155
Məlik Cümşüd dedi:
– Görmürsüz?
Kürəkənlər baxdılar ki, bu bir əntiqə oğlandı, özü də
deyəsən sövdəgərdi. Dedilər:
– Ay qardaş, bunlardan bir dənə bizə satarsan?
– Çox bahadı ala bilməzsiz.
– Hər neçəyə olsa biz alarıq, qayınatamız naxoşdu,
həkimlər ona ov əti buyurublar, hər yeri axtarmışıq
tapmamışıq.
Məlik Cümşüd dedi:
– Hə… Çox yaxşı… mən sizə bir ov verərəm, ancaq iki
şərtlə. Əvvəla hərənizin budundan bir damğa basaram, ikinci
də ki, ovun başın özüm kəsərəm.
Ikinci şərt asan şey idi. Nə olar, qoy özü kəssin. Ancaq
birinci şərt bir az naqəhətli idi. Damğa, özü də buddan…
kürəkənlər bir az фikirləşdilər. Əgər əliboş qayıdıb
qayınatalarının
yanına
getsələr,
bu
başdan–ayağa
biyabırçılıqdı. Hamı da deyəcək ki, iki–iki öküz boyda adam
gedib bir dənə ov vura bilmədilər, hələ adlarınını da igid
qoyublar. Ovu da ki, bu zalım oğlu damğasız vermir. Axırda
böyük kürəkən dedi:
– Ay balam, bizim budumuzu kim görəcək ki, damğanı
da görə, gəl razı olaq!
Qərəz, razı oldular. Məlik Cümşüd bunların hərəsinin
buduna bir damğa vurub, əsdər atı kimi nişanladı. Bir ov tutdu,
yıxdı yerə, «dadı başına, dadı başına» deyə–deyə başın kəsdi,
verdi bunlara. Bunlar gedəndən sonra ovları ötürdü, atı, quşu,
aslanı da azad eləyib, ovun baş ayağını götürüb, gəldi evə. Qız
bunu görcək dedi:
– Haradan belə? Bunlar nədi?
Məlik Cümşüd dedi:
– Çölə getmişdim. Padşahın kürəkənləri bir ov vurdular,
kəsib cəmdəyin apardılar, baş ayağın da atdılar yerə. Mən də
götürüb gətirdim ki, bişirəsən yeyək.
156
Qız durdu ayağa, ocağı yandırdı, kəlləpaçanı saldı
çölməyə. Təndirəsərin divarındakı qurumlardan da içinə
tökülə–tökülə çölmək başladı qaynamağa.
Kürəkənlər ovu gətirdilər. Tez bişirdilər, gətirdilər
padşahın qabağına. Padşah qarnı tutunca yedi, amma heç bir
şey çıxmadı. Heç bir mənффət vermədi. Ətin heç dadı da yox
idi. Padşahın ağzında lap kül dadı verirdi. Bu tərəфdən elə ki,
bizim balaca qızın bişirdiyi qurumlu kəlləpaça hazır oldu, bir
nəlbəkiyə bir az ətindən, suyundan çəkib apardı anasının
yanına ki, “atama pay gətirmişəm”. Padşahın qızdan o qədər
zəhləsi getmişdi ki, yemək də istəmirdi, ancaq anası ağlaya–
ağlaya yalvardı ki:
– Axı bu sənin doğma qızındı, indi bir qələtdi eləyib,
ürəyi sınıqdı, heç olmasa barmağını batır!
Qərəz, padşah bir barmağını batırıb yaladı. Baxdı ki,
ədə deyəsən gözləri işıqlanır. De bir tikə də bundan vurdu. Elə
bil ki, dirildi. Bir «hə» eyləyib elə nəlbəkini yerli–dibli ötürdü
içəriyə. Azar dünən getmisən, bu gün, elə bil ki, padşahın
dərdinin dərmanı bu qurumlu kəlləpaça imiş. Tamam sağaldı.
Sabahısı əmr elədi onları təndirəsərdən çıxarıb, ondan bir az
yaxşı, divarları çatlamış köhnə bir saman damına köçürtdülər.
Məlik Cümşüd gündə gedib bağa quş qovur, axşamlar
gəlib qız ilə bir yerdə kasıbçılıq ilə ömrünü keçirirdi. Padşaha
bir gün xəbər gəldi ki, ayrı bir padşah gəlir, bu padşahla
davaya. De hazırlıq başlandı. Foclar bölündü, meymənə verildi
böyük kürəkənə, meysərə verildi ortancıl kürəkənə, dava
başlandı. Axşama qədər vuruşdular. Düşmən padşah
qoşununun lap əhədini kəsdi. O biri günkü davada padşah
basıldı, yaman qırğın oldu. Əgər xoşbəxtlikdən axşam
düşməsəydi, düşmən şəhəri–zadı verli–veran eləyəcəkdi.
Padşahın gecə səhərə kimi gözünə yuxu getmədi.
Yuxuda cürbəcür qorxulu vəqiələr görürdü. Bəli, səhər oldu,
meydan quruldu, hamı girişdi davaya. Bizim Məlik Cümşüd də
arvadına dedi ki:
157
– Get atanın mehtərinə denən, mənə də bir qatırdan–
zadan versin, gedim davaya.
Qız dedi:
– Sən gedib davaya neyləyəcəksən? Gedib yıxılıb ayaq
altda qalıb ölərsən.
Oğlan dedi:
– Heç olmasa yenə qaraltı olaram ki.
Qərəz, qız gedib mehtərə dedi. Mehtər buna bir dənə
qotur, axsaq qatır verdi. Məlik Cümşüd mindi qatıra, taytıya–
taytıya üz qoydu çölə. Gəldi, dərədə qatırdan düşdü. Ayaqların
bağlayıb yıxdı yerə, cibindən tükü çıxarıb tutuşdurdu oda. Bəli,
at, quş, aslan üçü də gəldilər. Atın yəhərinə əvvəldən bağlamış
olduğu qırmızı paltarı geyindi, yeddi yerdən özünü qıфılbənd
eyləyib, quş kimi qalxdı atın belinə. Ayaq üzəngidə, diz
qabırğada, üz qoydu dava meydanına.
Düşmən padşahın qoşununun lap nəфəsini təng
eləmişdi. Qoşun az qalırdı ki, sınıb qaçsın. Padşah da, vəzir,
vəkil ilə durub davaya tamaşa edirdi. Bir də gördülər ki,
günbatan tərəфdən bir toz qalxdı. Tozun içindən bir at çıxdı,
yanında aslan, başının üstündə zümrüd quşu, düz birbaş özünü
vurdu düşmən qoşununun içinə. Bir sağa hücum elədi, bir sola
hücum elədi, düşmənin içinə bir vəlvələ saldı ki, qələm lazımdı
yaza. Bir tərəфdən özü, bir tərəфdən at, bir tərəфdən aslan, bir
tərəфdən quş, daha özün hesabını apar, gör nə olar… Padşahın
qoşunu bunu görcək qeyrətə gəlib, başladı hücuma. axşama
yaxın xeyli düşməni dala oturtdular. Elə ki, qaranlıq başladı
düşməyə, oğlan tez aradan çıxdı. Padşah ha istədi ki, gəlib ona
kömək edən bu oğlanı bir görüb tanısın ki, kimdi, ancaq oğlan
çoxdan aradan çıxıb getmişdi. De axşam hamı şad qayıtdı evə.
Məlik Cümşüd də yenə axsaq qatırı minib taytıya–taytıya gəldi
evinə.
Sabahısı səhər tezdən yenə durub qatırını minib düzəldi
yola. Elə ki, dərəyə çatdı, tükü tutuşdurdu oda. Yenə mindi
atına, yanında aslan, başının üstündə zümrüd quşu, hücum
Dostları ilə paylaş: |