Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/45
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47039
1   ...   17   18   19   20   21   22   23   24   ...   45

63 
 
ehtiyatsız  hemostaz  (müasir  texnika  –  pinset,  qayçı,  koaqulyasiya),  əməliyyatın 
sonunda qarın boşluğu sanasiyasının natamam olması (quru və yaş sanasiya, qarın 
boşluğu 
cib 
büküşlərinin 
yuyulub 
təmizlənməməsi). 
Mədə-bağırsaq 
anastomozlarının  çatmazlığı,  həmçinin  texniki  qüsurlar  üzündən  yaranan 
problemlər  (qan  dövranının  yetərincə  saxlanılmamasının  profilaktikası,  selikli 
qişanın  götürülməməsi  ilə  seroz  qatın  geniş  şəkildə  yaxınlaşdırılması,  seyrək 
tikişlər) aktualdır. 
 
Əməliyyatdan sonrakı peritonitin təsnifatı: 
 
Mənbəyinə görə: (İ.B.Jebrovski, K.D.Toskin, 1990): 
-
 
Birincili – qarın boşluğunun əməliyyat zamanı və ya ondan sonrası yaxın 
vaxtda  infeksiyalaşması  (kəskin  xoraların  perforasiyası,  həyat 
qabiliyyətinin  düzgün  qiymətləndirilməməsi  üzündən  qarın  boşluğu 
üzvlərinin  divarındakı  nekroz,  əməliyyat  zamanı  nəzərdən  qaçan 
zədələnmələr). 
-
 
Ikincili  peritonit  -  əməliyyatdan  sonrakı  digər  ağırlaşmaların  irinləməsi 
kimidir  (tikişlərin  tutmamazlığı,  absesin  öz-özunə  açılması,  ləğv 
olunmayan paralitik keçməzlik, eventrasiya). 
Klinik gediĢinə görə (V.S. Savelyev müəlliflər ilə, 1986): 
-
 
Ildırımvari 
-
 
Kəskin 
-
 
Ləng gedişli 
Yayılmasına görə: 
-
 
Yerli 
-
 
Ümumi 
Mikrofloraya görə: 
-
 
Qarışıq 
-
 
Kolibasillyar 
-
 
Anaerob 


64 
 
-
 
Diplokokklu 
-
 
Göyirin çöplü 
Ekssudatın növünə görə: 
-
 
Seroz-fibrinoz 
-
 
Seroz-hemorragik 
-
 
Fibroz-irinli  
-
 
Irinli 
-
 
Ödlü 
-
 
Nəcisli 
Klinika: əməliyyatdan sonrakı peritonitin universal klinik mənzərəsi yoxdur. 
Problem  ondadır  ki,  xəstə  artıq  ağır  vəziyyətdədir,  cərrahi  xəstəliyi  vardır, 
əməliyyat təsirinə məruz qalmışdır, dərman preparatları, o cümlədən antibiotiklər, 
hormonlar, narkotiklərlə intensiv müalicə olunur. Bütün hallarda ağrı sindromu və 
qarının  ön  divarı  əzələlərinin  gərginliyinə  uyğun  şəkildə  hərəkət  etmək  olmaz. 
Buna görə də, diaqnostika kiçik (mikro) simptomatika səviyyəsində aparılmalıdır.  
 
Kliniki iki variantı vardır: 
1.
 
Nisbətən  yaxşılaşma  ilə  gedişli  halda  kəskin  pisləşmə  (yumşaq  qarın,  yaxşı 
hərəki  aktivlik,  ancaq  üzücü  hərarət).  Peritonit  nə  qədər  gec  baş  verirsə,  onun 
diaqnostikası o qədər də asanlaşır.  
2.
 
Dayanmadan artan intoksikasiya ilə proqressivləşən ağır gediş. 
Peritonitin əlamətləri:  
-
 
birbaşa (əzələ gərginliyi) – intoksikasiya, hipoergiya, intensiv müalicə fonunda 
həmişə ortaya çıxmır; 
-
 
dolayı  –  hemostazın  pozulması  (taxikardiya,  hipotoniya),  mədə  və  bağırsağın 
hərəki pozğunluqları (təmizlənməmiş tullantı bağırsaq boyunca keçir), intensiv 
müalicə aparılmasına baxmayaraq intoksikasiya sindromunun qalmaqda davam 
etməsi və ya dərinləşməsi. 


65 
 
Bir  qayda  olaraq  residivləşən  bağırsaq  parezi  klinikası  və  poliorqan 
çatmazlığı ilə müşayiət olunan iltihab reaksiyası vəziyyətinin  inkişafı aparıcı hal 
sayılır. 
-
 
Rentgenoqrafiya  (qarın  boşluğunda  sərbəst  havanın,  ehtiyyatla  (!), 
axtarılması) 
-
 
Qarın boşluğunun USM-i (qarın boşluğunda sərbəst mayenin olması) 
-
 
Endoskopiya. 
Nəzərə alınmalı xüsusi hallar: 
-
 
Qarın  boşluğu  üzvlərinin  müştərək  patologiyaları  səbəbindən  inkişaf 
edən peritonit 
-
 
Bir  üzvdə  inkişaf  etmiş  patologiyaya  görə  aparılmış  müştərək 
əməliyyatların  (xoledox  törəməsi,  mədəaltı  vəz  törəməsi  – 
pankreatoduodenal rezeksiya ) – ağırlaşması peritonit. 
Müalicəsi:  Konservativ  müalicə  demək  olar  ki,  bütün  hallarda  ölümlə 
nəticələnir.  Acar  –  relaparotomiya,  ardınca  intensiv  detoksikasiya  və  lazım  olan 
hallarda təkrari sanasiyada axtarılmalıdır. 
Əməliyyat  maksimal  olaraq  radikal,  aparılmalı    ancaq  xəstənin  vital 
qabiliyyəti  ilə  uyğun  gəlməlidir  –  müdaxilə  şərtin  yanaşma  prinsipləri  əsasında 
yerinə yetirilməlidir.  
Ümumi prinsiplər:  
-
 
Irinli-nekrotik möhtəviyyatın kənar edilməsi 
-
 
Mənbəənin aradan qaldırılması 
-
 
Əməliyyatdan sonrakı lavaj – qarın boşluğunun drenlənməsi. 
-
 
Bağırsağın drenləşdirilməsi. 
Bəzən,  vəziyyət  imkan  verirsə,  minimum  həcmlə  məhdudlaşmaq  olar.  Bu  o 
halda  mümkün  ola  bilir  ki,  erkən  düzgün  diaqnostika  və  zədələnmənin  dərəcəsi 
dəqiq təyin edilsin. Nümunə: distal mədə rezeksiyasında qoyulmuş mədə-bağırsaq 
anastomozu  tikişlərinin  tutmazlığı  zamanı  əgər  anastomoz  sahəsində  ətrafa 
yayılmış irinli prosess yoxdursa, möhkəmləndirici tikişlərin qoyulması, anastomoz 
boyunca  köndələn  qarşı-qarşıya  deşikləri  olan  drenaj  (hava  sorucusu  ilə  daim 


66 
 
aspirasiya    və  vaxtaşırı  yuyulan  yerləşdirilməsi,  aparıcı  ilgəyə  isə  anastomozdan 
keçməklə  nazoqastral  yeridilmiş  zond  dekompressiya    və  enteral  qidalanmaya 
xıdmət etmiş olur.  
Anastomoz  sahəsindəki  çatmazlığın  ölçüləri  nəzərə  çarpacaq  dərəcədə 
olduqda  və  aydın  peritonitdə  gətirici  bağırsaq  ilgəyinə  ikilüləli  boru  yeridilərək 
defekt  kənarına  bərkidilir,  üzəri  piyliklə  örtülür,  fiksə  edilir  və  50  sm  məsafədə 
yeyunostoma qoyulur. 
Vacib olanı peritoneal detoksikasiyadır – 10-15 litrə qədər məhlul, həmçinin 
bağırsaq dekompressiyası, 4-6 sutkaya qədər, burundan və ya bağırsaq fistulundan 
yeridilən zondla aparılır.  
Peritonit  zamanı  N.İ.Kanşinə  görə  asılqan  sıxılma  variantı  ilə  enterostoma 
aşağıdakı  kimi  yerinə  yetirilir.  Bağırsaqda  minimal  kəsiklə  aparılan  enterostoma 
dəliyindən  dibi  dairəvi  kəsilib  götürülmüş  Petser  kateteri  mənfəzə  yeridilir, 
büzməli  tikişlərlə  sıxılır.  Kateter  qarının  ön  divarında  açılmış  dəlikdən  xaricə 
çıxarılır,  bağırsaq  peritona  sıxılır  və  belə  vəziyyətdə  kateter  tikilərək  fiksə  edilir, 
kateterin ucu isə sorucuya hermetik olaraq birləşdirilir.  
Əgər  peritonit  endovideoskopik  əməliyyatdan  sonra  inkişaf  etmişsə,  təkrari 
əməliyyat  həmçinin  videoyazı  üsulu  ilə  və  ya  kiçik  əməliyyat  qapısı  yaratmaqla 
həyata  keçirilə  bilər.  Əsas  vacib  olanı  operatorun  klassik  təkrari  əməliyyatlarda 
olduğu kimi, səriştəliyidir.  
Əməliyyatdan sonrakı qarındaxili absesslər:    
-
 
Intraabdominal 
-
 
Retroperitoneal 
-
 
Orqandaxili 
Irinliklər  qarın  boşluğu  cibləri,  kanal  və  sinuslarında,  peritonarxası  boş 
birləşdirici sahə, həmçinin qaraciyər, dalaq, pankreasda yerləşə bilir. 
Meyledici səbəblər: 
-
 
Kəskin cərrahi xəstəliyin ağırlığının daha da dərinləşməsi 
-
 
Natamam sanasiya 
-
 
Ləng gedişli peritonit 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə