CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə52/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   ...   48   49   50   51   52   53   54   55   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
166 
məhrumiyyətlərə  məruz  qalması  və  dünya  dövlətləri 
tərəfindən mühakimə olunmasıdır. Qeyd etmək lazımdır 
ki,  erməni  kilsəsi  və  ziyalıları  tərəfindən  əsrlərdir 
yaşadılan, hər şeyə rəğmən həyata keçirilməsi vacib olan 
məsələlərin  XIX  əsrin  sonu-XX  əsrin  əvvəllərində 
ideologiya  halına  salınmış  məcmusu  olan  Hay  Dad    bir 
növ  böyük  güclərin  maraqlarına  xidmət  edirdi.  Bu 
ideologiyanın  işlənib  hazırlanmasında,  istiqamətlərinin 
müəyyənləşdirilməsində 
Daşnaqsütyun 
partiyasının 
mühüm 
rolu 
olmuş 
və 
sonradan 
onun 
əsas 
ideologiyasına çevrilmişdi. Bu barədə tarixçi Hatəm Cab-
barlı  yazır:  “...Belə  ki,  1920-ci  ildə  Ermənistan  dövlətinin 
bolşeviklər  tərəfindən  işğal  edilməsindən  sonra  Avro-
paya  mühacirət  edən  iqtidar  partiyasının  ciddi  siyasi 
mübarizə  dövrü  başlamışdır.  İdeoloji  sahədə  mümkün 
parçalanmaların  qarşısının  alınması  və  sürgündə 
yaşamaq  üçün  mücadilə  edən  Daşnaqsütyun  partiyası 
zamanla Hay Dad ideologiyasını mənimsəmiş və ona sa-
hib çıxmışdır (143)”.  Maraqlısı ondan ibarətdir ki, xaric-
də  yaradılan  bu  doktrinanı  Ermənistana  transformasiya 
etmək  məsələsi  heç  də  asan  başa  gəlməmişdir.  Hardasa 
30-40  il  Avropa  saraylarında  dolasan  ideologiya  erməni 
alimlərinin  təbirincə  desək,  1965-ci  ilə  qədər  sürgün 
həyatı yaşamışdır. Lakin 1965-ci ildə SSRİ-nin qondarma 
“erməni soyqırımı” qurbanlarının anılmasına icazə veril-
məsindən  sonra  Hay  Dad  ideologiyasını  müəyyən  edən 
erməni  milli  ideologiyası  Ermənistana  ayaq  açmış, 
müstəqillikdən sonra isə daha da möhkəmlənmişdir. Hay 
Dad  ideologiyası  1990-cı  illərə  qədər,  xüsusilə  diaspor 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
167 
ermənilərinin maraqlarının və milli kimliyinin qorunma-
sına  xidmət  etmiş  və  bu  özəlliyini  böyük  ölçüdə  bu  gün 
də davam etdirməkdədir. 
Erməni  irqçi  milli  ideologiyasını  təşkil  edən  Hay 
Dad  doktrinasının  təməl  prinsiplərindən  Ermənistanın 
xarici  siyasətinin  istiqamətlərinin  müəyyənləşdirilməsin-
də geniş istifadə olunmuşdur. Eyni zamanda erməni dias-
porunun  göstərdiyi  həmrəylik,  milli  ideologiyaları  olan 
ənənəvi  Hay  Dad-ın  XIX  əsrin  sonlarında  və  XX  əsrin 
əvvəllərində  Ermənistanın  xaricindəki  şərtlərdə  yaradı-
lan, dəyişməz əbədi milli məqsədlər olaraq mənimsənilən 
təməl  məqsədləri  vardır  (26,  124).  ....Həmçinin,  qonşu 
dövlətlərə  qarşı  əsassız  ərazi  iddiaları,  habelə  etnik 
təmizləmə,  terror,  deportasiya,  milli  düşmənçilik  də 
məhz bu təməl prinsiplərə söykənir.  
Qeyd  edək  ki,  Hay  Dad  ideologiyasının  əsas  təməl 
prinsipləri aşağıdakılardan ibarətdir: 
-tarixi erməni torpaqlarının geri alınması və “Böyük 
Ermənistan” dövlətinin yaranması; 
-tarix  boyunca  dünyanın  müxtəlif  bölgələrinə  səpə-
lənmiş  erməni  əhalisinin  “doğma  torpaq”lara  qayıdışını 
təmin etmək; 
-sosial dövlətin bərqarar olması. 
Hay  Dad  ideologiyasının  nəzəri  əsaslarını  böyük 
güclərin işğalçı siyasətini özlərinin təhlükəsizlikləri üçün 
başlıca  təhdid  vasitəsi  olaraq  qəbul  edən  erməni  tarixi-
siyasi  xətti  müəyyən  edir.  Bunun  başlıca  səbəbi  tarix 
boyu ermənilərin azad, müstəqil dövlətlərinin olmaması, 
yalnız xırda knyazlıq şəklində varlıqlarının qorunması və 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
168 
bunun da iri dövlətlər tərəfindən vassal asılılığında idarə 
olunması ilə əlaqələndirmək olar.  
Müasir  dövrdə  Hay  Dad  ideologiyasının  mərkəzi 
ofisi  İrəvanda  yerləşir.  Daşnaqsütyun  partiyasının  möv-
cud  olduğu  bütün  ölkələrdə  -  ABŞ,  Belçika,  Rusiya,  İran 
və  Livanda  regional  büroları  fəaliyyət  göstərməkdədir. 
Tarixi  keçmişi,  siyasi  və  iqtisadi  əlaqələri  baxımından 
Hay  Dad-ın  ABŞ  büroları  daha  geniş  fəaliyyət  göstər-
məkdədir. Hay Dad büroları xüsusilə, dövlət orqanlarına, 
Senata,  Təmsilçilər  Məclisinə  və  seçkili  orqanlara  daha 
aktiv şəkildə inteqrasiya etməkdədirlər. Bu barədə Hatəm 
Cabbarlı  yazır:  “Qeyd  etmək  lazımdır  ki,  2004-cü  ildə 
Senata  və  Təmsilçilər  Məclisinə  keçirilən  seçkilərdə  Hay 
Dad  bürolarının  dəstəklədiyi  202  namizəddən  199-u 
seçkidə  qələbə  qazanmışdır.  Hay  Dad-ın  maliyyələşməsi 
əsasən  Ermənistan  hökuməti,  diaspor  təşkilatları  və 
erməni iddialarını dəstəkləyən bəzi Avropa dövlətlərinin 
maliyyə  yardımları  ilə  öz  fəaliyyətini  davam  etdir-
məkdədir(143)”. 
Hay  Dad  ideologiyasında  daxili  məsələlərə  qismən 
toxunulsa  da,  əslində  xarici  siyasətdə  xüsusi  əhəmiyyət 
daşıyan qondarma erməni soyqırımı iddialarının beynəl-
xalq aləmdə tanınması, torpaq və təzminat tələbi, xüsusi 
olaraq  Dağlıq  Qarabağ  ermənilərinin  müstəqilliyinin 
tanınması  və  digər  məsələlərdə  olduğu  kimi  ciddi 
əhəmiyyət kəsb etməmişdir.  
Hay  Dad  adlanan  ümumerməni  irqçi  milli  ideo-
logiyasının  əsas  funksionerləri  II  dünya  müharibəsindən 
sonra 4 “T” gizli kodu adı altında plan işləyib hazırladılar 


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə