Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


K.Yaspersin  təməl  vaxt  (sivilizasiya)  konsepsiyası



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə531/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   527   528   529   530   531   532   533   534   ...   540
1027 (1)

K.Yaspersin  təməl  vaxt  (sivilizasiya)  konsepsiyası.

  Təməl 


(məhvər)  vaxt  K.Yaspersin  kulturoloji  dünyagörüşündə  əsas 

anlayışlardan  biridir.  Bu  elə  bir  dövrdür  ki,  sivilizasiyaların 

sonrakı  inkişafı  üçün  elə  bil  ki,  ox  rolunu  oynayır  və  gələcək 

dövrdə onun ətrafında fırlanır. Yaspers b.e.ə. 800-cü ildən 200-cü 

ilə qədər olan dövrü - təməl vaxt adlandırır. Onun fikrincə, dünya 

sivilizasiyasının  bütün  sonrakı  inkişafının  miqyasını  və 

problemlərini məhz həmin vaxt müəyyənləşdirmişdir. 

Yaspersə  görə  həmin  dövrdə  dünya  mədəniyyətinin  «üç 

yuvası»nda tamamilə yeni dəyərlər irəli sürən dini-etik təlimlər 

meydana gəlmişdir. Həmin dəyərlər 



0

 qədər dərin və universaldır 

ki, bu gün də öz aktuallığını itirməyibdir. Aralıq dənizinin şərq 

tərəfindəki bölgədə (Qərbin başlanğıcı) - Fələstin 



494 


peyğəmbərləri,  Zərdüşt,  yunan  şairləri,  filosofları  və 

tarixçilərinin təlimləri; Hind bölgəsində - Buddanın nəsihətləri; 

Çində  -  daosizm  və  konfusiçilik  təlimləri  meydana  gəlmişdir. 

Yunan- yəhudi ənənələri əsasında yaranan Qərb mədəniyyətini 

başqa qədim Şərq mədəniyyətlərinə qarşı qoyan Veberdən fərqli 

olaraq  Yaspers  qədim  dünya  mədəniyyətinin  «üç  yuvası»nm 

hamısı üçün bir ümumi təməl vaxtın eyni dərəcədə əhəmiyyətli 

olması fikrini əsaslandırırdı. 



\

  Dünya  mədəniyyətinin  inkişafında  Yaspers  «iki  nəfəs»in 

olduğunu  göstərir.  Birinci  -  «Prometey  dövrü»ndən  (oddan 

istifadə, nitqin və əmək alətlərinin yaranmasından) başlayır və 

qədim dövrün «böyük mədəniyyətləri»ndən keçərək təməl vaxta 

gətirir.  İkinci  isə  -  «yeni  Prometey  dövrü»ndən  (indiyə  qədər 

davam edən elm və texnika dövründən) başlayaraq və gələcək 

«böyük mədəniyyətlər»dən keçərək «insanın həqiqi təşəkkülü» 

ilə  bağlı  olacaq  hələ  uzaqda  olan  ikinci  təməl  vaxta  aparır. 

Yaspersin  fikrincə  təməl  vaxtda  yaranan  və  qədim  dövdəki 

«böyük  mədəniyyət»ə  malik  xalqlar  tərəfindən  mənimsənilən 

universal  mədəni  dəyərlər  nəticədə  həmin  xalqların  mədəni 

özünəməxsusluğunu  itirməyə  gətirib  çıxardı.  Bu  isə  daha 

əhəmiyyətli  dünya  mədəniyyətlərinin  vahid  ümumbəşəri 

mədəniyyətə  doğru  inkişafının  vektorunu  müəyyənləşdirir. 

Təməl  vaxt  -  bütün  dünya  mədəniyyətlərini  seçim  qarşısında 

qoyur: ya doğulmada olan dünya mədəniyyətində assimilyasiya 

olmaq, ya da məhv olmaq, 



t

 

«...Əvvəlcə dünyada bir-birindən köklü  surətdə və  ya xeyli 



dərəcədə fərqlənən hansı düşüncə tərzlərinin, həyat tərzlərinin, 

mədəniyyətlərin  olması  və  bunların  əsas  fərqləndirici 

xüsusiyyətləri  öyrənilməlidir.  Çünki  hər  bir  xalqın,  etnosun 

özünə məxsus spesifik cəhətləri olsa da, daha böyük miqyasda 

eyniyyət məqamlarının olması bir neçə böyük sivilizasiyalardan 

və mədəniyyətlərdən danışmağa imkan verir».^*^ 

İnformasion  cəmiyyətin  təşəkkül  tapması  həyat  tərzini, 

sosial-mədəni  prosesləri,  elmi  biliyin  paradiqma  strukturunu 

kökündən dəyişən dünya sivilizasiyasının yeni mərhələsini açır. 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   527   528   529   530   531   532   533   534   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə