də mühüm mərhələni təşkil etdi. Amma şinnfeynerlərin içərisində bu
müqaviləyə münasibətdə yekdil fikir mövcud deyildi. Şinnfeynerlərin
sağ qanadı müqaviləyə tərəfdar, sol qanadı isə əleyhinə çıxırdı. Fikir
ayrılıqları İrlandiyada vətəndaş müharibəsinin və dini münaqişənin
törədilməsinə gətirdi. Şinnfeynerlərin böyük əksəriyyəti 1921-ci il
müqaviləsini rədd edərək müharibəyə başladı. İrlandiyada vətəndaş
müharibəsinin yeni mərhələsində De- Valeranın tərəfdarları 1923-cü
ildə məğlub oldular. Respublikanın prezidenti
şinnfeynerlərin radikal
qanadının lideri Qriffıts seçildi. Amma bundan sonra da problem həll
olunmadı.
L.Corc hökumətinin xarici siyasəti liberalizmə əsaslanırdı.
Onun xarici siyasətinin başlıca strateji məqsədi zor tətbiq etmədən
lloydcorçizm prinsipləri əsasında sabit beynəlxalq-hüquqi sistem
yaratmaq və yeni dünya qaydasının təminatçısı olmaq idi.
Liberalizm
Böyük Britaniyanın yeritdiyi imperiya siyasətindən imtina etmək
deyildi. Belə yanaşma ingilis pasifist xarici siyasətinə yanaşmanın
əsasını təşkil edirdi. Milli maraqlan ciddi qorumaqla beynəlxalq
münasibətlərin zorakılıqsız tənzimlənməsini irəli sürürdü. Bu isə yeni
xarici siyasət proqramının həyata keçirilməsini zəruri edirdi. Yeni
xarici siyasət kursu özünü Paris sülh konfransında göstərdi.
Hökumətin xarici siyasətində mühüm yeri Paris sülh
konfransında iştirak etmək tutdu. Burada Böyük Britaniya Almaniya
müstəmləkələrinə və bəzi türk ərazilərinə sahib olmağa çalışırdı.
Konfransda ingilis-fransız ziddiyyətləri üzə çıxdı. İngiltərə
nümayəndə heyəti Fransanın Almaniya ilə bağlı bir sıra təkliflərinin
qəbul edilməsinə mane oldu. İngilis hökuməti 1920-ci ilin may
ayında İraq, Fələstin, Transiordaniya, Tanqanika, Toqo və
Kamerunun bir hissəsi və Sakit okeanda Nauru adaları üzərində rəsmi
olaraq mandat aldı. İngiltərənin dominonları isə keçmiş alman
müstəmləkələri olan Cənub-Qərbi Afrika, Samoa adası və Yeni
Qvineya adasının alman hissəsi üzərində mandat qazandılar.
Beləliklə, Böyük Britaniya əhalisi 5,5 mln. nəfər olan 21 mln. kv.
km.-lik
alman və
112
əhalisi 4 mln. nəfər olan 500 min kv. km.-lik türk ərazilərini öz
nəzarətinə keçirdi.
İngiltərə Millətlər Cəmiyyətinin yaradılmasını fəal surətdə
müdafiə etdi.
Lloyd Corc mandat sisteminə imperialist siyasətin davam
etdirilməsi kimi deyil, beynəlxalq hüquqi məkanın mühüm hissəsi
kimi baxırdı. Mandat sistemi öz suverenliklərini müstəqil qorumaq
iqtidarında olmayan ölkələrlə böyük dövlətlərin münasibətini
tənzimləməli idi.
Birinci dünya müharibəsi qurtardıqdan sonra İngiltərənin
dominionları Kanada, Avstraliya, Yeni Zelandiya, Cənubi Afrika
İttifaqı, Nyufaundlend və I921-ci ildən İrlandiya Respublikası idi.
Hökumət onlarla münasibətləri yaxşılaşdırmağa xüsusi diqqət
yetirirdi.
Avropa ölkələrinə və ABŞ-a münasibətdə ingilis hökuməti
tarazlaşdırılmış xətt yeridirdi.
İngiltərənin xarici siyasətində Azərbaycan da mühüm yer
tuturdu. Dünya müharibəsi qurtardıqdan sonra 20 min nəfərlik
müttəfiq ordu hissələri ingilis generalı Tomsonun komandanlığı
altında ikinci dəfə Azərbaycana gəldi. Bundan əvvəl general
Denstervil başda olmaqla ingilis ordu hissələri Bakıda olmuşdular.
Lakin Paris sülh konfransının qərarlarına uyğun olaraq onlar ölkədən
çıxarıldılar. Azərbaycan üzərində mandat İtaliyaya verildi. Paris sülh
konfransında Böyük Britaniya və Azərbaycan Cümhuriyyəti
nümayəndə heyətləri əlaqələr yaratdılar. Məhz xarici işlər naziri Lord
Kcrzonun təklifi ilə Antanta Ali Şurası Azərbaycanın müstəqilliyini
de-fakto tanıdı. 1920-ci ildə Azərbaycan bolşeviklər tərəfindən işğala
məruz qaldıqdan sonra Bakıdakı ingilislər sovet hökuməti tərəfindən
həbs edilsə də azad olundular.
1922-
ci ilədək ingilis hökuməti Azərbaycana müəyyən maraq
göstərərək müstəqil dövlətin bərpasına tərəfdar çıxdı.
Xarici siyasətinin istiqamətlərindən biri müstəmləkələrlə
münasibətlər idi. L.Corc müstəmləkələrlə
iqtisadi əlaqələrin
113