116
olduqları millətinin uca adlarına layiq deyildi. Odur ki, pak və təmiz vicdanlarının səsinə qulaq
verən millətin bütün üzvləri bir nəfər kimi belə fikirləşirdi ki, “bu qədər böyük bir camaatın rəisləri
əgər
istəsələr nələr etməzlər, nələr tapmazlar?”(6, s.209).
XX əsr Azərbaycan demokratik fikrinin düşüncə tərzində zəngin mənəvi duyğularla millətin
taleyi və sabahkı istiqlalı diqqətdə saxlanılırdı. Onun yaradıcılıq leytmotivini təşkil edən insanların
cəmiyyətə münasibətində birtərəfli mövqe tutmasının yarıtmazlığı idi. Lakin millətin az və ya çox
dərəcədə taleyinə biganə qalanlar ictimai tərəqqiyə, millətin xoşbəxt sabahlarına əngəl olanlar hesab
edilirdi. Hətta hər şeyi düşünüb, bircə milləti haqqında ağlına heç nəyi gətirməyənlər bundan onlara
heç bir “mənfəət” gəlməyəcəyini bildiklərindən, qəlblərinin bu nöqtəsini çoxdan öldürmüşdülər.
Azərbaycan demokratik fikri XX əsrin əvvəllərində “ürəyində bir az millət hissi, namusu olan
müsəlman”(6,s.208) qardaşlarına üz tutaraq onlara sanki xəbərdarlıq edirdi ki,
“bizdə beş-on
yetimimizi insanca saxlamağa ləyaqət yox, öz balalarımıza mərhəmət yox-ya biz nə haqq və nə üzlə
özgələrdən mərhəmət və ədalət gözləyirik?”(6, s.207).
Hanı adəmdə insanlıq, hanı adəmdə vicdanlar?
Nədir bir bunca vəhşətlər, nədir bir bunca xüsranlar(3, s.370).
XX əsr Azərbaycan demokratik fikri millətin çəkilməz dərdlərinə diqqəti yönəldərək,
duyğusuz, zalım, mərhəmətsiz insanlara ümid olmamağa çağırırdı ki, “Bari xudaya, sən özün hifz
elə”(5,III,s.124), çünki ürəklərində millətə eşq və məhəbbət, Vətən sevgisi olmayanlardan heç nə
gözləmək olmazdı
.
“Cənabi- həqq bəlkə öz ulu intizar, ulu fikirlərin üsulunu bizim kimi qorxaq,
xəsis, duyğusuz qansızların ümidinə qoymaya” (6, s.208).
XX əsr Azərbaycan demokratik fikri milləti ilə bir olmaq istəyini açıqcasına bəyan
etməkdən qorxmurdu. Millətinə, Vətəninə təmənnasız sevgisi ilə xidmət göstərən, onun ehtiramını
ucalara qaldıran Azərbaycan demokratik fikri mənafeyini qorumağa çalışdığı milləti haqqında ürək
dolusu yanğıyla düşünürdü. O, müraciət etdiyi və müdafiə etdiyi, məmləkətin sahibi bildiyi,
dinməyə və danışmağa ixtiyarı olmasa da, əslində, hər zaman və hər yerdə, hətta gələcəkdə də söz
sahibi olan millətinə, camaatına arxalanaraq, ona müraciət edirdi, ümidvar olduğunu bildirirdi və
ona müraciətlə tərəfdar durduğunu göstərirdi: “İnciməyin, siz inciməyin, ey millətin kökü, təməli
yerində olan qara camaat! Ey ürəkdə millət namusu olanlar! Ümidimiz yenə sizədir” (6,s.208).
XX əsr Azərbaycan demokratik fikri ictimai və fəlsəfi fikir tariximizin göstərilən dövründə
əlçatmaz mənəvi- əxlaqi, milli- bəşəri ideyalar irəli sürdü və öncül olduğunu təsdiqləmiş oldu.
Onlar halına acıdığı, dərdlərinə çarə aradığı, qayğısını çəkdiyi, başı bəlalardan qurtulmayan sevgili
millətinin və özünü övladı saydığı əziz Vətəninin müsibətli günlərində onları əzilməkdən, qəhr
olmaqdan, məhv olub əldən getməkdən sadəcə qorumaq deyil, eyni zamanda xilas etmək
istəyirdilər. Bu yolda canlarını fəda etməkdən çəkinmirdilər ki, onlar tezliklə bu dərdlərdən və
müstəmləkə əsarətindən xilas olub azadlığına qovuşsunlar. Demokratik fikir milli mücadilə və
Vətən tariximizdə həmin günü əsl, böyük bir bayram coşqusu ilə gözləmək intizarında qalmışdı.
Məhz həmin gün xalqımızın,
millətimizin,Vətənimizin əsl, böyük bayram günü olacaqdı.
Odur ki, XX əsr Azərbaycan demokratik fikri daşıdığı məsləyə, əqidəyə sədaqətli olaraq,
özünün amalını, qayəsini sevimli milləti, Vətəni qarşısında deklorativ sənəd kimi sübuta yetirirdi.
Əslində XX əsrin gəlişi ilə Azərbaycan demokratik fikri yeni əsri, dövrü, zamanı düzgün
xarakterizə edib, milləti, Vətəni şad edəcək öncədən uzaqgörən sosial bir hadisə kimi, onu möhtac
olmaqdan xilas edəcək qabaqcıl bir ideyanın irəli sürməsinə münbit şərait yaradacaqı ki, millət
ayılsın, oyansın.
XX əsr Azərbaycan demokratik fikrinin millətin tarixində oynadığı əhəmiyyətli rol
danılmazdır. Ona görə ki, o, gerçək aləmin real acı mənzərəsinin gələcəkdə yarada biləcək, millətə
gətirə biləcək və onun qəlbində, zehnində, düşüncəsində sağalmaz yara aça biləcək şeylərə qarşı
barışmaz, yorulmaz mübarizə meydanına atılmışdı. Hədəfi dəqiq bəlli olan Azərbaycan demokratik
fikri həqiqətən də əsl doğrunu tapıb ortaya qoyurdu ki, millət onu yazıq hala salan və bu
vəziyyətdən qopub aralana bilməyinə hər yolla maneçilik törədən düşmənlərini görüb tanısın. Yəni
millətin oyanması, əsrin, zamanın səsinə səs verməsi mütləq şəkildə labüd idi, millət hökumətin
istibdad zəncirində qaldıqca vətənin müstəmləkə əsarətindən xilası mümkün olmayacaqdı. Ona görə
də vətənin xilası millətin ayılmasına, oyanmasına, ayağa qalxmasına bağlı idi.