133
gedir. O, 1752-ci il-də orada vəfat etmişdir. XIX əsrdə Şirəkli Həsənin Gəncədə
kitabı çap olunmuşdur. İrəvan xanlığının ərazisində yeganə işlək dil Azərbaycan
türkcəsi olmuşdur. Rus tarixçi-statistiki İ.Şopen İrəvan və Naxçıvan xanlıqlarının
ərazisində 1829-1832-ci illərdə kameral siyahiyaalma keçirmiş və "tatar dili" —
Azərbaycan dili haqqında belə qənaətə gəlmişdir: "Bu məşhur dil haqqında bir
neçə söz deməmək mümkün deyildir, hansı ki, Adriatik dənizindən tutmuş Sakit,
Hind və Atlantik okeanlarının sahillərinədək, Qədim Dünyanın üçdəbir hissəsində
milyonlarla xalqlar bu dildə anlaşırlar" [95,911].
Böyük rus şairi M.Y.Lermontov Qafqazı gəzdikdən sonra bu qənaətə
gəlmişdi: "Tatar dilini (yəni Azərbaycan dilini) öyrənməyə başlamışam, fransız dili
Avropada zəruri olduğu kimi, bu dil də burada və ümumiyyətlə Asiyada zəruridir"
[Lermontov M., Əsərlərinin tam külliyyatı (rusca),V cild, Moskva — Leninqrad,
1937, səh. 393].
Hələ xanlıqlar dövründən öncə İrəvan bölgəsində şifahi xalq ədəbiyyatının
zəngin nümunələri yaranmışdı. İrəvan xanının sarayında tez-tez musiqi məclisləri
keçirilərmiş. Fransız səyyahı Jan Şardən 1673-cü ildə İrəvanda olarkən Sərdar
sarayında Qulam şahın (həmin dövrdə İrəvana gələn şah elçisinin - red.) şərəfinə
düzənlənmiş bir musiqi məclisini təsvir etmişdir. Onun yazdığına görə, güləş
əyləncəsi başa çatdıqdan sonra həyəti çadırlarla örtdülər, yuxarı başa gözəl xalçalar
saldılar, böyük bir dəstə musiqiçilər və rəqqasələr gətirdilər. Avropa səyyahı yazır
ki, "...onlar iki saatdan çox heç kimi darıxdırmadan səhnədə oldular. Hakim (yəni
İrəvan sərdarı — red.) bu müddət ərzində onlara baxdı, şah elçisi ilə,
məclisdəkilərlə söhbət etdi, məni Avropa barədə danışmağa vadar etdi. Şah
sarayındakı xidmət sisteminə uyğun olaraq, əyalət hakimləri də eyni cür nıürəkkəb
qulluqçu sisteminə malikdirlər. Musiqiçilər və rəqqasələr də bu cür qulluqçu
sisteminə daxildir. Şərqdə əylənmək və ya bir-biri ilə xoş rəftar eləmək xatirinə
rəqs etmək adətləri yoxdur. Onlarda rəqs bir incəsənət və ya sənət kimi mövcud
olub, Avropadakı teatr sənətinə oxşardır... Musiqiçilər və rəqqasələr Şərqin
mimləri (mimik hərəkətlərlə tamaşa göstərən aktyor) və ya məzhəkəçilər idilər,
daha dəqiq desək, bu, onların operasıdır" [10, 23, 28].
Deməli, hələ XVII əsrdə İrəvanda Sərdar sarayında teatr tamaşaya
qoyulmuş və opera oynanılmışdır. Həmin dövrdə ermənilərin bu diyarda nə
dövləti, nə dövlətçilik ənənəsi, nə də ədəbi məclisləri vardı. Ermənilər yalnız
əhatəsində yaşadıqları xalqların folklorunu və musiqisini yamsılamaqla məşğul
olmuşlar. Ermənilərin başqa xalqlardan istifadə etdikləri, bu xalqların təsiri
sayəsində yaratdıqları nəğmələr və havalar haqqında erməni tədqiqatçısı
S.Palasanyan yazır: "Bizim mahnıların havası müxtəlifdir. Türkiyədə türkün,
Gürcüstanda gürcünün, İrəvan, Şuşa, Ağkilsə və İranda farsın, ümumiyyətlə hansı
xalqın təsiri altında olmuşuqsa, həmin xalqın mahnılarının havalarını götürmüşük"
[Bax: Abbasov İ.Azərbaycan folkloru XIX əsr erməni mənbələrində. Bakı, 1977,
səh.65].
134
Bu gün dünyaya "Erməni havaları" kimi təqdim olunan havalar və
nəğmələr haqqında erməni yazıçısı Mikael Nalbandyan təqribən 150 il bundan
öncə yazırdı: "Ancaq havaların əksəriyyəti türklərdən-(azərbaycanlılardan — red.)
götürülübdür. Mən ermənilərin yaşadıqları çox yerləri dolaşmışam, həmişə də
çalışmışam sırf ermənicə nəsə eşidəm. Lakin həmin şeyi dinləmək mənə nəsib
olmamışdır" [Bax: Abbasov İ.Azərbaycan folkloru XIX əsr erməni mənbələrində.
Bakı, 1977, səh.65].
Azərbaycan dilinin zənginliyi, poetikliyi, onun musiqi kimi ahəngdar
olması İrəvan xanlığının ərazisində yaşayan ermənilərin də bu dildə yazıb-
yaratmalarına səbəb olmuşdur. Erməni yazıçısı Xaçatur Abovyan yazırdı:
"Türkcəni qadınlar və uşaqlar belə bilir. Buna görə də xalq içərisində məşhur və
fitrətən şairlik istedadına malik olan adamların tatarca (Azərbaycan dilində - red.)
şeir yaratmaları çox təbii bir haldır".
Erməni aşıqlarının Azərbaycan dilindən, Azərbaycan şifahi xalq
ədəbiyyatının forma və məzmun zənginliyindən istifadə elmələrinin səbəblərindən
biri də XV-XVI əsrlərdən başlayaraq Azərbaycan şifahi xalq ədəbiyyatının çox
sürətlə inkişaf etməsi olmuşdur. Digər səbəb isə XIX əsrin birinci yarısınadək
erməni ədəbi dilinin - aşxarabarın formalaşmaması olmuşdur. Erməni yazarlarının
əksəriyyəti əski erməni ləhcəsində - qrabarda yazıb-yaratdıqlarından həmin əsərləri
erməni xalqı başa düşmürdü. Erməni tarixçisi Leo (Arakel Babaxanyan) belə
qənaətə gəlmişdir ki, erməni dilinin yoxsulluğu üzündən erməni aşıqları öz
mahnılarını Azərbaycan dilində qoşmuşlar. O yazır: "Aşıqlar üçün nağıllarda,
mahnılarda təsvir olunan həyatı ifadə etmək üçün türk dili (Azərbaycan dili —
red.) erməni ləhcələrindən daha səlis, daha ifadəli və daha zəngindir".
Azərbaycan dilinin köməyi ilə erməni aşıqları özlərinə çoxlu dinləyici və
tamaşaçı toplaya bilirdilər. Professor A.Arşaruni də təsdiq edir ki, Azərbaycan dili
"...demək olar ki, erməni aşıqlarının və erməni xalqının doğma dili olmuşdur. Əks
təqdirdə onlar (yəni, erməni aşıqları) dinləyicilər qarşısında müvəffəqiyyət qazana
bilməzdilər və onların dili dinləyicilər üçün anlaşılmaz olardı" [Bax: Abbasov İ.
Azərbaycan folkloru XIX əsr erməni mənbələrində. Bakı, 1977, səh.102].
Azərbaycan dilində yazıb-yaradan XVII əsr erməni aşıqları haqqında xeyli
məlumat vardır. Onların əsərlərindən bəzi nümunələr Matenadaranda və
Ermənistan Ədəbiyyat və İncəsənət Muzeyində saxlanılır. XVIII əsrdə Azərbaycan
dilində nəğmələr qoşan Sayat Nəva, Miran, Bağıroğlu, Əmiroğlu, Qul Yeqaz,
Turab Dədə, Şamcı Meleko, Kiçik Nova, Qul Hovanes və b. erməni aşıqlarının
adları məlumdur. İrəvanda Aşıq Şirinin və Gümrüdə Aşıq Bavenin başçılığı ilə
Azərbaycan dilində yazıb-yaradan aşıq məktəbləri olmuşdur [Yerevanlı Ə.Azəri-
erməni ədəbi əlaqələri. İrəvan, 1968, s. 282]. Azərbaycan-erməni ədəbi əlaqələrini
dərindən araşdıran, Matenadaranda və Ermənistan arxivlərində uzun illər tədqiqat
aparan filologiya elmləri doktoru İsrafil Abbasov qeyd edir ki, XVII-XVIII əsrlərə,
daha çox isə XIX əsrə aid elə bir erməni əlyazması yoxdur ki, orada Azərbaycan