Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013- cü il



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə27/45
tarix01.07.2018
ölçüsü5,43 Mb.
#53008
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   45

111 
 
molibdenatla  birlikdə  işlənilməsi  ot  məhsuldarlığını  hektarlan  8 
sentner çoxaldır. 
Səpin  norması.  Təmiz  halda  hektara  90-100  kq  toxum  3-4 
sm dərinliyində basdırılır. Toxumlar səpilən gün kölgədə nitragin 
və ammonium-molibdenatla işlənilir.  
Əkinlərə  qulluq.  Xaşanı  çox  vaxt  örtüyə  səpirlər.  Örtük 
bitkisi, yəni dənli taxıl bitkisini 15-20 sm hündürlüyündə biçirlər. 
Belə  hündürlükdə  olan  kövşənlər  əmələ  gələn    cavan  xaşa 
cücərtilərini günəş şüasının yandırmasından qoruyur, qışda isə qar 
toplanmasına  şərait  yaradır.  Növbəti  ilin  yazında  2  iz  malalama 
aparılır  ki,  bu  da  kövşənlərin  çıxarılması  və  torpağın  üst  qatının 
yumşaldılmasına  şərait  yaradır.  Ot  üçün  biçildikdən  sonra  tarla 
mütləq ağır malalarla malalanır.  
Zərərverici və xəstəliklərlə də mübarizə aparmaq zəruridir.  
Unlu  şeh.  Yarpağı,  gövdə  və  paxlaları  zədələyir.  Güclü 
xəstələnmə zamanı quru ot məhsulu 50%-ə qədər azalır.  
Pas  xəstəliyi.  Yarpaq,  gövdə  çiçək  və  paxlaları  zədələnir. 
Əsasən erkən inkişaf dövründə qorxuludur.  
Fuzarioz.  Xəstəliyə  güclü  tutulduqda  gövdələr  yarpaqsız  və 
gövdəsi (budaqları) qoz rəngini alır.  
Mübarizə tədbirləri – Növbəli əkinin tətbiqi əkinə sağlam və 
zədələnməmiş  toxumlar  seçmək,  təzə  tarlaları  köhnələrdən  aralı 
seçməli, yeni xəstəliyə davamlı sortlardan istifadə etmək.  
Xaşa toxumyeyəni – paxla və toxumları 30-50% zədələyir.  
Xaşa  evritomu–  toxumun  yumşaq  yerinə  yumurta  qoyur. 
Yumurtadan əmələ gələn sürfələr toxumun içərisini yeyirlər.  
Mübarizə  tədbirləri  –  toxumun  diqqətlə  təmizlənməsi  və 
zədəli toxumların yandırılması.  
Xaşanın toxumu xaşa çiçəkyeyəni və xaşa tripsi ilə zədələnir. 
Kimyəvi preparatlardan istifadə edilir.  
Məhsulun  yığılması  –  Xaşanı  gönçələmə  fazasında  və 
çiçəkləmənin başlanğıcında biçirlər. Biçin torpaq səthindən 6 sm 
hündürlükdə  aparılır.  Növbəti  biçin  8-10  sm  hündürlüyündə  hə-
yata  keçirilir.  Bu  zaman  qışlama  qabağı  plastik  kütlənin  toplan-
ması  və  qışda  qarın  saxlanmasına,  növbəti  ilin  yazında  xaşanın 


112 
 
daha yaxşı inkişafına səbəb olur. Digər yığım texnologiyaları yon-
cada olduğu kimidir.  
Sortları.  Son  vaxtlar  Rusiya  ərazisində  əkilib  -  becərilən 
sortlarından Pesçannıy 1251, Pesçannıy uluçşennıy, Severekafkaz-
skiy  dvuukosnıy  və  s.  göstərmək  olar.  Azərbaycanda  isə  (2010) 
xaşanın Yerli Naxçıvan (1942), AzNİXİ -18 (1944), AzNİXİ - 74 
(1945), AzNİİKLİP - 495 (2008) sortları rayonlaşdırılmışdır. 
 
4. 3. Üçyarpaq (üçyarpaq yonca) 
 
Əhəmiyyəti.  Üçyarpaq  (Trifolium  L).  cinsi  botaniki  cəhətcə 
paxlalılar (Fabaceae) fəsiləsinin ən zəngin cinslərindəndir. Hazır-
kı  təsnifata  görə  300-ə  qədər  növü  müəyyən  edilmişdir.  Lakin 
mədəni  formaya  20  növü  salınmışdır  ki,  onlardan  da  altı  növü 
becərilir. Bu növlərin üçü çoxillik, üçü isə birillikdir. Lakin prak-
tiki əhəmiyyət kəsb edən çoxlu qiymətli növlər də mövcuddur. 
Çoxillik  növlərdən  yem  məqsədi  üçün  daha  çox  becəriləni 
çəmən  üçyarpağı,  sürünən  üçyarpaq  və  hibrid  (çəhrayı) 
üçyarpağıdır.  Bunlardan  çəmən  üçyarpağı  daha  çox  yayılmışdır. 
Quru ot və senaj  hazırlamaq üçün  ondan tez-tez istifadə olunur. 
Yaxşı  hazırlanmış  üçyarpağın  quru  otunun  hər  kq-da  0,55  yem 
vahidi və 70 qr. xam zülal vardır. Quru ot ehtiyatı görərkən, xüsu-
sən təbii qurutma  zamanı  yarpaqların bir hissəsi qırılır və itirilir, 
yemlik  dəyəri  isə  aşağı  enir.  Senaj    hazırlayarkən  yarpaqlar  tam 
saxlanılır və qida maddələrinin itkisi minimum həddə olur. 
Vegetativ  kütlənin  potensial  məhsuldarlığı  kifayət  qədər 
yüksəkdir. Optimal becərmə şəraitində üçyarpaq vegetasiya  müd-
dətində  hər hektardan 12 ton yerüstü kütlə ( quru maddə)  forma-
laşdırar.  Təbii  münbitlik  şəraitində  üçyarpaq    hektardan  2-3  ton 
quru ot məhsulu yığılmasını təmin edir.  
 
4. 3. 1. Çəmən üçyarpağı (üçyarpaq yoncası) 
 
Botaniki təsviri. Çəmən üçyarpağı (Trifolium pratense L.) iki 
sorttipinə  ayrılır:  tezyetişən,  yaxud  ikiçalımlı  (var.  praccox)  və 


113 
 
gecyetişən, yaxud birçalımlı (var. serotinum). İkiçalımlı üçyarpaq 
cənub və cənubi-qərb, gecyetişən birçalımlı üçyarpaq isə  şimal və 
şimali-şərq ərazilərdə becərilir. Cənub tipli üçyarpaq alçaq boylu, 
yüksək yarpaqlanmaq və şimal üçyarpağına nisbətən qışadavamlı-
lığının aşağı olması ilə xarakterizə olunur. Morfoloji əlamətlərinə 
görə ikiçalımlı üçyarpaq birçalımlılardan onunla fərqlənir ki, on-
larda buğumaralarının sayı 5-7, birçalımlılarda isə 7-9 və daha çox 
olur (şəkil 30). 
Çəmən üçyarpağı (qırmızı üçyarpaq) mil və güclü inkişaf et-
miş  saçaqlı  kök  sistemi    əmələ  gətirir.  Kökü  torpağın  2,0-2,5  m 
dərinliyinə, ətrafa isə mil kökdən 50-60 sm kənara yayılır. Kökün 
çox  hissəsi  əsasən  əkin  qatında  (20-25  sm)  yerləşir.  Kök  yum-
ruları  (içərisində  fır  bakteriyaları  yerləşir)  əvvəlcə  mil  kökdə, 
sonra  isə  yan  köklərdə  inkişaf  edirlər.  Fırların  əmələ  gəlməsi 
birinci  üçlü  yarpaqla  eyni  vaxta  təsadüf  edir  və  çiçəkləmə  fa-
zasının  başlanğıcında  maksimuma  çatır.  Tezyetişən  sortlara  nis-
bətən, gecyetişən sortlarda simbiotik aparat daha güclü formalaşır. 
Çıxışlar alındıqdan iki ay sonra mərkəzi kökün kök boğazcığı 
torpağın 3-4 sm dərinliyinə çəkilir. Kök boğazcığının torpağa belə 
batması  tumurcuqların  heyvanlar  tərəfindən  yeyilməsini  və  qış 
dövründə donmadan  mühafizə edir. 
Çəmən üçyarpağının gövdəsi dəyirmi, içərisi boş, sıx ağtəhər 
tükcüklərlə örtülüdür. Nəmlik artıq olduqda gövdələr yatırlar. 
Yarpaqları mürəkkəb, üçlüdür: aşağı yarpaqlar uzun saplaqlı, 
yuxarıdakılar  isə  nisbətən  qısadır.  Yarpaq  ayası  yumurtavarı, 
uzunsov-yumurtavarı  və  ellips  formalıdır.  Yarpaq  ayasının  üzə-
rində xarakterik üçbucaq şəkilli ləkə var. Tezyetişən cənub üçyar-
pağında  yarpaq  kütləsi  yerüstü  kütlənin  təxminən  42-44%-nə, 
gecyetişəndə isə 40%-ə qədərinə bərabərdir.  
Çiçək qrupu - orta hesabla 100 çiçəkli möhkəm sıx başcıqdan 
ibarətdir.  Çiçəkləmə  dövründə  kifayət  qədər  tozlayıcılar  və  əlve-
rişli  şərait  olduqda  çiçəklərin  50-yə  qədəri  mayalanır  və  toxum 
verir.  Çiçək  kasacıqdan,  tacdan,  sütuncuqlu  yumurtalıqlardan  və 
erkəkcikdən  ibarətdir.  Tacı  boruşəkilli  al-qırmızı  rənglidir.  Erkə-


Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə