Elmi-kütləvi nəşr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/82
tarix08.01.2018
ölçüsü2,8 Kb.
#19881
1   ...   22   23   24   25   26   27   28   29   ...   82

 
95 
əmələ  gətirirlər.  Azot  atomları  arasında  N  –  N    ölşülən 
məsafə  1,095  Å-dir.  Azot  molekulu  simmetrik  və 
antisimmetrik  olan  iki  müxtəlif  spin  momentli  nüvələrə 
malikdir  {59,60}.  Adi  şəraitdə  simmetrik  formanın 
antisimmetrikə  olan  nisbəti  2:1-dir.  Bərk  halda  azotun  iki 
modifikassiyası  məlumdur:    –  kubik  və    –  heksaqonal, 
bunlar  arasında  temperatur  keçidi 
    –237,39   С.   
modifikasiya –209,96  С-də əriyir və 1 atmosfer təzyiqdə –
195,78   C-də qaynayır.  Bir mol (28,016 q və  ya  6,023 10
23
 
molekul)  molekulyar  azotun  atomar  azota  (N
2
→ 2N)  
dissosiasiya enerjisi 225 kkal-dir. Buna  görə də azot  atomu 
kiçik elektrik boşalmalarında əmələ gələ bilər və molekulyar 
azota görə kimyəvi aktivdir. 
      
Alınması və tətbiqi 
 
      Azot  elementinin  alınma  üsulu  tələb  olunan  təmizlik 
dərəcəsindən  asılıdır.  Azot  külli  miqdarda  amonyakın 
sintəzi üçün alınır. Bu zaman az miqdarda nəcib qazların da 
onunla  birgə  alınması  yol  verilə  biləndir.  Azotun  havadan 
ekonomik  alınması  ucuz  yolla  təmizlənmiş  havanın  (su 
buxarından,  CO
2
-dən,  tozdan  və  başqa  qarışıqlardan) 
sıxılmasına  əsaslanır.  Ardıcıl  olaraq  havanın  sıxılması, 
soyudulması  və  genişləndirilməsi  onun  mayeləşməsinə 
gətirib  çıxarır.  Maye  hava  temperaturun  yavaş-yavaş 
qaldırılması  yolu  ilə  fraksion  destilləyə  uğradılır.  Birinci 
olaraq  nəcib  qazlar  –  arqon  və  helium,  sonra  azot  ayrılır, 
maye oksigen isə qalıq kimi qalır. Bu təmizlənmə prosesi bir 
neçə  dəfə  təkrar  olunaraq  saf  şəkildə  məhsullar  alınır.  Bu 
üsulla  il  ərzində    kənd  təsərrüfatı  və  sənaye  üçün  müxtəlif 
azottərkibli  birləşmələrin  istehsalı  texnologiyasında  ilkin 
məhsul kimi istifadə olunan bir neçə milyon ton azot alınır.  
 


 
96 
Laboratoriya üsulu ilə alınması 
Azotu  laboratoriyada  az  miqdarda  müxtəlif  üsullarla  – 
amonyakı  və  ya  amonium  ionunu  oksidləşdirməklə  almaq 
olar {43,44}, məsələn: 
  2NH

 + 3Вг
2  

  N
2
 + 6H Вг  
  2NH
4
+
  + Cr
2
O
7
2  
 + 6H
+
 

 2Сr
3+
 + N
2
 + 7Н
2
О 
  2NH
4
+
 + 3MnO
2
 

 2MnO + N
2
 + 4Н
2
О+ Mn²

 
  2NH
4
+
  + 3F
2
 

 N
2
  + 6HF + 2H
+   
Amonium  ionunun  nitrit  ionu  ilə  oksidləşdirilməsi  daha 
sərfəli üsuldur:   
     NH
4
+
  + NO
2

 N
2
 + 2Н
2
О 
 
Digər üsullar da məlumdur – azidlərin termiki parçalanması, 
mis-2 oksid ilə amonyakın parçalanması, nitritlərin sulfamin 
turşusu və ya sidik cövhəri ilə qarşılıqlı təsiri. 
 2NaN
3
  

  3N
2
 + 2Na 
 2NH

 + 3CuO 

  N
2
  + 3Cu + 3Н
2
О 
 NO
2
+  NH
2
SO
2
OH 
→ 
 N
2
 + HSO
4
  +  Н
2
О  
 NO
2
 +Н
+
+ NH
2
CONH
2
 

  N

 + НСО
3
 + NH
4
+   
Amonyakın yüksək temperaturda katalitik parçalanmasından 
da azot almaq mümkündür:  
2NH

  

   N
2     
+  3H
2
 
 


 
97 
Kimyəvi xassələri 
      Yuxarıda  qeyd  edildiyi  kimi,  adi  şəraitdə  azotun 
üstünlük  təşkil  etdiyi  xüsusiyyətlərindən  biri  onun  az 
kimyəvi  aktiv  olması  –  inertliyidir.  Azotun  elektron 
strukturu 2s-səviyyədə bir cüt elektronu və üç elektronu isə 
2р-  yarımsəviyyə orbitalında yerləşmişdir, buna görə də bir 
azot  atomu  dörddən  çox  digər  atomu  özünə  birləşdirə 
bilməz,  yəni,  koordinasiya  ələdi  4-ə  bərabərdir  {59}. 
Həmçinin  azot  atomunun  kiçik  ölçüdə  olması  onunla 
birləşən 
atomlar 
və 
atom 
qruplarının 
miqdarını 
məhdudlaşdırır.  Buna  görə  də  VA  yarımqrupunun  digər 
üzvlərinin bir sıra birləşmələrinin azot birləşmələri arasında 
ya  analoqları  yoxdur  və  ya  da  azotun  analoji  birləmələri 
qeyri-stabildirlər.  Belə  ki,  PCl
5
  stabil  maddədirsə,  NCl
5
  isə 
mövcud  deyildir.  Azot  atomu  digər  azot  atomları  ilə 
birləşərək lazımi səviyyədə stabil maddələr əmələ gətirmək 
xüsusiyyətinə  də  malikdirlər,  məsələn,  hidrazin  N
2
H
4
  və 
metal  azidləri  kimi  MN
3
.  Belə  tip  əlaqələr  karbon  və 
silisiumdan  başqa  digər  atomlara  aid  deyildir.  Doğrudur, 
karbon və silisiumda bu cür əlaqələr uzun zəncir tipli olursa, 
azot 
timsalında 
bu 
mümkün 
deyildir. 
Yüksək 
temperaturlarda  azot  bir  sıra  metallarla  reaksiyaya  girərək 
natamam  (qismən)  ionlaşmış  nitridlər  M
x
N
y
  əmələ  gətirir. 
Bu  birləşmələrdə  azot  mənfi  yüklənmişdir.  Cədvəl  1-də 
azotun  oksidləşmə  dərəcələri  və  uyğun  birləşmələrin 
nümunələri verilmişdir. 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə