|
Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyininkitab20120427032409824Arxeoloji mədəniyyət
- bu termin müəyyən bir ərazidə cəmləşmiş
eyni dövrə aid edilən arxeoloji abidələrin və əşyaların toplusunu bildirir.
Arxeoloji mədəniyyətin müəyyən olunmasında yaşayış məskənləri qəbir
abidələri, əmək alətləri, dulusçuluq məmulatları və bəzək əşyaları əsas ünsür
hesab olunur.
Bəzən arxeoloji mədəniyyət konkret bir xalqın tarixinə uyğun gəlir.
Lakin heç də həmişə maddi-mədəniyyət elementlərinin uyğunluğu etnik
cəmiyyəti əks etdirmir. Deməli, arxeoloji mədəniyyət hamımız tərəfindən
qəbul olunmuş mədəniyyət anlayışından fərqlənir.
Arxeoloji mədəniyyətin adı bir çox hallarda bu mədəniyyətin ilk
tapıntılarının aşkar edildiyi yerin, yaxud da daha önəmli hesab olunan
abidənin adı ilə adlandırılır. Məs., Quruçay, Kür-Araz, Koban, Andropovski,
yaxud da arxeoloji əlamətlərə uyğun olaraq: ağacdan, katakombalı və.s.
Bütövlükdə, arxeoloji mədəniyyətlərə verilən adlar nisbidir.
Dostları ilə paylaş: |
|
|