elminin ən aktual problemlərinə həsr olunmuş fundamental tətbiqi xarakterli və
mühüm nəzəri əhəmiyyət kəsb edən müasir problemlərə aid elmi axtarışlarını
uğurla davam etdirir. Onun rəhbərliyi ilə çoxlu sayda genetika elminin qlobal
problemlərinə həsr olunmuş dissertasiya işləri hazırlanmış və bəziləri isə
hazırlanmaq üzrədir.
Abdullayev Q ənbər Q ara oğlu
(1954)
Qənbər Abdullayev
1976-cı
ildə ADAU-nin
zootexnik fakültəni fərqlənmə diplomu ilə bitirib, təyinatla
Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutuna elmi
işə göndərilmişdir. O, 1980-ci ildə Moskva şəhərində
Ümumıttifaq Heyvandarlıq İnstitutunun "Qoyunçuluq"
laboratonyasının əyani aspiranturasına daxil olmuş, 1983-
cü ildə aspiranturanı bitirib. Lenin adma Ümumıttifaq
Kənd Təsərrüfatı Akademiyasının göndərişi ilə Azər
baycan Kənd Təsərrüfatı İnstitutuna pedoqojı işə
göndərilmişdir. 1983-cü ildən 1985-ci ilədək ADAU-nun "Kənd təsərrüfatı heyvan
larının yemləndirilməsi və südçülük ışı" kafedrasında assıstent vəzifəsində işləmişdir.
1984-cü ildə namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi elmi dərəcəsi
almış, 1985-ci ildə "Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi" kafedrasının
assistenti, 1991-ci ildən isə həmin kafedranın dosenti vəzifəsində işləmiş, 1993-cü ildə
Ümumrusiya Heyvandarlıq İnstitutunun ıxtısaslaşdınlmış müdafiə şurasında doktorluq
dissertasiyasını müvəffəqiyyətlə müdafiə etinış və həmin il elmlər doktoru elmi
dərəcəsi almışdır, 1994-cü ildə Zoomühəndıslık fakültəsinin dekanı vəzifəsinə
seçilmiş, 1997-ci ildə professor elmi adı almışdır. Alım 1998-ci ildə Ümumrusiya
Aqrar Təhsil Akademiyasının akademiki, 1999-cu ildə isə təkrar Zoomühəndislik
fakültəsinə dekan vəzifəsinə seçilmişdir. Q Abdullayev 140-dək elmi əsərin, o
cümlədən 2 dərslik, 3 dərs vəsaiti, 1 müəlliflik şəhadətnaməsinin müəllifidir. Onun
rəhbərliyi altında 4 nəfər elmlər namizədi elmi dərəcəsi almış, 1 nəfər işini müdafiəyə
təqdim etmiş, 2 nəfər doktorluq dissertasiya ışı isə müdafiəyə təqdim edilmişdir.
Alimin rəhbərliyi ilə 3 nəfər dissertant işlərim davam etdirir, 5 nəfər magistr dərəcəsi
almışdır. O, ADAU-da fəaliyyət göstərən 02131-№-lı Namizədlik Dissertasiya
Müdafiəsi Şurasının həmsədridir. Alım 2004-cü ildə Təhsil Naziriiyiynin və Kənd
Təsərrüfatı Nazirliyinin Fəxri fərmanlan, 2005-ci ildə isə "Təhsil Nazirliyi
Kollegiyasının" qəran ilə "Qabaqcıl Təhsil İşçisi" döş nişanı ilə təltif olunmuşdur. O,
hazırda ADAU-nun "Heyvandarlıq və heyvandarlıq məhsullarının istehsalı texno
logiyası" kafedrasının müdiri vəzifəsində işləyir, 2008-cı ildə Azərbaycan
Respublikası «Avropa Nəşr Mətbu Evi» təşkilatının ılın ən yaxşı Vətənpərvər
Tədqiqatçı alimi Qızıl Mükafatı ilə təltif olunmuşdur.
Q Abdullayev hazırda
ölkəmizdə daha yüksək məhsuldar endemik qoyun cinslərinin genetik və təsərrüfat
xüsusiyyətlərinin öyrənilməsi, seleksiyası və yetişdirilməsi sahəsində elmi axtanşlannı
78
uğurla davam etdirir O, 2011-cı ildə Azərbaycan
Respublikası Kənd Təsərrüfatı Nazirliyinin «Damazlıq
Şurası»nın sədri seçilmişdir.
Novruzov Vaqif Seyfəddin oğlu
(1943)
Vaqif
Novruzov
1966-cı
ildə
BDU-nun
biologiya və kənd təsərrüfatı istehsalının əsaslan
fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 1970-ci
ildə namizədlik, 1985-ci ildə isə doktorluq disser
tasiyası müdafiə etmiş, 1978-ci ildə baş elmi işçi.
1986-cı ildə dosent, 1989-cu ildə professor elmi adları almışdır. Alim 1982-
2002-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetində dosent, professor, elmi
işlər üzrə prorektor, rektor əvəzi vəzifələrində işləmişdir. O, 2003-2006-cı
illərdə Gəncə Dövlət Universitetinin "Botanika” kafedrasının professoru
vəzifəsində işləmiş, 2006-cı ildən isə həmin kafedraya rəhbərlik edir. Onun
botanikanın, genetikanın və immugenetikanın nəzəri, praktiki və metodik
problemlərinə dair 200-dən çox əsəri çap olunub. O, 2004-cü ildə Tempus
proqramı çərçivəsində Avropa Universitetlərinin iş təcrübəsini öyrənmək üçün
Almaniyanın Hohenheym Universitetinin dəvəti ilə Almaniya, Fransa və
Avstriyada Azərbaycan Dövlət Aqrar Universitetini təmsil etmişdir. V.Novruzov
1996-2008-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Alı
Attestasiya Komissiyası "Biologiya və kənd təsərrüfatı elmləri üzrə” Ekspert
şurasının üzvü olmuşdur, hazırda Azərbaycanın "Qırmızı kitabının” yem
nəşrinin redaksiya heyətinin üzvüdür. Uzun müddətli və səmərəli elmı-pedaqojı
fəaliyyətinə görə V.Novruzova Azərbaycan Respublikası Prezidentinin 22
sentyabr 2008-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Əməkdar
Elm Xadimi” fəxri adı verilmişdir. V.Novruzovun ölkəmizdə gənc alimlərin
yetişdirilməsi sahəsində xüsusi xidmətləri vardır. O, hazırda biologiya və
genetika elminin qlobal və aktual problemləri sahəsində öz elmi axtanşlarinı
uğurla davam etdirir.
Seyidəliyev Nizami Yaqub oğlu
(1955)
Azərbaycanın müasir genetik və seleksiyaçılan
arasında elmi-pedaqoıi fəaliyyətinə görə seçilən,
həmişə elmi axtarışda olan alimlərimizdən biri də
Nizamı Seyidəliyevdir. O, 1977-ci ildə ADAU-nun
aqronomluq fakültəsinə daxil olub, 1982-ci ildə həmin
fakültəni fərqlənmə diplomu ilə bitirərərk sabiq SSRİ
Kənd Təsərrüfatı Nazirliyinin təyinatı ilə “Texniki
bitkilər, genetika və
seleksiya” kafedrasında müəllim
saxlanılmışdır.
N.Seyidəliyev 1983-cü ildə aspiranturaya daxil olmuş və 1988-ci ildə
Özbəkistanda yerləşən Ümumittifaq Elmi Tədqiqat Pambıqçılıq İnstitutunda
79