85
Mən həmçinin bizim Bakı filialının işçilərinə təşəkkür etmək
istəyirəm. Onlar ötən 4 il ərzində qüvvələrini əsirgəmədən işlə-
yiblər, bizim bütün fikirlərimizin, bütün planlarımızın həyata
keçməsi üçün əllərindən gələni ediblər. Mən onlara təşəkkür
edirəm və bir daha qeyd edirəm ki, əgər həmin məqsədyönlü
yanaşma, dövlətin dəstəyi olmasaydı, prezident özü şəxsən bizi
dəstəkləməsəydi, bütün bunlara nail ola bilməzdik.
Bizim böyük müəllim potensialımız vardır. Biz hər gün
görkəmli insanlarla ünsiyyət saxlamaq şərəfinə nail oluruq. Mən
bunu şəxsən özüm üçün xoşbəxtlik sayıram. Çünki hər gün işə
gələrkən, sadəcə, hansısa adət etdiyim işə gəlmirəm. Mən
şəxsiyyətlərin, bəzən dahi şəxsiyyətlərin dəhlizdə addımladığı
yerə gəlirəm. Onlar adi adamlar kimi gəzirlər, amma mən yaxşı
bilirəm ki, o adam adi deyil, xüsusi insandır. Onda elə
keyfiyyətlər var ki, bunu heç vaxt heç yerdə və heç kəsdə
tapmaq olmaz. Buna görə mən sizi çox sevirəm. Sizin
çəkdiyiniz zəhmətə və bu müddətdə bizim üçün, tələbələrimiz
və müəllimlərimiz üçün etdiklərinizə görə təşəkkür edirəm.
Moskva Universitetinin bütün müəllimlərinə təşəkkür edirəm.
2 il əvvəl tikinti başlandı. İnşaat işləri asan olmasa da, bizim
hamımız üçün çox arzu edilən idi. Nəhayət, tikinti başa çatdı.
Amma biz yenə tikəcəyik. Biz sözün əsl mənasında deyil,
məcazi
mənasında
yenə
tikəcəyik.
Biz
gələcək
münasibətlərimizi, planlarımızı, perspektivlərimizi quracağıq,
biz hansısa təhsil, elmi proqramlarımızı yaradacağıq, biz
ümidlərimizi, nəhayət, gələcəyimizi, əlbəttə ki, univer-
sitetimizin gələcəyini quracağıq. Bu mənada, hesab edirəm ki,
Bakı filialının da xüsusi vəzifəsi vardır. Əməkdaşlar, insanlar
bir-biri ilə yaxınlaşırlar. Bu zaman elm adamlarını bir-birinə
yaxınlaşdırır. Rusiyanın və Azərbaycanın alimləri elmi
qarşılıqlı şəkildə zənginləşdirməklə keçmiş, lakin təəssüf ki,
itirilmiş elmi əlaqələri yenidən bərpa edə bilərlər. Bu da çox
vacibdir. Bu vəzifə də bizim ali məktəbin çiyinlərinə düşüb və
Moskva Universitetinin, rektor Viktor Antonoviçin köməyi ilə
biz həm dövlətin, həm sadə vətəndaşların, həm də bu salonda
86
əyləşən insanların ümidlərini doğrultmaq üçün əlimizdən gələni
edirik. Çünki tələbələr bizim müəssisənin əsas simalarıdır. Hər
şey sizin xatirinizə, hər şey sizin üçün edilir ki, bütün bunları
unutmayasınız.
Mən buraya toplaşanların hamısına bir daha təşəkkürümü
bildirmək istəyirəm. Cənab Prezident, həddən artıq məşğul
olmağınıza baxmayaraq, bizə xüsusi diqqət yetirib şərəf-
ləndirdiyinizə, gəlib kampusumuzu açdığınıza görə bütün
kollektivimiz adından Sizə bir daha təşəkkür etmək istəyirəm.
Bizə tez-tez gəlin! Mən bu kampusun tikintisi zamanı bizə
kömək edən, bizim üçün həyəcan keçirən, bütün işlərimizin çox
yaxşı olmasını istəyən insanlara da minnətdarlıq etmək
istəyirəm. Mən bu gün buraya gəlib təntənəmizə qatılan
qonaqlarımıza da minnətdarlığımı bildirirəm. Mənə elə gəlir ki,
böyük Hötenin sözlərini xatırlamaq yaxşı olardı: «Gənclik
tezliklə ötüb-keçən qüsurdur». Amma universitetdə bu cür
qüsurlar olmur. Universitetlər gəncliksiz olmur. Burada gənclik
yaşayır və ötüb keçmir.
Universitetin astanasına ayaq basan hər bir insan istər-
istəməz öz gəncliyini, öz tələbəlik illərini xatırlayır və bu
məqamda yenə Hötenin sözlərini demək istəyir: «Dayan,
zaman, sən çox gözəlsən». Ona görə də dayan zaman, sən çox
gözəlsən. Biz hamımız bir yerə toplaşmışıq, bizim üçün
əlamətdar gündür, çox gözəl hadisə baş verib. Bu hadisənin
əhəmiyyəti həmişəlik tarixdə qalacaqdır. Bu gün dostlarımız, iş
yoldaşlarımız bizimlədir. Azərbaycanın Prezidenti bizimlədir.
Düşünürəm ki, bu bizim ali təhsil müəssisəmizin tarixində ən
parlaq və ən yaxşı gündür. Mən bir daha hamınıza təşəkkür
edirəm.
Moskva Dövlət Universitetinə eşq olsun!
Onun Bakı filialı çiçəklənsin! Yaşasın Azərbaycan!
* * *
88
ÇİN XALQ RESPUBLİKASININ SƏDRİ
ZATİ-ALİLƏRİ
CƏNAB HU SZİNTAOYA
Hörmətli cənab Sədr!
Milli bayramınız – Çin Xalq Respublikasının Yaranması
Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan
və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Bu gün Azərbaycan–Çin münasibətləri dinamik və hərtərəfli
inkişaf yolundadır. Dost ölkələrimiz arasında daim genişlənən
işgüzar əlaqələr, bir sıra sahələri əhatə edən səmərəli
əməkdaşlığımız dərin tarixi kökləri olan ənənələrimizin yeni
müstəvidə inkişafının bariz ifadəsidir.
Əminəm ki, yüksək səviyyəli dövlətlərarası münasibət-
lərimiz, beynəlxalq qurumlar çərçivəsində qarşılıqlı dəstəyimiz
bundan sonra da ölkələrimizin mənafelərinə, xalqlarımızın
rifahına xidmət edəcəkdir.
Hörmətli cənab Sədr, belə bir əlamətdar gündə Sizə möhkəm
cansağlığı, işlərinizdə uğurlar, dost Çin xalqına əmin-amanlıq
və firavanlıq diləyirəm.
Hörmətlə,
İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 27 sentyabr 2012-ci il