baxımdan kosmik informasiyaların rolu çox diqqətəlayiqdir. Məs:
Sunami hadisəsi nəticəsində əmələ gəlmiş dağıdıcı dalğanın Sakit
okeanın bir hissəsindən o biri sahilinə çatması üçün bir sutkaya
qədər vaxt lazımdır. Əgər bir süni peyk sutka ərzində Yer
ətrafında 14 dəfə dövr edirsə, ondan 5-i Sakit okeanın üzərindən
keçir və burada baş verən dağıntının bütün xüsusiyyətlərini, o
cümlədən onun intensivliyini, hündürlüyünü və yayılma
istiqamətini asanlıqla qeydə alır.
Müasir dövrdə okeanologiya elminin ən aktual
problemlərindən biri dünya okeanının çirklənməsinin tədqiq
olunmasıdır. Dünya okeanının çirklənməsi əsasən üç səbəbdən
baş verir: bakteroloji, kimyəvi və radioaktiv çirklənmələr. Bu üç
növ çirklənmədən hazırda ən geniş yayılanı karbohidrogen
birləşmələrindən əmələ gələn kimyəvi çirklənmədir. Təxmini
hesablamalara görə hər il dünya okeanına 5 mln. tondan çox neft
daxil olur və bu neft suyun üzərində xüsusi bir qat əmələ gətirərək
su mühiti ilə atmosfer arasındakı qarşılıqlı əlaqəni pozur.
Çirklənmiş suyun rəngi və bulamqhğı ətraf sahələrdən asanlıqla
seçildiyinə görə onları çoxzonah və spektrozonal kosmik
fotoşəkillərin köməyi ilə daha tez aşkara çıxarmaq mümkün olur.
Müasir dövrdə cəmiyyəti düşündürən ən mühüm
problemlərdən biri də ətraf mühitin qorunmasıdır. Bu məsələyə
son illər Azərbaycanda da çox ciddi fikir verilir. Ətraf mühit
hazırda, təbiətə düzügün olmayan münasibət nəticəsində korlanır,
o öz ilkin xüsusiyyətlərini dəyişir, sonradan isə onu bərpa etmək
olduqca çətinləşir. Məs: təbiətdə baş verən toz tufanları
atmosferin antropogen çirklənməsinin başlıca səbəblərindən biri
hesab edilir. Məlum olduğu kimi toz tufanları əsas etibarilə bitki
örtüyünün zəif inkişaf etdiyi və ya onun insan fəaliyyəti
nəticəsində tələf olunduğu sahələrdə baş verir. Təbiətə kosmosdan
aparılan nəzarətin nəticəsində toz tufanlarının baş verdiyi sahələr,
onun yayılması, ölçüləri və dinamikası.
162
relyef və litoloji tərkiblə əlaqəsi aşkar olunur. «ERTS-1» və
«Çemeni-7» kosmik gəmilərindən çəkilən şəkillərdə Sinay
yarımadasında yerləşən Neqev qumlu səhrasında insanın
təsərrüfat fəaliyyətinin atmosferin çirklənməsində oynadığı rol
açıq-aydın görünüur. Burada saksaul və digər yarımkol
bitkilərindən ibarət, ifrat dərəcədə mal-qara otarılmış ərazidə
geniş miqyasda toz tufanları müşahidə olunduğu halda, planlı
surətdə kənd təsərrüfatı bitkiləri üçün istifadə olunan və vaxtaşırı
suvarılan qonşu sahələrdə eyni vaxtda toz tufanları müşahidə
olunmamışdır.
Havanın çirklənməsində oraya buraxılan müxtəlif sənaye
tüstüləri də böyük rol oynayır. Ən çox sənaye tüstüləri kömür
istehsalı, meşə və bataqlıq yanğınları zamanı və nəqliyyat
vasitələrinin işlənməsi nəticəsində baş verir. Kosmik şəkillər
vasitəsilə sənaye tüstülərilə çirklənmiş ərazilər asanlıqla aşkar
olunur, onların qarşısının alınması üçün müxtəlif tədbirlər
hazırlanır. Kosmik aparatlar vasitəsilə liman şəhərləri ətrafında
dəniz suyunun çirklənməsinə də nəzarət edilir. «ERTS-1» kosmik
gəmisindən 0,6-0,7 mikrometr diapozonlarda alınmış şəkillər
göstərir ki, Süveyş körfəzində geniş ərazidə neft tullantılarından
zolaqlar əmələ gəlmişdir. Belə hadisələr Yerin «Numbus-3» süni
peyki vasitəsilə Qərbi Avropa, Şimal dənizi və Baltik dənizi
sahillərində də müşahidə olunmuşdur.
Vaşinqton və Baltimor şəhərlərinə yaxınlaşdıqca kosmik
şəkillərdə suyun çirklənməsi daha aydın surətdə nəzərə çarpır.
Ona görə də müasir elmin qarşısında duran əsas məqsəd təbiətin
qlobal miqyasda qorunub saxlanması üçün tədbirlərin işlənib
hazırlanmasından
ibarətdir.
Təbiətin
qlobal
miqyasda
qorunmasına yönəldilmiş tədbirləri yalnız aerokosmik texnikanın
nailiyyətlərindən geniş istifadə edilməklə həyata keçirməklə
mümkündür. Kosmik informasiya vasitədə təbii mühitin
öyrənilməsi üçün bizim respublikamızda əlverişli imkanlar vardır
və o nəhəng
163
bir laboratoriiyanı xatırladır. Yer üzərində 11 iqlim tipinin 9-na,
oxşarlığına və dünya torpaq tiplərinin əksər nümunələrinə
respublikamızda rast gəlinir. Ona görə də kənd təsərrüfatı da
olduqca zəngindir. Keçmiş SSRİ-nin məşhur alimləri ətraf
mühitin qorunmasında kosmik vasitələrin tətbiq olunmasının bir
sıra məsələlərini çox vaxt Bakıda həll edirdilər. Bu işdə
Azərbaycan Elmlər Akademiyası Təbii Ehtiyatların Kosmik
Tədqiqi İnstitutunun böyük xidmətləri olmuşdur.
Aerofotoşəkillərdən
istifadə
edərək
torpağın
öyrənilməsində qazanılmış müvəffəqiyyətlər sonradan onun
böyük dəqiqliklə kosmosdan öyrənilməsi üçün də geniş imkanlar
yaratmışdır.
Hazırkı
dövrdə
torpağın
öyrənilməsində kompleks, başqa sözlə desək, çoxmərtəbəli
tədqiqat vasitələrindən yerüstü müşahidələr, təyyarə, vertolyotlar
və nəhayət, kosmik gəmilərdə və süni peyklərdə qoyulmuş
mürəkkəb cihazlardan istifadə edirlər.
BMT-nin məlumatlarına görə torpağın eroziyası və
şorlaşması nəticəsində hazırda planetimsizin artıq 500 mln. ha
qədər
əkin sahəsi tamamilə
sıradan çıxmışdır.
Aerokosmik
üsulla
torpaq
eroziyasının
öyrənilməsinin
respublikamız üçün də böyük əhəmiyyəti vardır. Çünki, onun əkin
sahəsinin 60%-ə qədəri dağlıq ərazilərdə yerləşir. Müxtəlif
vaxtlarda çəkilmiş aerokosmik fotoşəkillər xətti eroziyanın
dinamikasını
vəyarğanların
inkişaf
xüsusiyyətlərini aşkar etməyə imkan verir.
Kosmik informasiya vasitələri həmçinin, atmosferdə
müşahidə edilən bir sıra proseslər nəticəsində əmələ gələn təbii
fəlakətləri də vaxtında qeydə almaqla (sel, ildırım, quraqlıq və s.)
kənd təsərrüfatının inkişafına təkan verir. Aerokosmik
fotoşəkillərin kənd təsərrüfatında ən böyük rolu onların əsasında
müxtəlif təsərrüfat xəritələrinin hazırlanmasının mümkün
olmasıdır. Bu sahədə məqsədəuyğun metodikanın işlənib
hazırlanması üçün kosmik gəmilərdən alınmış məlumatlarla
yanaşı bir sıra
164
Dostları ilə paylaş: |