Qondarma erməni soyqırımı faktların dili ilə
119
2.3. I Dünya müharibəsinin başa çatması.
Köçürülmüş ermənilərin geri dönməsi haqqında “Geri
dönüş qanunnaməsi”nin imzalanması və həyata
keçirilməsi
XX əsrin I rübündə Osmanlı imperiyasına məxsus
ərazilərin Antanta blokuna daxil olan Rusiya, Fransa və
İngiltərə dövlətləri arasında bölüşdürülməsi məsələsi
mütəmadi olaraq iki tərəfli və ya üç tərəfli danışıqlarda
əsas müzakirə predmetinə çevrildi. Görüşlər hətta birinci
dünya müharibəsinin ən şiddətli vaxtlarında belə davam
etdirildi. Müzakirələrdə başlıca olaraq Osmanlı im-
periyasına məxsus ərazilərin imperialist dövlətlər
arasında bölüşdürülməsi və ümumi prinsiplər əsasında
idarə edilməsi kimi məsələlər barəsində fikir mübadiləsi
aparıldı. Belə ki, ayrı-ayrılıqda hər bir dövlət milli ma-
raqları üstün tutaraq əsas strateji məntəqələrdə möhkəm-
lənməyə can atırdı. İlk öncə Rusiya bəyanatla çıxış edərək
Şərqi Anadolu vilayətində və eyni zamanda, Kilikiya
bölgəsində möhkəmlənmək istəyində israrlı olduğunu
bəyan etdi. Öz növbəsində Fransa da Kilikiya bölgəsinə
olan maraqlarını gizlətməkdən belə çəkinmirdi. İngiltərə
isə birmənalı olaraq Şimali Mesopotomiyada möhkəm-
lənməyə can atırdı. Belə olan halda, hər üç dövlət ümumi
razılığın əldə edilməsi üçün rəsmi danışıqlara başladılar.
1915-ci ilin mart ayında ingilis-rus, 1916-cı ilin 3 yan-
varında ingilis-fransız, 1916-cı ilin 26 aprelində fransız-
rus və 1916-cı ilin may ayında ingilis-rus danışıqlarında
bir sıra mübahisəli məsələlər barəsində ümumi razılıq