248
sayılan biliverdindən alınmalıdır. Başqa yol yoxdur. Həm
biliverdin və həm də bilirubin hemoqlobinin törəmələridir
ki, sonuncu da maksimum 120 gün yaşaya bilir. Deməli,
hemoqlobin əvəzinə elə bir substansiya mövcud ola bilərdi
ki, o, destruksiyaya məruz qalmazdı və biliverdin kimi
zərərli maddələr də verməzdi. Yenə bununla əlaqəli sual
meydana çıxır: “Bəs bilirubin? Axı, o, olmazsa, öd necə
hasil olacaqdı”? Öd maddələr mübadiləsi – həzm üçün
gərəkdir. Bəs həzm olmasaydı? Artıq mətləb aydındır. İnsan
da bitkilər kimi yemədən, hava və su ilə dolana bilərdi, bu
zaman ona nə biliverdin və nə də ki, bilirubin lazım olardı.
Məhz bu tip insanlar Yerdə yaşayırlar və onları
“Günəşiyeyənlər” adlandırırlar.
İnsan da avtotrof ola bilərdi
Günəşiyeyənlər – bu insanlar başqalarından heç nəylə
fərqlənməyib yalnız hava və az miqdarda su ilə qidalanırlar
(VIII fəsildə bu haqda hərtərəfli məlumat verilmişdir). Onlar
xüsusi praktikaya yiyələnmiş və bu praktika üzrə özlərini
yaşadıqları mühitə öyrətmiş, adaptasiya etdirmişlər.İnsanın
qidalandığı hər bir qidanın tərkibində Günəş enerjisi maddə
şəklində toplanmışdır. Sonradan bu maddənin orqanizm
daxilində gedən maddələr mübadiləsi prosesində iştirakı
həmin maddəni yenidən enerjiyə çevirir və istifadə olunur.
Biz, insanların Günəşiyeyənlərdən fərqimiz budur ki, onlar
Günəş enerjisini birbaşa Günəşdən alırlarsa, biz isə dolayı
yolla qida maddələrindən alırıq. Deməli, onların tutduğu yol
bizimkindən daha qısa, daha humanist, daha ədalətli və daha
effektli yoldur. Həm də onları qida əldə edə bilmək
problemi narahat etmir. Allaha şükür, Günəş də, su da
əbədidir, ən təmizdir və zəhmətsiz istifadə olunandır.
Onlarda demək olar ki, həzm aparatı işləmədiyi üçün (az
miqdar sudan başqa) ifrazat da olmur, yəni yuxarıda