Dərs vəsaitindən



Yüklə 0,79 Mb.
səhifə53/140
tarix27.03.2022
ölçüsü0,79 Mb.
#84773
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   140
marketinq-tedqiqatlar qaralama

X və s- müvafiq olaraq seçmə məcmuu üzrə orta kəmiyyət və orta kvadratik kənarlaşmadır;

ju və (T. müvafiq olaraq baş məcmuu üzrə orta kəmiyyət və orta kvadratik kənarlaşmadır;

H. seçmə məcmuu üzrə orta kəmiyyətlə baş məcmuu üzrə orta kəmiyyət

arasındakı fərqdir və yaxud orta kəmiyyət üzrə konkret xətadır;

s - seçmə məcmuu üzrə orta kvadratik kənarlaşma ilə baş məcmuu üzrə orta kvadratik kənarlaşma arasındakı fərqdir və yaxud orta kvadratik kənarlaşma üzrə konkret xətadır.

Seçmənin standart və yaxud orta xətası dedikdə seçmə məcmuular üzrə orta kəmiyyətlərin baş məcmuunun orta kəmiyyətindən orta kvadratik

kənarlaşması başa düşülür. Ehtimal nəzəriyyəsində isbat edilmişdir ki, bu kəmiyyət (seçmənin orta və yaxud standart xətası) baş məcmuuda amil əlamətinin orta kvadratik kənarlaşması ilə düz, seçmə məcmuuya ayırılmış elementlərin saymın(n) kvadrat kökü ilə tərs mütənasibdir. Yəni:

m= o/V«,

burada: m - seçmənin orta və yaxud standart xətasıdır; n -- seçmə məcmuya ayırılan elementlərin sayıdır.

Əgər seçmə müşahidəsi baş məcmımun tərkibində bu və ya digər əlamətin payının qiymətləndirilməsi məqsədilə apanlırsa, onda seçmənin standart və yaxud orta xətası aşağıdakı düsturla hesablanır:




burada: p - baş məcmımtm tərkibində amil əlamətinin payıdır; q = 1 - p kimi təyin edilir və baş məcmımun tərkibində alternativ əlamətin payıdır; qp - alternativ əlamətin dispersiyasıdır.



Qeyd edək ki, seçmənin konkret xətası - seçmə üzrə konkret göstəricinin (orta kəmiyyətin, orta kvadratik kənarlaşmanın) baş məcmunun müvafiq göstəricisindən kənarlaşması müxtəlif qiymətlər ala bilər. Buna baxmayaraq, konkret xətamn orta xətaya nisbəti ±3 -ü aşmır. Bu nisbəti normallaşdınlmış kənarlaşma adlandırırlar və Z ilə işarə edirlər. Yəni:

Z =H /m.

Yuxarıdakı düsturda kəsrin surəti seçmə vasitəsilə qiymətləndirilən parametrin dəqiqliyini göstərir. Məsələn, gəlirlərin orta səviyyəsini öyrənən tədqiqatçı həqiqi orta gəlirlilik səviyyəsindən ± 15 qədər kənarlaşmanı məqbul hesab edərək sözügedən parametri qiymətləndirə bilər. Tədqiqatçı daha az dəqiqliyə malik (məsələn, qiymətləndirilən orta kəmiyyətin ± 25 qədər kənarlaşması) qiymətləndirmə də apara bilər. Bu, onu göstərir ki, seçmə vasitəsilə baş məcmunun parametrlərinin qiymətləndirilməsi zamanı bu və ya digər dərəcədə dəqiqlik gözlənilir. Dəqiqlik seçmə müayinəsi nəticəsində əldə edilən nəticələrin səhvlik dərəcəsi və yaxud etibarlılıq inter- valımn ölçüsüdür. Mütləq dəqiqlik müəyyən intervalla verilir və qiymətləndirilən parametrin kəmiyəti bu intrervala daxil olur və yaxud həmin in- tervalda yerləşir. Nisbi dəqiqlik parametrin qiymətləndirilmə səviyyəsinə nisbətən müəyyən edilir.

Tələb olunan dəqiqlik səviyyəsiə tədqiqatçı tərəfindən aparılan qiymətləndirilmələrə əsasən qəbul edilən qərarların mühümlüyü güclü surətdə təsir göstərir. Belə ki, əgər apanlan müayinənin nəticələrinə əsasən qəbul edilən qərarlardan yüzlərlə insanlarm iş yeri və milyon manatlarla vəsaitin taleyi asılıdırsa, əlbəttə, bu halda dəqiqlik səviyyəsi çox yüksək və buna uyğun olaraq buraxılan xəta çox kiçik olmalıdır.

Seçmənin həcminə təsir göstərən amillərdən biri tədqiqatçı tərəfindən

müəyyənləşdirilən etibarlılıq səviyyəsidir. Etibarlılıq qiymətləndirmənin həqiqi parametrə yaxın olmasını göstərən inamlılıq dərəcəsidir. Qeyd olunmuş həcmli seçmə üçün dəqiqlik və etibarlılıq dərəcələri biri-biri ilə əlaqəli parametrlər kimi çıxış edir. Qeyd olunmuş həcmli seçmə üçün onlardan ya birini, ya da o birisini təyin etmək olur (hər iki kəmiyyətin eyni zamanda təyin olunması heç cür mümkün olmur). Nəticələrin verilmiş dəqiqliyinə və verilmiş etibarlılığına nail olunması yalnız seçmənin həcminin variasiyasının mümkün olduğu hallarda özünü göstərə bilər. Statistik yanaşma əsasında seçmənin həcminin müəyyənləşdirilməsi bu iki prinsip arasında balansm yaradılmasım nəzərdə tutur.

Seçmənin həcminin müəyyənləşdirilməsi zamanı nəticələrin etibarlılıq səviyyəsini də müəyyənləşdirilməsinə ehtiyac yaranır. Fərz edək ki, tədqiqatçı tərəfindən müəyyənləşdirilən interval özündə 95 % ehtimalla baş məcmunun orta kəmiyyətini daxil etməlidir; bu hala uyğun z = 1.96 götürülür. 99 % etibarlılıq səviyyəsinə malik nəticələrin əldə edilməsi üçün isə z = 2.58 götürülür. Adətən, marketinq tədqiqatları zamanı bu iki etibarlılıq səviyyəsindən istifadə edilir.

Deməli, seçmənin həcminin müəyyənləşdirilməsi zamanı aşağıdakı məlumatlara malik olmaq lazımdır:



  1. Seçmə paylanma statistikası;

  2. Tələb olunan dəqiqlik;

  3. Nəticələrin etibarlılıq səviyyəsi.

Yuxarıdakı düsturda müəyyən çevrilmələr apardıqdan sonra seçmənin həcminin təyin olunması üçün aşağıdakı düsturu alırıq:

Seçmənin həcminin müəyyənləşdirilməsi üçün yuxarıdakı düsturda məlum olmayan kəmiyyət baş məcmuu üzrə orta kvadratik kənarlaşmadır. Bu kəmiyyət, adətən əvvəlki tədqiqatlardan məlum olur. Əgər sözügedən kəmiyyət məlum deyilsə, onda onun təqribi qiymətini almaq mümkündür. Məsələn, seçmə məcmuu üzrə orta kvadratik kənarlaşmanı təyin etməklə, baş məcmuu üzrə orta kvadratik kənarlaşmanm təqribi ifadəsini aşağıdakı kimi hesablayırlar:

n


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə