məktəbli məşğul olurdu ki, bu da cəmi 
oxuyanların  39,1  faizini  təşkil  edirdi.  Bununla  yanaşı, 
məktəbəqədər müəssisələrin, pioner düşərgələrinin maddi-texniki 
bazası, 
avadanlıq 
və 
inventarlarla 
təminatı 
respublika 
səviyyəsindən  aşağı  idi.  Pioner  düşərgələri  bir  qayda  olaraq 
məktəb  binalarında  yerləşir,  yaşayış  və  istirahət  üçün  münasib 
deyildilər.  Həmin  illərdə  ulu  öndərin  uzaqgörən  siyasəti 
nəticəsində ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan MSSR-
də  məktəb  tikintisi  geniş  miqyas  aldı.  Belə  ki,  Naxçıvan 
şəhərində  8,  Şərur  rayonunda  46,  Babək  rayonunda  12,  Culfa 
rayonunda  15  və  bütün  muxtar  respublika  üzrə  103  məktəb  inşa 
edilmişdir.  Ulu  öndərin  hakimiyyətə  gəlişinə  qədər  muxtar 
respublikada  ümumtəhsil  məktəblərinin  şagirdlərinin  59,8  faizi 
ikinci  növbədə  oxuyurdusa,  1980-ci  illərin  əvvəllərində  bu 
göstərici  44,2  faizə  enmişdir.  Muxtar  respublikanın  bir  çox 
kəndlərində  məktəblilər  müasir  məktəb  binalarında  təhsil 
alırdılar.  1984-cü  ildə  Naxçıvan  MSSR-də  210  ümumtəhsil 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
məktəbi,  o  cümlədən  21  ibtidai,  68  əsas,  121  orta  məktəb,         
61  məktəbəqədər  uşaq  müəssisəsi,  6  texniki  peşə  məktəbi  və       
4 texnikum fəaliyyət göstərirdi.  
Muxtar respublikada sənaye və kənd təsərrüfatının inkişafı 
ilə əlaqədar texniki peşə məktəbləri şəbəkəsinin genişləndirilməsi 
ölkə rəhbərliyinin diqqətində saxlanılmışdır. Belə ki, 1970-ci ildə 
muxtar respublikada 2 texniki peşə məktəbi mövcud idisə, 1980-ci 
ildə  bu  göstərici  8-ə  çatdırıldı.  Bütövlükdə,  1971-1980-ci  illərdə 
bu  məktəblərdə  9800  nəfərə  yaxın  ixtisaslı  fəhlə  kadrı 
hazırlanmışdır.  1970-ci  ildə  peşə  məktəblərində  9  ixtisas  üzrə    
44  usta  çalışırdısa,  1980-ci  ildə  22  ixtisas  üzrə  62  usta  təlim 
vermişdir. 
1980-ci  ildə  Naxçıvanda  bütün  təhsil  müəssisələri  üzrə 
müəllimlərin  sayı  5276  nəfər  təşkil  edirdi.  Onların  3974  nəfəri 
ali, 517 nəfəri natamam, 785 nəfəri isə orta pedaqoji təhsilə malik 
idi.  Müqayisə  üçün  1970-ci  ildə  bu  göstəricilər  müvafiq  olaraq 
3120,  1415,  662  və  1133  nəfər  təşkil  edirdi.  Müəllimlərin 
sayında  ali  təhsillilər  təqribən  2,8  dəfə  artmış,  orta  təhsillilər  isə 
təqribən 1,4 dəfə azalmışdır. 
1993-cü  ildə  yenidən  hakimiyyətə  qayıdan  ümummilli 
liderimiz  gənc,  müstəqil  Azərbaycan  Respublikasının  üzləşdiyi 
böyük  çətinliklərə  baxmayaraq,  təhsil  sahəsindəki  mövqeyini 
xalq  arasında  belə  bəyan  etdi:  “Məktəb,  maarif,  təhsil  işi  ilə 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
həmişə  sıx  bağlı  olmuşam.  Hesab  edirəm  ki,  cəmiyyət  hara-
dan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməli, 
gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir”. 
Ulu  öndər  ikinci  dəfə  hakimiyyətə  qayıdışından  sonra 
təhsilin  milli  tərəqqinin  gerçək  amilinə  çevrilməsi  üçün  geniş 
islahatların  həyata  keçirilməsi  vəzifəsini  qarşıya  qoydu.  Bu 
baxımdan  1999-cu  ilin  iyununda  imzalanmış  “Azərbaycan 
Respublikasının  Təhsil  sahəsində  İslahat  Proqramı”  xüsusi 
əhəmiyyət  kəsb  edir.  Belə  ki,  bu  proqram  Azərbaycanın  milli 
təhsil  sisteminin  aydın  strategiya  və  konsepsiyasını,  təhsilin 
idarəolunmasında  yeni  prinsiplərin  tətbiq  olunmasını,  onun 
beynəlxalq  normalara  uyğunlaşdırılmasını  və  dünya  təhsil 
sisteminə  inteqrasiyasının  sürətləndirilməsini  özündə  əks  etdirir. 
İslahat  proqramının  tələblərinin  yerinə  yetirilməsinin  təmin 
olunması, onun səmərəliliyinin yüksəldilməsi və təhsil sisteminin 
strukturunun yeniləşdirilməsi məqsədilə ulu öndər Heydər Əliyev 
“Azərbaycan  Respublikasında  təhsil  sisteminin  təkmilləşdiril-
məsi haqqında” 2000-ci il 13 iyun tarixində 349 nömrəli Fərman 
imzalamışdır. Bu fərman təhsilin inkişaf istiqamətlərini müəyyən 
etməklə təhsil işçilərinin fəaliyyəti üçün stimul yaratmışdır.  
Ümummilli  liderimiz  Heydər  Əliyevin  2001-ci  il  18  iyun 
tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, 
2001-ci  il  9  avqust  tarixli  “Azərbaycan  əlifbası,  Azərbaycan  dili 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
gününün  təsis  edilməsi  haqqında”  fərmanları  və  digər  qərarlar 
təhsilin və elmin inkişafında, mədəni dəyərlərimizin qorunmasın-
da, milli şüurumuzun formalaşdırılmasında müstəsna əhəmiyyətə 
malikdir. 
Təməli  ümummilli  liderimiz  Heydər  Əliyev  tərəfindən 
qoyulmuş  siyasi  kurs  onun  layiqli  davamçısı,  Azərbaycan 
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək 
inam  və  əzmkarlıqla  davam  etdirilir.  Azərbaycan  təhsilinin, 
elminin,  mədəniyyətinin,  idmanının,  bir  sözlə,  mənəvi  dəyərləri-
nin daha da inkişaf etdirilməsi dövlət başçısının daim  diqqətində 
saxlanılır. 
Ölkə  başçısı  tərəfindən  2004-cü  il  21  avqust  tarixində 
təsdiq  olunmuş  “Azərbaycan  Respublikasında  ümumtəhsil 
məktəblərinin  informasiya  və kommunikasiya texnologiyaları  ilə 
təminatı  Proqramı”  və  2008-ci  il  10  iyun  tarixində  təsdiq 
olunmuş  “2008-2012-ci  illərdə  Azərbaycan  Respublikasında 
təhsil  sisteminin  informasiyalaşdırılması  üzrə  Dövlət  Proqramı” 
ölkəmizdə,  o  cümlədən  muxtar  respublikada  yeni  informasiya 
texnologiyalarından  istifadə  olunmaqla  təhsilin  keyfiyyətinin 
yüksəldilməsinə  xidmət  edən  və  dünya  təhsil  sisteminə 
inteqrasiya  imkanı  verən  vahid  təhsil  informasiya  mühitini 
yaratmaq və əhalini informasiya cəmiyyətinə hazırlamaq məqsədi 
daşımışdır. Bu dövr ərzində  muxtar respublikada təhsilin  maddi-


Yüklə 49,79 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə