Bəhram hüseynov, ƏHMƏd salmanov, bakir məHƏRRƏmov azərbaycanin quru əraziSİNDƏ neft-qaz- geoloji rayonlaşdirma



Yüklə 413,66 Kb.
Pdf görüntüsü
səhifə55/85
tarix13.12.2023
ölçüsü413,66 Kb.
#149504
1   ...   51   52   53   54   55   56   57   58   ...   85
Azr-nnqururazisininrayonladrlmasyekun

IV 
fəsil 
 
Axtarış-kəşfiyyat işlərinin səmərəli istiqamətləri 
 
Azərbaycanın quru ərazisinin depressiya zonalarında 
Mezozoy çöküntülərinin neft-qazlılıq perspektivliyi respub-
li
kamızın neftçi geoloqları tərəfindən yüksək qiymətlən-
dirilir 
(şəkil 79). Lakin təəssüflə qeyd etmək lazımdır ki, bu 
neftli-
qazlı kompleks 60 ildən artıq öyrənilməsinə 
baxmayaraq, bu günə qədər öz potensial imkanlarını açma-
mışdır. Sovet dövründə bu istiqamətdə böyük həcmdə 
axtarış-kəşfiyyat işlərinin aparılmasına baxmayaraq yüksək 
nəticələr alınmamışdır. Qeyd etmək lazımdır ki, regionda 
axtarış-kəşfiyyat qazıması ilə yanaşı Mezozoy neft proble-
mi
nin müxtəlif məsələlərinə aid geniş həcmdə elmi-tədqiqat 
işləri yerinə yetirilmişdir. Onların nəticələri Ə.Ə. Əlizadə 
[
11, 12, 14
]

Ş.F.Mehdiyev 
[
58
]

H.Ə.Əhmədov 
[
4
]

S.H.Salayev 
[
72-75
]
, M.M.Zeynalov 
[
123
]

Ə.M. Əhmədov 
[
4, 5
]

Ə.N.Hüseynov 
[
35, 50-52
]
, Ə.M.Süleymanov 
[
90-94, 
103-106, 110, 
]
və bir çox başqa alimlərin əsərlərində öz 
əksini tapmış və geoloji-kəşfiyyat işlərinin gələcək 
istiqamətlərinin əsasını təşkil etmişdir.


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
201 
Şəkil 79. Mezozoyda formalaşmış neftli-qazlı bölgələr və güman 
olunan perspektivli zonalar 
(B.M
əhərrəmov, B. Aslanov)

Tədqiqatlar göstərir ki, təkcə Üst Tabaşir çöküntüləri 
ehtiyatlarının, demək olar ki, 98%-i bu vaxta qədər 
mənimsənilməmiş qalır. Bunun əsas səbəbi ilk növbədə bu 
çöküntülərə aparılmış qazıma həcminin lazımi səviyyədə 
olmamasıdır. Aparılmış axtarış-kəşfiyyat işləri nəticəsində 
yalnız Muradxanlı neftli-qazlı rayonunun (NQR) Muradxanlı 
sahəsində Üst Tabaşirin vulkanogen süxurlarında neft yatağı 
aşkar edilmişdir. Eyni zamanda, Qusar-Dəvəçi NQR-də 
Siyəzən monoklinalının Zəyli-Zeyvə, Əmirxanlı və b. sahə-
lərində Üst Tabaşirdən Paleogen-Miosen çöküntüləri ilə birgə 
az miqdarda neft alınmışdır. 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
202
Mezozoyun ayrı-ayrı komplekslərinin karbohidrogen 
resurslarının miqdarca müqayisəsi göstərir ki, həm üst və 
həm də Alt Tabaşir çöküntüləri qənaətbəxş resurslara malik-
dir. Respublika ərazisində Tabaşir çöküntülərdə 425 mln.t 
çıxarıla bilən şərti yanacaq varlığı ehtimal olunur. Mezozo-
yun ikinci perspektivli obyekti sayılan Yura çöküntülərində 
şərti yanacaq 184 mln.t hesablanır ki, onun da 128 mln.t-u 
Orta Yura 
çöküntülərinə aid edilir.
Qusar-
Dəvəçi NQR-də geniş yayılmış Mezozoy çö-
küntü
ləri kəsilişində Yura və Tabaşir sistemlərinin müxtəlif 
stratiqrafik vahidlərinə aid Yura və Alt Tabaşirin (Valanjin, 
Hoteriv, Barrem, Apt, Alb) qumlu-
alevritli və Üst 
Tabaşirin (Senoman, Turon) çatlı karbonatlı kollektor-
larının mövcudluğu ilə fərqlənən lokal strukturlar (Siyəzən 
monoklinalı, Yalama, Xudat, Qusar, Xaçmaz, Ağzıbirçala, 
Tələbi, Qaynarca) kəşfiyyat qazımasına ilk növbədə cəlb 
olunmuş və böyük həcmdə parametrik və axtarış-kəşfiyyat 
quyuları qazılmış, onların əksərində neft-qaz təzahürləri və 
axınları müşahidə olunmuşdur. Lakin Siyəzən monoklinalı 
istisna olmaqla onların heç birində bu çöküntülərlə bağlı 
yataq aşkar olunmamışdır.
Mövcud geokimyəvi, litoloji-mineraloji və hidrokim-
yəvi analizlərin nəticələrinin araşdırılması, eləcə də, Şimali 
Qafqazda Trias-
Miosen intervalında sənaye əhəmiyyətli neft 
və qaz yataqlarının varlığı göstərir ki, Mezozoy 
çöküntülərinin ayrı-ayrı horizont və lay dəstələri bu bölgədə 
perspektivli ola bilər. Həmçinin güman olunur ki, üzvi 
maddələrin karbohidrogenlərə çevrilməsi üçün ən əlverişli 



Yüklə 413,66 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə