VIII HİSSO: AMERİKA KƏND TƏSƏRRÜFATININ DƏYİŞƏN SİMASI
D
övlətin lap ilk günlərindən kənd təsərrüfatı ilə məşğuliyyət
Amerika iqtisadiyyatında ən vacib sahə olmuşdur və
fermerlərin məziyyətlərini - onların təşəbbüskarlığını, çətin
zəhmətlərini və müstəqilliklərini mədh edən dastanlar Amerika
mədəniyyətində uzun müddət mərkəzi yer tutmuşdur.
Amerika kənd təsərrüfatının icmalı elə qəhrəmanlıq nümunələri
təqdim edir ki, bunlar uzun bir əfsanəni xatırladır. Fermerlər, xalq
nağıllarında göstərildiyi kimi, heç vaxt həqiqi mə’nada müstəqil
olmamışlar, çünki fermerlər onların nəzarətindən çox yüksək
dərəcədə kənar olan hava şəraiti, bazarlarda kənd təsərrüfatı
məhsullarının qiyməti və hökumət siyasəti kimi amillərdən asılı
olmuşlar. Bununla belə, Amerika fermerləri Birləşmiş Ştatlar
cəmiyyətinin qalan hissəsinin pərəstiş etdiyi və bir çox hallarda
rəqabətə ginnəyə çalışdığı individualizm və bərabər hüquq
qazanmaqdan ötrü mübarizə ruhu nümayiş etdirmişdir. Nəticədə,
fermerlərin bu fəaliyyəti Birləşmiş Ştatlar siyasi təfəkküründə
onlara xüsusi qüvvə vermişdir. Fermerlərin sayı hətta əhəmiyyətli
dərəcədə azalmış olsa da, bu qüvvə bu günün özündə də
mövcuddur.
Amerika fermerləri hər hektardan çox yüksək məhsul istehsal
etmək bacarığı ilə bütün dünyada şöhrət qazanmışdır. Bu, qismən
təbiətin səxavəti ilə bağlıdır. Qərbi Birləşmiş Ştatların ancaq
nisbətən kiçik bir sahəsində yağıntı o qədər məhduddur ki, burada
səhralar mövcuddur. Başqa yerlərdə isə yağışlar ya arabir, ya da
tez-tez olur, çaylar və yeraltı sular torpaqlan müntəzəm şəkildə
suvarmaq imkanı verir. Dünyanın ən zəngin kənd təsərrüfatı
sahələrindən bə’zisinə Amerikanın Orta Qərbində təsadüf etmək
olar.
Amerika fermerlərinin uğurları eyni zamanda iri kapital
qoyuluşunun fəaliyyəti və yüksək səriştəli əməkdən istifadənin
durmadan artmasıdır. Toxumlar elmi cəhətdən inkişaf etdirilib.
158
AMERİKA İQTİSADİYYATININ ƏSAS CƏHƏTLƏRİ
onların yüksək məhsuldarlığına nail olunub, toxumlann cürbəcür
xəstəliklərə və quraqlığa qarşı dözümü artınlıb. Kübrələmə və
suvarmadan hesablamalar yolu ilə tez-tez istifadə olunur.
Kultivasiya və məhsulu toplama işində maşınlardan istifadə sərf
olunan əməyi azaldır və məhsulun hər vahidi üçün itirilən vaxta da
qənaət edir. Hava kondisioneri olan traktorunun kabinəsində oturub,
traktorunun yedəyinə qoşulmuş baha, sür’ətlə hərəkət edən,torpaq
şumlayan, becərən və məhsul toplayan avadanlıqları arxasınca çəkən
fermerlərə rast gəlmək qeyri-adi bir şey deyil.
YÜKSOLMOKDO
OLAN AQRİBİZNES
A
merika kənd təsərrüfatı yüksəlməkdə olan «aqribiznes»dir. Bu
termin müasir Birləşmiş Ştatlar iqtisadiyyatında kənd
təsərrüfatı müəssisəsinin genişmiqyaslı təbiətini əks etdirmək üçün
yaradılmışdır. Aqribiznes fərdi fermerdən tutmuş kənd təsərrüfatı
üçün kimyəvi preparatlar hazırlayan çoxmillətli mütəxəssislərə
qədər kənd təsərrüfatı ilə baqlı bizneslərin tam kompleksinə aiddir.
Buraya kənd təsərrüfatı kooperativləri, kənd təsərrüfatı bankları,
kənd təsərrüfatı mallarını gəmi ilə daşıyanlar, istehlak mallan
satıcıları, kənd təsərrüfatı avadanliğı istehsal edən şirkətlər, ərzaq
istehsalı sənayesi, baqqaliyyə şəbəkələri və bir çox başqa bizneslər
daxildir.
Aqribiznes 20 əsrin sonlannda Amerika kənd təsərrüfatında baş
verən dəyişiklikləri dəqiq təsvir edir. Bir əsr əvvəl Amerika işçi
qüvvəsinin yarısı kənd təsərrüfatında çalışırdı; 1990-cı illərdə bu
rəqəm 3 faizdən də aşağı düşdü. Keçmiş Amerikada fermerlər özləri
istehlak etdikləri malları daha çox istehsal edirdilər. İndi,
kommersiya ilə məşğul olan fermerlər yüksək dərəcədə
ixtisaslaşmışlar, ona görə də fermaların əksərində istehlak olunan hər
şey daxildə yetişdirilənlərdən deyil, indi əsasən, kənar mənbələrdən
alınır. Ümumiyyətlə, icarə olunan əksər əmək sahələrini maşın
texnikası əvəz etmişdir.
1940-cı ildə hər birinin orta hesabla 67 hektar sahəsi olan 6
milyon ferma var idi; 1990-cı ildə vəziyyət o dərəcədə dəyişdi ki, hər
birinin orta hesabla 185 hektar sahəsi olan ancaq 2,1 milyon ferma
qaldı. Məhz bu müddət ərzində fermalarda çalışanların sayı dramatik
şəkildə azaldı: 1930-cu ildəki 12,5 milyon nəfərdən 1990-cı ildəki
2,9 milyon nəfərə qədər azaldı, halbuki Birləşmiş Ştatlar əhalisinin
ümumi sayı bu müddətdə təqribən iki dəfə artıb.
Həmişə belə bir hal olub ki, fermaların çoxu əldən-ələ keçib,
məsələn, atadan oğula keçib. Torpağa kapital qoyuluşunun və
TS9
VIII HİSSO: AMERİKA KƏND TƏSƏRRÜFATININ DƏYİŞƏN SİMASI
avadanlığının qiymətinin yüksək olması indi əksər adamlar üçün
kənd təsərrüfatı ilə məşğul olmağı çətinləşdirir. Əslində, bə’zi
müşahidəçilər təsdiq edirlər ki, Birləşmiş Ştatlarda kiçik ailə
ferması artıq mövcud olmağa qabil deyil. Amerika fermerlərinin
üçdə biri və ya daha çoxu, doğrudan da, ancaq günəmuzd işləyən
fermerlərdir: onlar öz gəlirlərini tə’min etmək üçün feıma ilə əlaqəsi
olmayan işlər də görürlər. 20-ci əsrin sonlarında fermalar get-gedə -
kiçik, birailəlik bizneslərdən tutmuş nəhəng konqlomeratlara qədər
- korporasiyaların əlinə keçir. Bütün ferma torpaq sahələrinin
yeddidə birə qədəri korpoprasiyalann, üçdə birə qədəri isə ailə
korporasiyyalarmın ixtiyarındadır. Birləşmiş Ştatlarda torpaq
sahəsinin 1 faizdən də bir qədər az hissəsi vətəndaş olmayanların
ixtiyarındadır.
İcmalçıların bə’ziləri əsaslandırırlar ki, ailə fermalarını
saxlamaq üçün hökumətin maliyyə imkanları vardır. Onlar Amerika
təcrübəsində ailə fermalarının roluna işarə edir və sübut etməyə
çalışırlar ki, ailənin iştirak etmədiyi korporasiyalar ancaq öz
mənfəətlərini güdürlər. Onlar təsdiq edirlər ki, bu korporasiyalar
ailə fermalanndan daha artıq can atırlar ki, ətraf mühitə zərər verən
məhsul texnikasından istifadə etsinlər. Buna baxmayaraq,
korporasiyaların müdafiəçiləri göstərirlər ki, ailə iştirak etmədiyi
korporasiyaların kapitalı, adətən, ailə fermalanndan çox olur və
beləliklə konservləşdirmə tədbirlərinə tə’sir edə bilər ki, onun da
ödənmə qiyməti uzun zaman keçdikdən sonra olur.
İLKİN FERMA
A
merika koloniyalarını idarə edənlər istiqlaliyyət əldə etdikdən
SİYASƏTİ
az
sonra toıpağın bölüşdürülməsi və istifadəyə verilməsi
haqqında məsələ qaldırdılar. 1787-ci ildə Şimal-Qərb Yerli
Bələdiyyə Qərarı Qərbə mərz çəkmək planı tə’min etdi, əsas
məqsəd də bu idi ki, ailə fermaları üçün torpaq sahələri hazırlansın.
Məsələn, Ohayo ilə Missisipi çayları arasındakı sahələrə icazə
verildi ki, əvvəlcədən mövcud olan 13 ştatla bərabər şərtlər əsasında
əhalinin sayı müvafiq səviyyəyə çatdıqdan sonra onlar da ştatlara
çevrilsinlər. Torpaqların hər hektarı 2,50 dollara satılmalı idi.
Qərbə doğru gedərkən, bir çox təhlükələrə sinə gərərək cəsurluq
nümunələri göstərən məskunların əksəriyyətinin torpaq almaq üçün
pulu yox idi. Bir sıra hallarda onlar öz fermalarına heç bir aydın ad
vermədən «hökumət torpağını ələ keçinnək məqsədilə həmin
torpağa köçüb orada yaşayan»lar kimi məskunlaşırdılar. Bu
160
Dostları ilə paylaş: |