371
38. Xankəndi – Azərbaycan Respublikasında şəhər. Dağlıq
Qarabağ Muxtar Vilayətinin mərkəzi. 1991-ci ildən erməni
separatçıları tərəfindən işğal edilmişdir. – 170, 228, 351.
39. Səməd Vurğun, S ə m ə d Y u s i f o ğ l u V ə k i - l
o v (1906–1956) – böyük Azərbaycan şairi, ictimai xadim.
Azərbaycanın Xalq şairi Səməd Vurğunun yaradıcılığı XX əsr
Azərbaycan şeirinin inkişafında mühüm rol oynamışdır. Səməd
Vurğun Azərbaycan Yazıçılar İttifaqının məsul katibi, sədri,
Azərbaycanın Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyətinin
sədri, Azərbaycan MEA-nın vitse-prezidenti olmuşdur, 2 dəfə
SSRİ Dövlət mükafatı laureatı adına layiq görülmüşdür. – 176,
355.
40. Yeni Azərbaycan Partiyası (YAP) – Azərbaycanda ən
kütləvi siyasi partiya. YAP 1992-ci il noyabrın 21-də Naxçıvan
şəhərində təsis edilib. 81 rayon və 5000-ə yaxın ilk partiya
təşkilatı var. Partiyada Gənclər Birliyi və Qadın Şurası fəaliyyət
göstərir. Üzvlərinin sayına görə parlamentdə çoxluq təşkil edir.
Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəm-
ləndirilməsində, ölkəmizdə demokratik, hüquqi və dünyəvi
dövlət qurulmasında və iqtisadi-siyasi islahatların həyata keçiril-
məsində fəal iştirak edir. YAP-ın təsis konfransında (1992)
mərhum prezidentimiz Heydər Əliyev yekdilliklə partiyanın sədri
seçilmişdir. 2005-ci ilin mart ayından isə YAP-ın sədri prezident
İlham Əliyevdir. – 188,296, 306.
41. Leyla Əliyeva, L e y l a İ l h a m q ı z ı (d.1986) –
«Baku» jurnalının baş redaktoru, Heydər Əliyev Fondunun
vitse-prezidenti, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-
prezidenti Mehriban Əliyevanın böyük qızı, Heydər Əliyevin
nəvəsi. 2006–2008-ci illərdə Leyla Əliyeva Moskva Dövlət
Beynəlxalq Əlaqələr İnstitutunun magistraturasında oxumuş və
bu institutda oxuyan azərbaycanlı tələbələrin nümayəndəsi kimi
372
fəaliyyət göstərmişdir. Leyla Əliyeva həm də Moskvada Heydər
Əliyev Fonduna başçılıq edir. Azərbaycan Respublikasının
«Tərəqqi» medalı ilə təltif edilmişdir. – 200.
42. Ümumdünya İqtisadi Forumu, D a v o s İ q t i s a d i
F o r u m u – İsveçrənin kurort şəhəri Davosda hər il Ümum-
dünya İqtisadi Forumu keçirilir. 1995-ci il yanvarın 26–30-da
Azərbaycan prezidenti Heydər Əliyev başda olmaqla, Azərbaycan
nümayəndə heyəti ilk dəfə bu forumda iştirak etmişdir. – 211,215.
43. Helsinki Yekun Aktı – 1975-ci il avqustun 1-də Finlan-
diyanın paytaxtı Helsinkidə Avropanın 33 dövlətinin, ABŞ və
Kanadanın dövlət və hökumət başçılarının müşavirəsi oldu.
Onlar Avropada təhlükəsizlik və əməkdaşlıq haqqında Zirvə
aktını imzaladılar. Azərbaycan Respublikası bu aktı 1992-ci ildə
imzalamışdır. – 214.
44. Əlcəzair, Ə l c ə z a i r X a l q D e m o k r a t i k R e
s p u b l i k a s ı – Şimali Afrikada dövlət. Sahəsi 2,38 milyon
km
2
, əhalisi 40,4 milyon nəfərdir. İnzibati ərazisi 48 vilayətə
bölünür. Dövlət başçısı prezident, qanunverici orqanı birpalatalı
Milli Xalq Məclisidir. Paytaxtı Əlcəzair şəhəridir. – 229, 279.
45. Əbdüləziz Buteflika (d.1937) – Əlcəzairin dövlət xadi-
mi, 1999-cu ildən Əlcəzair Respublikasının Prezidentidir. –
229.
46. Özbəkistan, Ö z b ə k i s t a n R e s p u b l i k a s ı – Orta
Asiyanın mərkəzində dövlət. Sahəsi 447,4 min km
2
, əhalisi 32,3
milyon nəfərdir. Özbəkistanın tərkibinə Qarakalpak Muxtar
Respublikası və 12 vilayət daxildir. Dövlətin başçısı prezident,
qanunverici orqanı Məclisdir. Paytaxtı Daşkənd şəhəridir. – 231–
251, 266.
373
47. İslam Kərimov, İ s l a m Ə b d u q ə n i o ğ l u (1938–
2016) – Özbəkistanın siyasi və dövlət xadimi. 1989–90-cı
illərdə Özbəkistan KP MK-nın Birinci katibi, 1990–2016-cı
illərdə Özbəkistan Respublikasının Prezidenti olmuşdur. – 231–
251.
48. İpək yolu, B ö y ü k İ p ə k y o l u – beynəlxalq tarixi
tranzit-ticarət yolu, eramızdan əvvəl II əsrin sonlarından era-
mızın XVI əsrinədək fəaliyyət göstərmiş, Çindən Şimali Afrika
və İspaniyaya qədər uzanaraq, ayrı-ayrı qolları ilə o zaman
dünyanın məlum olan, demək olar ki, bütün ölkələrini
birləşdirmişdir.
Əlverişli coğrafi mövqedə yerləşməsi və zəngin maddi
sərvətlərə malik olması sayəsində Azərbaycan qədim zaman-
lardan dünya ölkələri arasında iqtisadi və mədəni əlaqələrdə
mühüm yer tutmuşdur.
XX əsrin sonunda Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyevin Böyük İpək yolunun yenidən dirçəldilməsi
ideyasını irəli sürməsi bütün dünyada, xüsusilə də Böyük İpək
yolunun üstündə yerləşən ölkələrdə ciddi maraqla qarşılandı.
Bu məqsədlə 1998-ci ilin sentyabrında Bakıda 33 dövlətin və
Avropa İttifaqının iştirakı ilə beynəlxalq konfrans keçirildi,
TRASEKA proqramı çərçivəsində nəzərdə tutulan Asiya–
Qafqaz–Avropa ticarət dəhlizinin – Böyük İpək yolunun bərpa-
sının və onun imkanlarından hamılıqla bəhrələnməyin vacibliyi
qeyd olundu. – 239.
49. Bakı–Tbilisi–Qars– Azərbaycan, Gürcüstan və Türkiyəni
dəmir yolu ilə birləşdirən nəqliyyat dəhlizi. Yolun tikintisinə
2007-ci ildə başlanılmışdır. 30 oktyabr 2017-ci ildə istifadəyə
verilmişdir. Yolun uzunluğu 826 km-dir. – 239, 241.
50. Nizami Gəncəvi, İ l y a s Y u s i f o ğ l u (1141–1209) –
dahi Azərbaycan şairi və mütəfəkkiri. Dünya ədəbiyyatı tarixinə
məsnəvi formasında yazdığı 5 epik poemadan ibarət «Xəmsə»
Dostları ilə paylaş: |