Maddə 317‐2.
Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan
şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi,
daşınması və ya istifadəsi
317‐2.1. Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs
tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması
və ya istifadəsi ‐
altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
317‐2.2. Eyni əməllər təkrar törədildikdə ‐
iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 318.
Azərbaycan_Respublikasının_dövlət_sərhədini_qanunsuz_olaraq_dəyişmə'>Azərbaycan_Respublikasının_dövlət_sərhədini_qanunsuz_olaraq_keçmə'>Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə
318.1. Azərbaycan Respublikasının mühafizə olunan dövlət
sərhədini müəyyən edilmiş
sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə—
iki yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
318.2. Bu Məcəllənin 318.1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir
olan bir qrup şəxs və ya
mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor
tətbiq etmə hədəsi ilə törədildikdə—
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş siyasi sığınacaq hüququndan istifadə etmək məqsədi ilə
Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini keçmə qaydalarını pozmaqla Azərbaycan Respublikasına
gəlmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxsə, onun hərəkətlərində başqa
cinayət tərkibi yoxdursa, bu maddənin
müddəaları şamil edilmir.
Maddə 319.
Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq dəyişmə
319.1. Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq dəyişmək məqsədi ilə
sərhəd nişanlarını götürmə, yerini dəyişmə və ya məhv etmə—
iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan
məhrum
etmə ilə cəzalandırılır.
319.2. Eyni əməllər təkrar törədildikdə və ya ağır nəticələrə səbəb olduqda—
dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 320.
Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları
saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə
320.1. Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə
etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma,
habelə eyni məqsədlə Azərbaycan Respublikasının
saxta dövlət təltifini, ştampı, möhürü,
blankı hazırlama və ya satma—
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
320.2. Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə
etmə—
iki yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya səksən
saatadək müddətə ictimai
işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 321.
Hərbi xidmət keçməkdən boyun qaçırma
321.1. Qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya
səfərbərlik üzrə çağırışdan boyun qaçırma—
iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
321.2. Eyni əməllər müharibə vaxtı törədildikdə —
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 322.
Özbaşınalıq
322.1. Özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış
qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hər hansı
hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda—
beş yüz manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx saatadək ictimai
işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
322.2. Eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə—
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Maddə 323.
Azərbaycan dövlətinin başçısının — Azərbaycan Respublikası
Prezidentinin şərəf və ləyaqətini ləkələmə və ya alçaltma
323.1. Azərbaycan dövlətinin başçısının — Azərbaycan Respublikası Prezidentinin şərəf və
layaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya
kütləvi informasiya
vasitəsində ləkələmə və ya alçaltma —
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya
eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
323.2. Eyni əməllər ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə törədildikdə —
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Azərbaycan dövlətinin başçısının — Azərbaycan Respublikası Prezidentinin fəaliyyəti, habelə onun rəhbərliyi altında
yeridilən siyasət haqqında tənqidi mülahizələrlə bağlı kütləvi çıxışlara bu maddənin qüvvəsi şamil edilmir.
Maddə 324.
Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan
Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər