CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə31/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   ...   27   28   29   30   31   32   33   34   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
98 
işgəncələrin  verilməsi  ilə  xarakterizə  olunan  Van  üs-
yanının  qarşısını  almaq,  eləcə  də  üsyançıların  digər  böl-
gələrə köçürülməsinin vacibliyini nəzərə alan Ənvər Paşa 
2  may  1915-ci  ildə  Daxili  İşlər  Naziri  Tələt  Paşaya  gizli 
teleqram  yolladı.  Məktubda  Ənvər  Paşa  seçimin  Tələt 
Paşanın ixtiyarına verdiyini  bildirməklə yanaşı həmçinin 
bir  sıra  məsələlərlə  bağlı  öz  fikir  və  tövsiyyələrini  də 
qeyd  etmişdir.  Burada  Ənvər  Paşa  xüsusi  olaraq  qeyd 
edirdi:  “Van  gölü  ətrafında,  eləcə  də,  Van  vilayətində 
yaşayan  ermənilər  döyüşə  hazır  vəziyyətdədirlər.  Onlar 
üsyanı  davam  etdirəcəklər.  Aldığım  məlumata  görə 
ruslar  20  aprel  1915-ci  ildə  Rusiya  ərazilərində  məskən 
salan  müsəlman  türklərini  Türkiyə  ərazisinə  qovublar. 
Rusiya hökumətinin atdığı bu addımı nəzərə alsaq cavab 
tədbiri  kimi  erməniləri  ailələri  ilə  birgə  Rusiya  ərazisinə 
və  yaxud  da  Anadolu  daxilində  müxtəlif  yerlərə 
səpələmək lazımdır. Bu iki variantdan birini seçmənizi və 
icra  etmənizi  rica  edirəm.  Müvafiq  bildiyiniz  tədbiri 
qəbul  edin  və  həyata  keçirin.  Köçürülən  erməni  ailələ-
rinin  yerinə  xaricdən  gələn  müsəlmanları  yerləşdirin 
(126,  105-106).  Tələt  Paşa  Ənvər  Paşanın  bu  təklifinə 
Bakanlar  Kurulundan  (Meclisi-Vükela)”  qərar  çıxarıl-
masını  gözləmədən  ermənilərin  müharibə  ocaqlarından 
imperiyanın  cənub  ərazilərinə  köçürülməsini  məqsədə-
uyğun  hesab  etdi  və  tək  başına  bu  məsələnin  məsuliy-
yətini  öz  üzərinə  götürməş  oldu.  Köçürülmə  siyasətinin 
ilk siqnalı olan bu göstəriş ilə Ənvər Paşa erməni üsyan-
larının qarşısının alınmasına çalışırdı. Onun fikrincə, əgər 
ermənilər  xırda-xırda  birləşmələr  şəklində  ölkənin  müx-


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
99 
təlif  yerlərinə  dağıdılarsa  o  zaman  üsyanlarında  baş 
verməsi  prosesi  çətinləşəcəkdi  (126,  66).  Qısa  müddətdə 
köçürüləcək  bölgələrin  adları  açıqlanmış  oldu.  Belə  ki, 
Tələt  Paşa  ilk  olaraq  Van,  Bitlis  və  Ərzurum  vilayət-
lərində  yaşayan  ermənilərin  müharibə  meydanından 
çıxarılması  haqqında  göstəriş  verdi.  Bu  haqda  türk 
tarixçisi Yusif Halaçaoğlu yazır: “Tələt Paşa 23 may 1915-
ci il tarixdə IV Ordu Komandanlığına göndərdiyi raport-
da başqa vilayətlərə köçürüləcək ermənilər haqqında mə-
lumat verməklə yanaşı boşaldılacaq ərazilərin adlarını da 
aşağıdakı şəkildə açıqlamış oldu: 
1. Ərzurum, Van və Bitlis vilayətləri; 
2.  Hələb  vilayətinin  mərkəzi  qəzası  istisna  olmaqla 
İskəndərun,  Beylan  (Beten),  Cisri-Şuqur  və  Antakya 
qəzaları daxilindəki kənd və qəsəbələr; 
3.  Maraş  şəhər  mərkəzi  istisna  olmaqla  Maraş 
sancağı; 
4.  Adana,  Sis  (kozan)  və  Mersin  səhər  mərkəzləri 
istisna  olmaqla  Adana,  Mersin,  Kozan  və  Cebeli-Bərəkət 
sancaqları  (126,  67).  İln  öncə  Ərzurum,  Van  və  Bitlis 
vilayətlərindən  çıxarılan  ermənilər  Mosul  vilayətinin 
cənubuna,  Zor  sancağına,  həmçinin  mərkəzi  istisna 
olmaqla  Urfa  sancağına  yerləşdiriləcəkdi.  Adana,  Hələb, 
Maraş ərazilərindən köçürülən ermənilər  isə Suriya vila-
yətinin  Şərq  hissəsi  ilə  Hələb  vilayətinin  şərq  və  cənub-
şərqinə  məxsus  olan  ərazilərdə  yerləşdiriləcəkdi.  Köçü-
rülmənin  gedişatı  zamanı  təhlükəsizliyin  təmin  edilməsi 
üçün  Adana  bölgəsinə  Əli  Seydi  bəy,  Hələb  və  Maraş 
bölgələrinə isə Həmid bəy təyin edildi (100, 40). Adlarını 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
100 
qeyd  etdiyimiz  ərazilərdə  erməni  ailələri  ya  mövcud 
kənd  və  qəsəbələrdə,  ya  da  hökumət  tərəfindən  müəy-
yənləşdirilmiş yerlərdə yeni salınacaq qəsəbələrdə yerləş-
diriləcəkdi.  Nəzərdə  tutulmuş  plana  uyğun  olaraq  kənd 
və  qəsəbələrin  Bağdad  dəmir  yolu  xəttindən  ən  azı  25 
km. məsafədə salınması  məqsədəuyğun hesab edilmişdi. 
Köçürülmənin  bütün  məsuliyyəti  vilayət  məmurlarının 
öhdəsinə  buraxılmışdı.  Müəyyənləşdirilmiş  ərazilərə 
köçürülən  ermənilərin  istəklərinə  uyğun  olaraq  onların 
əmlakı da özləri ilə birlikdə aparılırdı (126, 67-68).
 
Qeyd  etmək  lazımdır  ki,  köçürülmə  siyasəti  şərti 
olaraq  iki  mərhələdə  həyata  keçirildi.  Van  üsyanından 
başlayaraq  köçürülmə  qanununun  imzalandığı  27  may 
tarixinə qədərki I mərhələ, 1915-ci ildən başlayaraq 1916-
cı  ilin  fevral  ayına  qədərki  II  mərhələ.  I  mərhələ 
hökumətin  çıxardığı  qərara  qədərki  mərhələdir  ki,  Tələt 
Paşanın  birbaşa  razılığı  əsasında  həyata  keçirilmiş  və 
kütləvi  hal  almamışdır.  II  mərhələ  isə  hökumətin  rəsmi 
qərarından  sonrakı  mərhələni  təşkil  edir  ki,  ermənilərin 
kütləvi  şəkildə  köçürülməsi  də  bu  mərhələdə  həyata 
keçirildi.  Bununla  bağlı  Kamal  Çiçək  “Ermənilərin 
zorunlu köçü” adlı əsərində yazır: “Buna bənzər yeni bir 
əmrdə  23  may  1915-ci  ildə  Daxili  İşlər  Nazirliyindən 
Mosul  vilayəti  ilə  yanaşı  Urfa  və  Zor  Mutassarrıflığına 
(inzibati  ərazi  bölgüsü-T.C)  da  göndərilmişdi.  Burada 
Van, Bitlis və Ərzurumdan köçürülən ermənilərin Urfada 
və  erməni  yaşamayan  ərazilərdə  eləcə  də,  Mosulun 
cənubundakı  kənd  və  qəsəbələrdə  yerləşdirilməsi 
göstərilirdi  (100,  40)”.  Bəzi  erməni  (Hovanesyan,  Karac-


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə