43
məqamına çağıraraq, "Rusiyada bir erməni məsələsi" olmadığını sərt bir dillə ifadə
etdi. Buna görə erməni patriarxı rusların Türkiyədə bir Ermənistan qurmaq üçün
göstərdikləri fəaliyyətlərə verdikləri dəstəyin və etdikləri yardımın kəsilməsindən
qorxaraq, "heç olmazsa Türkiyədə var" cavabını verdi.
Qafqazda xidmət edən Rusiya kəĢfiyyatı ermənilərin fəaliyyətləri
mövzusunda sağlam bilgilər ala bilirdi. Ermənilər Osmanlı dövlətinə qarĢı
müharibə təĢkil etmiĢdi, ancaq Rusiyanın Qafqazdakı torpaqlarında da gözləri
vardı. Bu vəziyyətdən Rusiya heç də məmnun deyildi. Rusiya kəĢfiyyat xidməti
tərəfindən ermənilərin içərisində yerləĢdirilmiĢ casuslardan alınan məlumatlara
görə hazırlanan 21 yanvar 1916-cı il tarixli və 353 saylı raportda ermənilərin
Türkiyəyə qarĢı yürüdülən müharibənin ləng getməsindən narahat olduqları və
müharibəni tez axıra çatdırmaq istədikləri, türkləri məğlub edib, ġərqi Anadolunun
altı vilayətində muxtariyyət qurmaq üçün çalıĢmaları sürətləndirdikləri bildirilirdi.
Bu mövzunun müzakirəsi üçün təĢkil edilən toplantıda erməni liderlərdən Zurab
Cambazyan, Amazasp Nehretyan, Ervand Hamamcıyan, Liparid Allahverdiyan,
Aristakes Tiroyan, Evand Ter-Minasyan, Stepan Stepanyan, Xaçatur Bznuni və
Vahan Vatirosyan iĢtirak etmiĢdi.
23
Güney Qafqazda yaĢayan gürcü və türklərin heç bir hərbi dəstələri yox idi.
Ermənilər qurduqları silahlı qüvvələr sayəsində Gürcüstan və Azərbaycan
torpaqlarında yaĢayan türklərə qarĢı böyük bir üstünlük əldə etmiĢdilər. Beləliklə,
Qafqazın bu bölgəsində meydana gələcək siyasi və hərbi hadisələrin və Ģərtlərin
seyrində ermənilərin diqqətə alınması lazım gəlirdi.
Ermənilər arasında baĢlanan yardım kampaniyası nəticəsində toplanan pulla
və Rusiyanın yardımlarıyla təchiz edilən erməni alaylarının birinci və əsl hədəfi
türk torpaqlarını ələ keçirməkdi. Bu həqiqət Osmanlı dövləti və Azərbaycanda
yaĢayan türklər tərəfindən bilinir və ermənilərin hərəkəti diqqətlə izlənirdi. Erməni
alayları ġərqi Anadoluda və Azərbaycanda türklərə qarĢı basqın və təcavüzə
baĢlamaqda gecikmədilər. Birinci Dünya müharibəsi boyunca tarixin görə
bilmədiyi ən qanlı qırğınlar, etnik təmizlik və soyqırım etdilər. Ermənilər Birinci
Dünya müharibəsi boyunca ġərqi Anadoludan alacaqları torpaqlarla bərabər,
Naxçıvan, Zəngəzur və Qarabağı quracaqları Ermənistanın bir parçası olaraq
görürdülər.
Rusiyada bolĢevik ixtilalı olmasından və çarın devrilməsindən sonra da
ermənilərin silahlanması davam etdi. Qızıl Ordu Qafqaz Cəbhəsi komandiri
general Lebedinskinin 10 yanvar 1918-ci ildə verdiyi bir əmrə görə, Azərbaycan
torpaqlarında erməni hərbi dəstələrinin qurulması tələb olunurdu. Buna görə
ġuĢada bir erməni niĢançı alayı Nuxaya (ġəki) bağlı VartaĢen kəndində bir niĢançı
batalyonu, Naxçıvan və Gəncə Ģəhərlərində də bir erməni ehtiyat piyada batalyonu
təĢkil edilmiĢdi.
44
3.Qafqaz Cəbhəsində müharibənin baĢlaması:
a.Rus Qafqaz Ordusunun sərhədi keçməsi: Qara dənizdə türk və rus
donanması arasında 29 oktyabr 1914-cü ildə meydana gələn savaĢdan sonra, ġərqi
Anadoludakı rus sərhədindən də hərəkətlilik baĢlandı.
24
Rus Qafqaz Ordusu 1
noyabr 1914-cü il səhər saat 04.00 radələrində Musun, Kötək, Narman, Qalaboğazı
kimi bölgələrdəki türk sərhədindən hücuma keçdi. Beləliklə, ġərqi Anadoluda
Qafqaz Cəbhəsi açıldı və dörd il sürəcək qanlı bir müharibə də baĢlamıĢ oldu.
25
ġərqi Anadoluda olan 3-cü Ordu Komandanlığı isə rusların hücumu qarĢısında
müharibəni Ərzurumun Ģərqində qəbul etmək üçün hərbi dəstələri toplamağa
baĢladı.
26
Qafqaz Cəbhəsindəki rus hərbi qüvvələrinin kifayət qədər güclü olmadığı
bilinirdi. Rus qüvvələri xüsusilə cinahlardan mühasirə hərəkatına qarĢı son dərəcə
zəif idi. Böyük çoxluğunu yığma qoĢunun təĢkil etdiyi 5 min nəfərlik bir türk
birliyi Batumi tərəfdə hücuma keçərək, Artvin, Ardanuç və Borçkanı ələ keçirdi.
Beləliklə, Çoruh vadisi düĢməndən təmizləndi.
Bu irəliləyiĢə görə Rus Qafqaz Ordusu 5 noyabr 1914-cü ildə Köprüköy-
Ərzurum istiqamətində hücuma keçdi. Qafqaz Cəbhəsindəki 3-cü Orduya bağlı 9-
cu və 11-ci korpuslar qısa müddətdə müvəffəqiyyət əldə edəcəklərinə inanan
rusların qarĢısını Köprüköy yaxınlıqlarında aldı. Ruslar 17 noyabra qədər davam
edən bir çox hücumlardan da bir nəticə ala bilmədi və yeddi mindən artıq döyüĢçü
itirərək geri çəkildilər. Çoruh vadisinin ələ keçirilməsi və Ərzurum yaxınlıqlarında
qazanılan bu müvəffəqiyyət 3-cü Ordunun mənəviyyatını olduqca yüksəltmiĢdi.
27
Ruslar ġərqi Avropada almanlara qarĢı böyük bir hərbi toplantı təĢkil
etmiĢdilər. Almanlar türklərin Qafqaz Cəbhəsində baĢladacağı hücum səbəbilə
rusların əhəmiyyətli bir hərbi qüvvəni Qafqaza nəql edəcəyini düĢünürdülər.
Beləliklə, ġərqi Avropadakı alman qüvvələri böyük bir rahatlığa qovuĢacaqdı.
BaĢkomandan vəkili Ənvər PaĢanın ətrafındakı alman zabitlər bu görüĢü
dəstəkləmək üçün, ruslara qarĢı bir basqın hücumu edilməsinin gərək olduğunu
davamlı olaraq təlqin edirdilər. Çoruh vadisinin ələ keçirilməsi və rusların
Ərzurumun Ģərqində saxlanılıb, geriyə oturdulması Ənvər PaĢanı basqın hücumu
edilməsinə inandırmağa bəs etdi.
28
Ənvər PaĢanın Qafqaza ediləcək hərbi hərəkat planının ana xətləri belə idi:
Türk ordusu Oltu və Ərdahanı ələ keçirdikdən sonra SarıqamıĢda olan rus
ordusunu məhv edəcək və ardından da Qarsı qurtaracaqdı. Bu planın
müvəffəqiyyətlə baĢa çatmasından sonra hərbi hərəkat geniĢləndirilib Cənubi
Azərbaycan və Cənubi Qafqaza giriləcək və beləliklə, rusların 1-ci Qafqaz Ordusu
mühasirəyə alınıb, tamamən yox ediləcəkdi. Qafqaz cəbhəsində rus iĢğalının sona
çatmasından sonra Dağıstan və Azərbaycanda yaĢayan türk və müsəlman xalqın öz
müstəqil dövlətlərini qurmaları təmin olunacaqdı.
29