Çarlz bukovskġ



Yüklə 3,08 Mb.
Pdf görüntüsü
səhifə51/136
tarix20.10.2017
ölçüsü3,08 Mb.
#5794
1   ...   47   48   49   50   51   52   53   54   ...   136

www.vivo-book.com 

 

260 



– Hə, pis deyil, – Katrina cavab verdi. 

– Siz burada çoxmu qalacaqsınız? 

– Hə, hələ bir müddət qalmağı düĢünürəm. 

– Texasdansınız? 

– Bəli. 

– Sizin valideynləriniz də Texasdandılar? 

– Bəli. 

–  Oradakı  televiziya  kanalları  maraqlı  veriliĢlər 

verirlərmi? 

– Təxminən elə burdakı kimi. 

– Mənim dayım da Texasda yaĢayır. 

– Aaa. 


– Bəli. O, Dallasda yaĢayır. 

Katrina daha ona cavab vermədi. Amma sonra dedi: 

– Məni bağıĢlayın, amma mən buterbrodlar hazırlamaq 

üçün  sizi  tərk  etməliyəm.  Kimsə  nəsə  baĢqa  bir  Ģey 

istəyirmi? 

Biz  istəmədiyimizi  söylədik.  Katrina  yerindən  qalxıb 

mətbəxə  keçdi.  Bobbi  də  yerindən  qalxıb  onun  arxasınca 

getdi.  Onun  mətbəxdə  nə  dediyi  aydın  eĢidilməsə  də, 




www.vivo-book.com 

 

261 



Katrinaya  yenə  suallar  yağdırdığı  bizə  aydın  idi.  Valeri 

dinməzcə  qapıya  baxırdı.  Katrina  ilə  Bobbi  uzun  müddət 

mətbəxdə qaldılar. Birdən Valeri baĢını qaldırdı və mənimlə 

söhbətə baĢladı. O çox sürətlə və əsəbi bir tərzdə danıĢırdı. 

– Valeri, – deyərək onu dayandırdım, – bizim söhbətə  

ehtiyacımız yoxdu. Biz söhbət eləməyə də bilərik. 

O yenə baĢını aĢağı dikdi.  

Sonra mən ona dedim: 

– Ay uĢaqlar, siz nəsə orda lap çox qaldınız. Nədi, siz 

orda döĢəmənimi silirsiniz?  

Bobbi  güldü  və  ayaqları  ilə  döĢəmədə  ritm  vurmağa 

baĢladı. 

Nəhayət, Katrina mətbəxdən çıxdı, arxasınca da Bobbi. 

Katrina mənə yaxınlaĢdı və mənə öz buterbrodunu göstərdi: 

sərt ağbuğda çörəyinin üstündə dilimlənmiĢ banan və küncüt 

toxumu ilə yerfındığı yağı.  

– Ləzzətli görünür, – mən ona dedim. 

O oturdu və öz buterbrodunu yeməyə baĢladı. Hə tərəfə 

sükut  çökdü.  Bu  sükut  bir  müddət    davam  etdi  və  birdən 

Bobbi dedi: 




www.vivo-book.com 

 

262 



– Hə, məncə, bizim getmək vaxtımız gəldi... 

Onlar  getdilər.  Onların  arxasınca  qapı  bağlanandan 

sonra Katrina mənə tərəf baxaraq dedi: 

–  Pis  heç  nə  düĢünmə,  Henk.  O,  sadəcə,  məndə  özü 

haqqında xoĢ təəssürat yaratmağa çalıĢırdı.  

–  Onu  tanıdığım  gündən  bəri,  o  bütün  qadınlarla  belə 

davranır. 

Telefon zəng çaldı. Bu, Bobbi idi.  

– Ey, dostum, sən mənim arvadıma neyləmisən? 

– Nə olub ki? 

–  O  burda  dinməzcə  oturub,  tam  depressiyadadır, 

danıĢmaq belə istəmir! 

– Sənin arvadına heç nə eləməmiĢəm. 

– Heç nə anlamıram! 

– Gecən xeyrə qalsın, Bobbi. 

Mən dəstəyi asdım. 

– Zəng vuran Bobbi idi, – deyə Katrinaya izah etdim. – 

Onun arvadı depressiyaya düĢüb. 

– Doğrudan depressiyaya düĢüb? 

– Deyəsən, hə. 




www.vivo-book.com 

 

263 



– Buterbrod istəmədiyinə əminsənmi? 

– Özün üçün hazırladığın buterbrodun eynisini mənim 

üçün də düzəldə bilərsənmi? 

– Ah, əlbəttə. 

– Onda yeyərəm. 

 

40 

Katrina  daha  dörd-beĢ  gün  qaldı.  Biz  ayın  elə  bir 

vaxtına  gəlib  çatmıĢdıq  ki,  Katrina  ilə  sikiĢmək  artıq 

təhlükəli  idi.  Mənim  prezervativlərdən  zəhləm  gedirdi. 

Katrinada hansısa qoruyucu köpük vardı. Bu arada, polis də 

mənim  folksvagenimi  tapmıĢdı.  Biz  maĢının  müsadirə 

edildiyi  yerə  getdik. YatmıĢ  akkumulyatoru nəzərə  almasaq 

maĢın  yaxĢı  vəziyyətdə  idi,    elə  bir  xəsarət  gözə  dəymirdi. 

MaĢınımı  Hollivud  qarajına  apartdırdım  və  onu  orada  saz 

vəziyyətə  gətirdilər.  Yataqda  sonuncu  vidalaĢmadan  sonra, 

Katrinanı  öz  mavi  TRK  469  folksvagenmdə  hava  limanına 

apardım. 




www.vivo-book.com 

 

264 



Həmin gün mənim üçün xoĢbəxt sayıla biləcək bir gün 

deyildi.  Biz,  demək  olar  ki,  söhbət  etmədən  oturmuĢduq. 

Sonra onun reysini elan etdilər və biz öpüĢdük. 

–  Ey,  onlar  hamısı  cavan  bir  qızın  qoca  bir  kiĢini 

öpdüyünü gördülər. 

– Mənim vecimə də deyil... 

Katrina məni bir də öpdü.   

– Ġndi təyyarəyə də gecikəcəksən, – mən dedim. 

– Sən də mənim yanıma gəl, Henk. Mənim çox qəĢəng 

evim var. Mən yalqız yaĢayıram. Mənim yanıma qonaq gəl. 

– Gələcəyəm. 

– Mənə yaz! 

– Yazacam… 

Katrina təyyarəyə miniĢ tunelinə girdi və gözdən itdi. 

Mən  maĢın  dayanacağına  qayıtdım,  folksvagenmə 

mindim və düĢündüm: mənə qalan elə budur. Lənət Ģeytana, 

deməli hələ hər Ģey itirilməyib.  

Mühərriki iĢə saldım. 



 

 


www.vivo-book.com 

 

265 



41 

Həmin  axĢam  bərk  sərxoĢ  olana  qədər  içdim. 

Katrinasız yaĢamaq elə də asan olmayacaqdı. Onun evimdə 

unutduğu bəzi əĢyalarını tapdım: sırğalar, bilərzik. 

Yenə  yazı  makinasına  dönmək  lazımdır,  deyə 

düĢündüm. Ġncəsənət nizam-intizam tələb edir. Hər heyvərə 

ətək  dalınca  qaça  bilər.  Mən  bu  haqda  düĢünə-düĢünə 

içirdim. 

Səhər  saat  2:10  telefon  zəng  çaldı.  Mən  sonuncu 

pivəmi içirdim. 

– Allo? 

– Allo. – Bu, qadın səsi idi, cavan bir qadın. 

– Bəli? 

– Mən Henri Çinaski ilə danıĢıram? 

– Bəli. 

–  Mənim  bir  rəfiqəm  var,  o  sizin  yazılarınıza 

məftundur. Bu gün onun ad günüdür və ona söz vermiĢdim 

ki,  telefonla  sizə  zəng  vuracam.  Sizin  telefon  nömrənizi 

telefon kitabında tapanda elə təəccübləndik ki. 

– Hə, orada mənim telefon nömrəm var. 




Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə