www.vivo-book.com
205
gəminin sağ tərəfindən əsdi, “Meri-Rebekka” birdən sola elə
əyildi ki, adama elə gəlirdi ki, bu dəqiqə çevriləcək.
Buna baxmayaraq, irəli cumurduq, balıqçılar da
dalımızca düşmüşdülər. Onların torlarının dəyəri, balıq ovu
qanunu pozduqları üçün edilən cərimədən çox-çox artıq idi,
onlar istəsəydilər, qayıqlarını açıb qaçıb aradan çıxa
bilərdilər, belədə onların heç bir qazancı olmayacaqdı.
Bundan başqa dənizçi öz gəmisini atıb getmədiyi kimi onlar
da öz torlarını instinktiv olaraq atıb getmirdilər. Ən başlıcası
isə, onlarda intiqam hissi cuşa gəlirdi, biz möhkəm arxayın
idik ki, lap dünyanın o başına gedib çıxsaydıq, onları da
özümüzlə sürüyüb aparsaydıq, gedərdilər. Atışma kəsildi,
biz gəmidən boylanmağa cəsarət elədik, baxmaq istəyirdik
görək əsirlərimiz nə edir. Onların qayıqları müxtəlif
məsafələrdə bir-birindən aralı dalımızca üzürdü, ancaq dörd
qabaqdakı qayıq bir-birinin yanınca idi. Qabaqdakı qayıq
görünür, dalınca gələnin burazını açıb buraxdı. Qayıqlar
burazlarını tutub öz torlarından ayrılır, bir sıraya düzülüncə
bir-birinə yaxın gəlirdilər. Ancaq biz elə sürətlə gedirdik ki,
bu işi görmək bir o qədər də asan deyildi. Bəzən bütün
www.vivo-book.com
206
səylərinə baxmayaraq, onlar bir düym də qabaqda gedənlərə
yaxınlaşa bilmirdilər, bəzən də onlar böyük sürətlə hərəkət
edirdilər.
Dörd qayıq bir-birinə elə yaxınlaşdı ki, bir qayıqdan o
birinə adam atıla bilərdi. Üç arxadakı qayıqdan qabaqdakına
bir yunan keçdi, hərəsi də özü ilə bir tüfəng götürdü.
Beləliklə, qabaqdakı qayığa beş adam yığışdı, biz o saat
başa düşdük ki, onlar bizi abordaja götürmək istəyirlər.
Ancaq öz niyyətlərini həyata keçirmək üçün möhkəm
çalışmalı, qursaları olan kəndirdən tutub dartmalı, bütün
vaxtı qamarlamalı idilər. Onlar çox yavaş hərəkət etsələr də,
tez-tez nəfəslərini dərmək üçün dincəlsələr də, yavaş-yavaş
bizə yaxınlaşa bilirdilər.
Çarli onların səylərinə baxaraq gülümsəyib dedi:
– Ole, topseli dikəlt!
Güllələrin vıyıltısı dor ağacının başındakı qaytan yeri
parçaladı, şkot, qals bərk çəkilmişdi, yanı üstə möhkəm
əyilmiş “Meri-Rebekka” daha artıq sürətlə üzməyə başladı.
Ancaq yunanlar təslim olmurdular. Qayıq belə sürətlə
üzəndə, onu əllə idarə edə bilməyən yunanlar yelkənlərinin
www.vivo-book.com
207
bloklarını çıxarıb, dənizçilərin xvat-tali
65
dedikləri bir şey
düzəltdilər. Dənizçilərdən biri qayığın burnunda uzanıb,
yoldaşları ayaqlarından tutub dartır, o da bacardıqca suya
tərəf uzanıb, bloku torun qırağına bərkidirdi. Sonra onlar
hamısı birdən yük qaldıran bloklar üst-üstə düşüncə, talidən
tutub dartırdılar. Bu manevri təzədən təkrar edirdilər. Çarli
dedi:
– Stakseli qaldırmalı olacağıq.
Ole Eriksen gərginlikdən tir-tir titrəyən “Meri-
Rebekka”ya baxıb başını buladı:
– Onda dor ağacları uçar.
Çarli etiraz etdi:
– Yoxsa ki, biz şxundan uçmalı olacağıq.
Ole narahatçılıqla dor ağaclarına, sonra silahlı
yunanların olduğu qayığa baxıb razılaşdı.
Beşəcən yunan, qayıq buksirlə hərəkət edəndə qorxulu
yer olan qayığın burnuna yığışmışdı. İri balıqçı stakselini
qaldırsaq, onların halının necə olacağını təsəvvür edirdim. O
65
Xvat-tali– əllə yük qaldıran mexanizm (Tərc. qeydi).
www.vivo-book.com
208
marseldən
66
çox böyükdür, yüngül sahil küləyi əsəndə
qaldırılır. “Meri-Rebekka” ildırım sürətilə irəli cumanda
qayığın burnu suya batdı, adamlar dəli kimi bir-birinə
yapışaraq qayığı batmaqdan qorumaq üçün özlərini qayığın
içərisinə atdılar.
Çarli dedi:
– Eybi yoxdur, bu onların hikkəsini soyudar.
Mən onun, qüvvəsindən artıq yelkən aparan “Meri-
Rebekka”nın hərəkətinə göz qoyduğuna narahatçılıqla
baxdığını görürdüm.
Şən dənizçi dəmiryol konduktoru kimi məlumat verdi:
– O biri dayanacaq Antioxdur. Ondan sonra Meriuezer
gəlir.
Çarli məni çağırdı:
– Tez bura gəl.
Mən sürünüb ona yaxınlaşdım, polad təbəqənin
böyrünə qısıldım.
O dedi:
66
Marsel – dördkünclü düz yelkən (Tərc. qeydi).
www.vivo-book.com
209
– Əlini cibimə sal, qeyd dəftərçəmi çıxart. Belə. Təmiz
bir səhifə cır, nə desəm yaz.
Mən yazdım.
“Meriuezerə, şerifə
67
, konsteblə, ya da məhkəmə
sədrinə zəng çalın. Xəbər verin ki, onların yanına gəlirik.
Qoy, onlar bütün şəhəri ayağa qaldırıb adamları
silahlandırsınlar.
Qoy hamını körpüyə gətirib bizi
qarşılasınlar, yoxsa məhv olarıq”.
– İndi kağızı dörd büküb payaya bağla, əlində hazır tut
ki, sahilə atasan.
Mən o dediyi kimi etdim. Bu ara biz Antioxa
yaxınlaşdıq. Külək gəmi iplərinə dəyib vıyıltı qoparır,
demək olar ki, böyrü üstə əyilən “Meri-Rebekka” iti sürətli
okean gəmisi kimi irəli şütüyürdü. Dənizçilər belə küləkli
havada bizim marsel və staksel qaldırdığımızı – ağılsız
hərəkət etdiyimizi görüb işin nə yerdə olduğundan baş
açmaq üçün körpüyə tələsirdilər.
67
Şerif – İngiltərə və ABŞ-da yüksək inzibati və vəzifə sahibi (Tərc. qeydi).
Dostları ilə paylaş: |