Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 4,11 Mb.
Pdf görüntüsü
səhifə41/86
tarix12.04.2022
ölçüsü4,11 Mb.
#85372
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   86
kitab20120427032409824

Dulusçuluq məmulatları.
 Ümumiyyətlə, bu dövrün gil qabları forma 
baxımından  sadə  xarakterli  olsa  da,  yüksək  keyfiyyətə malik idi.  Onlar  azca 
şirələnmiş, tərkibində saman çöpləri olan gildən hazırlanırdı. I Arıxlıdan bir 
neçə  divarları  çəhrayı  rəngli  pardaxlanmış  incə  saxsı  qablar  tapılmışdı.  Bu 
qablar gətirilmə hesab olunur. Saxsı qabların oturacaq hissəsində qamış izləri 
müşahidə  olunmuşdur.  Qablar  kiçik  piyalələr,  küplər  formasındadır.  Bəzən 
abidələrdə  çəllək  formalı  saxsı  qablara  da  rast  gəlinir.  Saxsıların  bir  qismi 
ornamentlidir.  Şulaveris  abidəsində  boyalı  dulusçuluq  məmulatlarına  da 
təsadüf  olunmuşdur.  Kvemo-Şuvaleris  məskəninin  özünəməxsus  saxsı 


57 
 
qablarının  əsas  səciyyəvi  xüsusiyyətləri  ornament  işləməsində  kəsmə 
üsulunun  istifadəsi  və  küplərin  yuxarı  küncünə  həndəsi  formalı  dalğalı 
naxışların həkk olunmasıdır. Beləliklə, Mərkəzi Qafqazın saxsı məmulatı çox 
orijinaldır.  Onlar  Mərkəzi  və  Ön  Asiyanın  saxsı mədəniyyətlərindən  kəskin 
fərqlənir.  Mərkəzi  Qafqazın  abidələrində  ancaq  Şimali  Mesopotamiyanın 
(Umm-Dabaqiya,  Tiela-Sot)  və  Azərbaycanın  abidələri  ilə  yaxınlıq  hiss 
olunur. 
Qeyd  olunan  abidələrdən  tapılmış  gil  antropomorf  heykəlciklər  azlıq 
təşkil edir. Yalnız Cənubi Qafqazın mərkəzində 
Didiqor 
məbədində çoxsaylı 
fiqurlar  tapılmışdır.  Kolleksiyaya  21  qadın  fiquru  daxildir.  Onlardan  17-si 
yaşayış  məskəninin  eneolit  dövrü  təbəqəsindəki  üst  tikinti qatındakı  dairəvi 
evdən  tapılmışdır.  Fiqurlar  ölçülərinə  görə  kiçik  olub  2,8-5,6  sm 
hündürlüyündədirlər.  Ayaqların  vəziyyətinə  görə  onlar  2  qrupa  bölünür: 
bükülmüş  və  uzadılmış  ayaqlarla  oturmuş  vəziyyətdə.  Təxmin  edilir  ki, 
fiqurların dərin dairəvi gözləri xatəmkarlıq üsulu ilə işlənmişdir. 

Yüklə 4,11 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə